• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
C vitamini ilə ağardıcı gecə kremi
limited

C vitamini ilə ağardıcı gecə kremi, 50 ml

Siberian Wellness
Niasinamid, alfa-arbutin və vitamin C ilə gecə kremi müntəzəm istifadə zamanı dəridə melanin ifrazını azaldır, şəffaflaşdırıcı təsir göstərir. Piqment ləkələrin intensivliyini azaldır, dəri tonunu və teksturasını bərabərləşdirir. Kollagen sintezini aktivləşdirir, dərinin hidrolipid müvazinətini dəstəkləyir.
Artikul: 429436
Həcm: 50 ml
Qalıb: 78 əd.
15 ₼
11.2 bal
18,8 ₼
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

Niasinamid, alfa-arbutin və C vitamini ilə gecə kremi - dərinin şəffaf, bərabər tonu və parlaqlığı üçün. Melanin ifrazını azaldır, dərinin şəffaflaşmasına, piqment ləkələrin təzahürünün azalmasına səbəb olur, dəri teksturasını bərabərləşdirir.

  • Niasinamid və ya vitamin B3 şəffaflaşdırır, iltihablar ilə mübarizə aparır, dərinin qoruyucu səddini möhkəmləndirir. Piqmentasiyanın əmələ gəlməsi ehtimalını olduqca azaldır. Dərinin səddi funksiyasını yaxşılaşdırır, transepidermal nəm itkisini, qızartıları, dərinin həssaslığını azaldır. Kollagen və dərinin öz seramidlərinin sintezini stimullaşdırır, dərinin elastikliyini artırır və teksturasını yaxşılaşdırır.
  • Alfa-arbutin - təbii antioksidant və şəffaflaşdırıcı, depiqmentasiya xüsusiyyətlərinə malikdir. Melanin ifrazını səmərəli şəkildə azaldır, hormonal disbalans, uzunmüddətli günəş işığının təsiri və ya yaşlanma nəticəsində əmələ gələn çilləri və piqment ləkələri şəffaflaşdırmağa qadirdir. Yerli immuniteti artırır, dəriyə antiseptik və iltihab əleyhinə təsir göstərir.
  • Vitamin C (etil-askorbin turşusu) dərini azad radikallardan müdafiə edir və onun günəş təsirindən sonra bərpasına səbəb olur. Etil-askorbin turşusu - askorbin turşusunun maksimal qatılığı ilə C vitamininin ən yeni törəməsidir - dəriyə nüfuz etdikdən sonra C vitamininə çevrilir. Nəzərə çarpan ağardıcı və yaşlanma əleyhinə təsirə malikdir, çox yumşaq və qayğılı şəkildə fəaliyyət göstərir, həssas dəri üçün mükəmməl uyğundur.
  • Nar, albalı və üzüm şirələri dərini qıcıqlandırmadan, yumşaq şəkildə şəffaflaşdırır, tonunu bərabərləşdirir, parlaqlıq bəxş edir, antioksidant təsir göstərir.
Tətbiq edilmə

Axşam təmiz üz və boyun dərisinə çəkin. Kurs şəklində ən az 2 ay istifadə edin.

Tərkib

Fəal komponentlər: alfa-arbutin, niasinamid, allantoin, C vitamininin sabit forması (etil-askorbin turşusu), albalı şirəsi, nar şirəsi, üzüm şirəsi.

Tərkib: su, qliserin, setearil spirt, qarğıdalı yağı, alfa-arbutin, niasinamid, stearin turşusu, palmitin turşusu, qliseril stearat, allantoin, etil-askorbin turşusu, raps yağı, soya yağı, albalı şirəsi, nar şirəsi, üzüm şirəsi, tokoferol, fenoksietanol, ətirləndirici, natrium poliakrilatı, etilheksilqliserin, beta-sitosterol, skvalen, natrium hidroksidi, kumarin, izoevgenol.

(INCI): Aqua (Water), Glycerin, Cetearyl Alcohol, Zea Mays (Corn) Oil, Alpha-Arbutin, Niacinamide, Stearic Acid, Palmitic Acid, Glyceryl Stearate, Allantoin, 3-O-Ethyl Ascorbic Acid, Brassica Campestris (Rapeseed) Seed Oil, Glycine Soja (Soybean) Oil, Prunus Avium (Cherry) Fruit Juice, Punica Granatum (Pomegranate) Fruit Juice, Vitis Vinifera (Grape) Juice, Tocopherol, Phenoxyethanol, Parfum, Sodium Polyacrylate, Ethylhexylglycerin, Beta-Sitosterol, Squalene, Sodium Hydroxide, Coumarin, Isoeugenol.

Rəylər
AL
29 mart 2026
Agazada Leyla

Krem heqiqeten cox gozeldir