• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Dərini stresdən azad etmək üçün vitamin C ilə zərdab

Dərini stresdən azad etmək üçün vitamin C ilə zərdab, 30 ml

Experalta Biomelle
Yüksək konsentrasiyalı pre- və probiotik kompleksi ilə Biomelle formulu, dəridə faydalı bakteriyaların tarazlığını qoruyur, onu aqressiv stress amillərindən müdafiə edir. C vitamininin fəal forması dəriyə parlaqlığını və bərabər tonunu, möhkəmliyini, elastikliyini və tonusunu qaytarır.
Artikul: 424750
Həcm: 30 ml
Qalıb: 79 əd.
23,5 ₼
21 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Təbii müdafiə
    Biomelle kompleksinin tərkibindəki pre- və probiotiklər dərinin immun sistemini gücləndirməyə kömək edir.
  • Dərinin yenilənməsinə anti-age yanaşma
    Zərdab, dərinin keyfiyyəti və sıxlığı üçün əsas inqrediyentlərin ifrazını stimullaşdırır.
  • Gözlə görünən şəffaflaşdırıcı təsir
    C vitamininin stabilləşdirilmiş forması (1,5%) melanin sintezini azaldır, dərinin rəngini açır və tonunu bərabərləşdirir.
  • Üçqat antioksidant təsir
    Oksidləşmə stressindən güclü müdafiə üçün laklı qovğa göbələyi, C və E vitaminləri.

Dərinizi vitamin C ilə zənginləşdirin!
Stress və yorğunluq izlərini aradan qaldırın
Sabitləşdirilmiş C vitamini və yüksək zənginlikdə pre- və probiotiklər tərkibli güclü Biomelle antioksidant zərdabı ilə dərinizi canlandırın! C və E vitaminləri, eləcə də laklı Altay qovğa göbələyi ilə formul, ətraf mühitin zərərli təsirlərindən - çirklənmədən və aqressiv günəş şüalarından - antioksidant müdafiəni təmin edir.
Dəri solğunluğunu və piqmentasiyasını azaldır.
Dəri elastikliyinə və sıxlığına görə cavab verən kollagenin ifrazını stimullaşdırır.
Parlaqlıq bəxş edir və dərini ətraf mühitin təsirindən qoruyur.

Xoşbəxt dərinin sirrini öyrənin!

  • Parlaqlıq və təravətli dəri tonu
    Sabitləşdirilmiş vitamin C forması (1,5%) melanin sintezini azaldır, şəffaflaşdırıcı və bərabərləşdirici təsir göstərir. Sözün həqiqi mənasında, dəriyə daxildən energiya bəxş edərək, dərhal onun parlaqlığını gücləndirir!
       • Vitamin C (1,5%)
    Askorbil qlükozid AA-2G - sabitləşdirilmiş aktiv formadır, hətta aşağı konsentrasiyalarda belə təsirlidir.
    • Kollagen sintezində iştirak edir.
    • Melanin sintezini azaldır və parlaqlaşdırıcı və bərabərləşdirici təsir göstərir.
    • Günəş şüalarının təsiri nəticəsində əmələ gələn zərəri azaldır.
    • Dərinin müdafiə qabiliyyətini artırır və iltihabların intensivliyini azaldır.
    • Yaşlanma prosesinin ləngidilməsi üzrə fəaliyyət göstərir, foto-yaşlanma əlamətləri ilə mübarizə aparır.
  • Dəri immunitetinin gücləndirilməsi
    Ecoskin®, ProRenew Complex CLR™ pro- və prebiotiklər kompleksləri və inulin dəri mikrobiotasının normallaşdırılmasına kömək edir. Dərinin özünübərpasını sürətləndirir, onu daha sıx və elastik edir.
       • Ecoskin® (SOLABIA GROUP, Fransa)
    Dərinin təbii müdafiəsinin stimulyatoru. Dəri relyefini hamarlaşdırır, quruluğu və onunla əlaqəli narahatlıq hisslərini aradan qaldırır.
    • Dərinin təbii müdafiəsini 71% gücləndirməyə kömək edir.
    • Narahatlıq hissini və qıcıqlanmanı 35% azaldır.
    • 41% dərini sakitləşdirir.
       • ProRenew Complex CLR ™ (CLR Chemisches Laboratorium, Almaniya)
    Dərinin yenilənməsinə probiotik, yaşlanma əleyhinə yanaşma, onun özünübərpa prosesini sürətləndirərək, dərini daha sıx və elastik edir.
    • Dərinin keyfiyyətinə və sıxlığına təsir edən əsas maddələrin ifrazını stimullaşdırır.
    • Dərinin özünübərpa potensialını bərpa edir və onu gücləndirir.
    • Yeniləmə proseslərini sürətləndirir və yaxşılaşdırır.
       • İnulin
    100% bitki mənşəli fruktoza polisaxaridi, ən çox tanınan prebiotikdir. Təbiətdə inulinə bir çox bitkidə rastlamaq olar. Gözəl nəmləndirici və yumşaldıcı komponentdir.
  • Antioksidant müdafiə
    Altay qovğa göbələyi ilə birləşmədə C və E vitaminləri kompleks antioksidant dəstək göstərərək, ətraf mühitin mənfi amillərindən müdafiə edir.
       • Vitamin E
    Dərini oksidləşmə stressindən müdafiə edir, C vitamini ilə sinergiyada fəaliyyət göstərir.
       • Altay laklı qovğa göbələyi
    Güclü antioksidant müdafiəni təmin edir.
  • Nəmləndirmə və elastiklik
    Natrium hialuronat epidermal səddin dözümlülüyünü artırır, dərinin hamarlığını yaxşılaşdırır, onun səthini daha yumşaq və elastik edir. Arı südü hüceyrə bərpasını sürətləndirir və dəri elastikliyini artırır.
       • Natrium hialuronat ExceptionHYAL® Relief (çəki 50-3000 kDa)
    Dəriyə kompleks təsiri təmin edən, müxtəlif molekulyar çəkilərə malik natrium hialuronat qarışığı. Hüceyrələrdə daha yüksək metabolik fəallığı stimullaşdırır, bu da keratinositlər tərəfindən zülal sintezinin artmasına səbəb olur. Angiogenezin artmasına və dəridə zədələrin bərpasına kömək edir. Elastinin fibroblastlarla sintezini gücləndirir və dərinin elastikliyini artırır. Epidermal səddi gücləndirir, dərinin hamarlığını yaxşılaşdırır, onun səthini daha yumşaq və elastik edir.
       • Royalamin arı südü cövhəri
    Hüceyrələrin bərpasını sürətləndirir və dəri turqorunu artırır, sakitləşdirir, sağaldır və antioksidant müdafiəni təmin edir, dərinin cavanlıq dövrünü uzadır.

Gözəl dəri üçün C vitamininin gücü
• Dərinin sıxlığına, möhkəmliyinə və elastikliyinə cavabdeh əsas zülal olan kollagen liflərinin məhv edilməsi və əmələ gəlməsinin təbii proseslərində əsas rol oynayır.
• Dərini tünd rəngə boyayan və piqmentasiyadan məsul olan piqmentin - melaninin sintezinə nəzarət edir.
• Hüceyrələrin qoruyucu funksiyalarının gücləndirilməsinə və hidrolipid qatın dəstəklənməsinə cavabdeh olan seramidlərin istehsalını stimullaşdırır.
• Hialuron turşusunun sintezinə kömək edir, susuzlaşma və quruluğun qarşısını alır.
• Kapilyarları gücləndirir (kuperozun, şişkinliyin qarşısını alır), qan mikrosirkulyasiyasını yaxşılaşdırır, dərini şəffaflaşdırır.
• Dəri bərpasını sürətləndirir və zədələrin intensiv sağalmasına kömək olur.
• Dərinin immun sistemini gücləndirir: epidermisin vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşır, iltihablar azalır, üzün rəngi - sağlam, relyefi - bərabər, görkəmi - təravətli, dincəlmiş olur.
• Ultrabənövşəyi şüalanmanın təsiri də daxil olmaqla, xarici amillərin mənfi təsirlərindən qoruyur, fotoyaşlanmanın qarşısını alır (sunscreen-ə əlavə olaraq istifadə olunur).

Aşağıda sadalanan şəxslər üçün:
• üz dərisində hiperpiqmentasiya təzahürlərini azaltmaq istəyənlər üçün;
• dəriyə elastikliyini və tonusunu qaytarmağı arzu edənlər üçün;
• dəri strukturunun keyfiyyətini yaxşılaşdırmağa və relyefini hamarlaşdırmağa can atanlar üçün;
• UB-şüalanmanın və çirklənmiş havanın zərəri haqqında xəbərdar olanlar və dərilərini erkən yaşlanmadan qorumaq istəyənlər üçün;
• dərinin stressə qarşı müqavimətini artırmaq və onun xarici stress-amillərə reaktivliyini azaltmaq istəyənlər üçün.

   • +71% dəri müdafiəsinin gücləndirilməsi
Pro- və prebiotiklər kompleksləri dərinin təbii müdafiəsini gücləndirməyə kömək edir, onun mikrobiotasını normallaşdırır.
   • 35% az narahatlıq hissi
Narahatlıq hissini və dəridə qıcıqlanmaları azaldır.
   • 41% dərini sakitləşdirir.
Dəri mikrobiomunun tarazlığını 4 saat ərzində bərpa etməyə kömək edir.

Heyvanlar üzərində sınaqdan keçirilməyib.
Ftalatsız
GMO olmadan
Mineral yağlar olmadan

* Seriyanın fəal maddələrinin in vivo sınaqlarının nəticələrinə əsasən.

Tətbiq edilmə

Səhər və/və ya axşam üz və boyun nahiyəsinin təmiz dərisinə masaj xətləri boyunca yüngül hərəkətlərlə bir neçə damcı zərdab çəkin. Biraz gözləyin. Yumayın. Vasitə hopduqdan sonra sevimli kreminizi çəkə bilərsiniz

Yalnız xarici tətbiq üçün. Uşaqlar üçün uyğun deyil. Anamnezinizdə kosmetik vasitələrə qarşı alergiyanız olduğu halda, istifadədən öncə həkimlə məsləhətləşin. Gündüz SPF-müdafiə olmadan istifadə etməyin.

Tərkib

Tərkib: su, təbii pentilenqlikol, südturşusu bakteriyalarının fermentləşdirilmiş lizatı, askorbil qlükozid, 1,2-heksandiol, inulin, L-arginin, alfa-qlükan oliqosaxarid, qliserin, arı südü cövhəri, natrium hialuronat, tokoferil asetatı (vitamin E), natrium sitrat, polisorbat-20, ətriyyat kompozisiyası, laklı qovğa göbələyi cövhəri, yakon köklərinin şirəsi, süd turşusu, maltodekstrin, kaprilhidroksam turşusu, limon turşusu, inaktivasiya edilmiş laktobakteriyalar, natrium xlorid, natrium benzoat.

(INCI): Aqua (Water), Pentylene Glycol, Lactococcus Ferment Lysate, Ascorbyl Glucoside, 1,2-Hexanediol, Inulin, Arginine, Alpha-Glucan Oligosaccharide, Glycerin, Royal Jelly, Sodium Hyaluronate, Tocopheryl Acetate, Sodium Citrate, Polysorbate 20, Parfum, Ganoderma Lucidum Stem Extract, Polymnia Sonchifolia Root Juice, L-Lactic Acid, Maltodextrin, Caprylhydroxamic Acid, Citric Acid, Lactobacillus, Sodium Chloride, Sodium Benzoate.

Nəzərinizə çatdırırıq ki, vasitənin tərkibi dəyişə bilər. Aktual məlumat qablaşdırmanın üzərində göstərilib.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.