• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Fitness Catalyst. Extra pure fish collagen. Original
Mövcud deyil

Fitness Catalyst. Extra pure fish collagen. Original, 30 порций в саше по 5 г

Fitness Catalyst
Aşağı molekulyar çəkiyə malik I‘PERLAGE® kollageni peptidləri (1000 Da) zülal mənbəyidir. Tərkibinə yüksək qatılıqda qlisin və prolin ilə 18 amin turşusu daxildir. Olduqca saflaşdırılmış kollagen peptidləri daha yaxşı həll olunur və orqanizm tərəfindən daha asan həzm olunur. Formul vitamin C ilə gücləndirilib. Vitamin C dəri, sümüklər, qığırdaqlar və qan damarlarının normal fəaliyyəti üçün kollagenin normal ifrazına, həmçinin hüceyrələrin oksidləşmə stressindən müdafiəsinə və immun sisteminin normal fəaliyyətinə səbəb olur.
Artikul: 501666
Qablaşdırmada olanların sayı: 30 порций в саше по 5 г
64 ₼
42.5 bal
Məhsul haqqında
  • Aşqarlar, boyaq maddələri, konservantlar olmadan.
  • Təbii dad, ətir, rəng.
  • İsti və soyuq içkilərdə həllolunur.

Güzəllik, cavanlıq və idamn üçün!
Dəri, sümüklər və qığırdaqların vəziyyətinə qayğı
Kollagen - insan orqanizmində ən geniş yayılan zülal növüdür. O, bədəndə olan bütün zülalın 25-35%-ni təşkil edir, birləşdirici toxumanın elastikliyinə və davamlılığına, və bununla da sümüklərin, oynaqların, saçların, dırnaqların və dərinin sağlamlığına görə cavabdehdir. İnsan orqanizmi özü kollagen ifraz edir, amma yaş artdıqca, 25-30 yaşdan sonra, bu funksiya azalır.

Kollagen çatışmazlığı əlamətləri:
• Dəri elastikliyinin azalması və quruluğu.
• Oynaq hərəkətliliyinin məhdudlaşması.
• Bağırsaq nüfuz qabiliyyətinin artması.
• Dırnaqların kövrəkliyi, solğun saç rəngi, haçalanan saç ucları.

Biz aşağıdakı qarışıq əsasında cavanlıq və çeviklik üçün xoş bir kokteyl yaratdıq:

  • I‘PERLAGE® I növ balıq kollageni peptidləri
    Bizə (orqanizmimizə) olduqca yaxın olan kollagen: orqanizmdə bu zülalın 80-90%-ni məhz I növ təşkil edir. Kollagen molekulları kifayət qədər iridir, bu da onların orqanizm tərəfindən mənimsənməsini azaldır. Kollagenin maksimal təsir göstərməsi üçün, molekulları peptidlərə qədər parçalayır və xüsusi enzimlər ilə hidroliz köməyi ilə saflaşdırırlar. Peptidlərin aşağı molekulyar çəkisi - 500-1500 dalton - məhsulumuzu daha da effektiv edir. Biz, Italgel Srl italyan istehsalçısının tilapia və panqasius balıqlarının axçalarından istehsal etdiyi I‘PERLAGE® balıq kollageninin peptidlərini istifadə edirik.
  • Biotin
    Suda həll olunan B qruöu vitaminləri dəri, saçlar və dırnaqların yaxşı vəziyyətini dəstəkləyir.
  • Sink
    Sümük, dəri, saç və dırnaqların vəziyyətinə müsbət təsir göstərir. İmmuniteti dəstəkləyir. Bundan savayı, sink hüceyrələri azad radikalların səbəb olduğu oksidləşmə stressindən müdafiə edir.
  • Vitamin C
    Kollagenin mənimsənməsinə səbəb olaraq, sümük, qığırdaq və qan damarlarının fəallığını dəstəkləməyə kömək edir. Nəzərə çarpan antioksidant təsirə malikdir, immun sistemə müsbət təsir göstərir.

Aşağıda sadalanan şəxslər üçün:
• idmanla məşğul olanlar və idman nəticələrini yaxşılaşdırmaq istəyənlər üçün;
• cavanlığını qoruyub, saxlamaq istəyənlər üçün;
• əzələ karkasını dəstəkləməyə, daha çevik və yüngül hərəkətlərə sahib olmağa, yetkin yaşda belə oynaqların hərəkətliliyini qoruyub saxlamağa can atanlar üçün.

Hər bir porsiyada (5 q):

  • 4,8 q I növ kollagen
    Gözəllik, cavanlıq və fəallıq üçün.
  • 80 mq vitamin C
    Kollagenin mənimsənməsini yaxşılaşdırmaq üçün.
  • 50 mkq biotin
    Dəri, saç və dırnaqların yaxşı vəziyyəti üçün.
  • 10 mq sink
    Möhkəm immunitet və orqanizmin antioksidant müdafiəsi üçün.

İstehsalçı: AQUAVIVA S.R.L., Via Biagio di Santolino 11, 47892 Acquaviva, RSM.

Tətbiq edilmə

1 paketi bir stəkan (təxminən 200 ml) suda və ya, istəyinizə uyğun olaraq, digər isti və ya soyuq içkidə həll edərək, gündə bir dəfə yemək zamanı qəbul etmək.

3 ay müddətində qəbul etməyi və ildə 2-3 dəfə qəbulu təkrarlamağı tövsiyə edirik.

Tərkib

Balıq kollageni peptidləri, ətirləndirici, vitamin C (L-askorbin turşusu), sink sitratı, ayırıcı maddə: silisium dioksidi, sabitləşdirici: etilsellüloza, şirinləşdirici: sukraloza, biotin.

Tərkib Gündəlik qəbul dozası (5 q): % NRV**
Kollagen 4750 mq –
 onlardan, prolin 651 mq –
 onlardan, hidroksiprolin 466 mq –
 onlardan, qlisin 1292 mq –
Vitamin C 80 mq 100
Sink 10 mq 100
Biotin 50 mkq 100

** NRV - qida dəyərinin payı.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.