• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
GreenPin. Multi-Purpose Cleaner

GreenPin. Multi-Purpose Cleaner, 500 ml

GreenPin
Təmizləmə üçün universal köməkçi döşəmədə, divarlarda və digər səthlərdə olan çirklənmələri aradan qaldırır. Təsirli formul hopmuş çirki təmizləyir, toz qonmasının qarşısını alır, ləkə saxlamır və yuyulma tələb etmir. Evinizi GreenPin universal vasitəsi ilə rahat məkana çevirin!
Artikul: 424852
Həcm: 500 ml
Qalıb: 100+ əd.
13,5 ₼
6.8 bal
22,5 ₼
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

Təmizləmə üçün universal köməkçi döşəmədə, divarlarda, güzgülərdə, kafellərdə, mebeldə və digər səthlərdə olan çirklənmələri aradan qaldırır, evinizdə təmizlik yaradır və təravət hissini təmin edir.

• Gündəlik təmizləmə: təhlükəsiz formul yuyulma tələb etmir, istənilən səthləri təravətləndirməyə imkan yaradır, toz qonmasının qarşısını alır.
• Əsaslı təmizləmə: təsirli maddələrlə təbii tərkib qeyrihamar və ağ səthlərdən hopmuş çirki təmizləyir, qara altlıqlı ayaqqabıların qoyduğu izlərin öhdəsindən asanlıqla gəlir; yuyucu tozsoranlar üçün istifadə oluna bilər.
• Təbiətə sevgi ilə: vasitənin tərkibində xlor, su ehtiyatlarını çirkləndirən aqressiv maddələr və əlavələr yoxdur. Zənginləşdirilmiş format artıq su sərfiyyatı olmadan qənaətli istifadəni təmin edir, həmçinin plastik tullantılarının miqdarını minimallaşdırır.

GreenPin - evinizin və planetimizin təmizliyi üçün qayğı dolu seçiminizdir.

Tətbiq edilmə

Gündəlik təmizlik işləri və döşəmənin yuyulması üçün: 5 ml yuyucu vasitəni 1 l suya hesabı ilə həll edin.
Mətbəx səthlərinin təmizlənməsi üçün: 5 ml yuyucu vasitəni 200 ml suya hesabı ilə həll edin.
Güclü çirklənmələr üçün: həll olunmamış yuyucu vasitəni çirklənmənin üzərinə çəkin, 5-10 dəqiqə saxlayın, səthi quru əski ilə silin.
Əlavə yuyulma tələb etmir.

5-25 °С temperaturda, quru, sərin yerdə saxlayın. Birbaşa günəş şüalarından qoruyun.

Tərkib

5-<15% anion səthi-fəal maddələr, <5% amfoter səthi-fəal maddələr, <5% limon turşusunun monohidratı, ətirləndiricilər, benzil spirti, geraniol, linalool, sitronellol, limonen.
Tərkibində pentilenqlikol mövcuddur (1,2-Pentandiol)

5-<15% anionic surfactants, <5% nonionic surfactants, <5% Citric acid, perfumes, Benzyl Alcohol, Geraniol, Linalool, Citronellol, Limonene. 
Contains: 1,2-Pentandiol.

Təhlükəli̇di̇r! Gözlərə ciddi xəsarət yetirə bilər. Gözə düşdükdə bir neçə dəqiqə ərzində ehtiyyatlı şəkildə gözlərinizi təmiz su ilə yuyun. Kontakt linzalardan istifadə edirsinizsə və onları çıxarmaq asandırsa, onları çıxarın. Gözlərinizi yumağa davam edin. Dərhal TOKSİKOLOJİ MƏRKƏZƏ / həkimə müraciət edin. Tibbi konsultasiya lazım olduğu təqdirdə, məhsulun qablaşdırmasını və ya etiketini özünüzlə götürün.
Uşaqların əli çatmayan yerdə saxlayın. Qoruyucu eynəkdən istifadə edin. İşlətdikdən sonra əllərinizi əsaslı şəkildə yuyun.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.