Praymerdən daha artıq!
2-si 1-də: ani nəticə, toplanmış təsir
Dərinizin tonal vasitə altında yorğun və cansız görünməsi, makiyajın isə axşama doğru "axması" hissləri sizə tanış gəlir? Makiyaj üçün yaşlanma əleyhinə əsas sizi bu hisslərdən qurtarmaq üçün yaradılıb!
O, gizlətmir - o, dəyişir. Ani olaraq teksturanı hamarlaşdıraraq və qırışları dolduraraq, krem-əsas dəriyə hamarlıq bəxş edir, bunun sayəsində makiyaj dəriyə daha bərabər şəkildə yayılır və axşama qədər qalır.
Lakin onun əsas işi - qulluqdur. Siz gözəlliyinizdən zövq alırkən, antioksidantlar və yaşlanma əleyhinə komponentlər ilə zəngin formul işləyir: intensiv şəkildə nəmləndirir, solğunluq ilə mübarizə aparır və dəriyə cavanlıq şəfəqini qaytarır.
Artıq mükəmməl makiyaj və fəal qulluq seçim deyil, mövcudluqdur!
Dəyişməyinizin əsası
• Qamma-amin yağlı turşu
Mərkəzi sinir sisteminin ən əsas əngəlləşdirici neyromediatoru. QAYT fibroblastların fəal artması prosesinə, hialuron turşusunun, qlutation və kollagenin sintezinə səbəb ola bilər, bu isə, öz növbəsində, dərinin nəmlənməsini və elastikliyini artırır, onu nəzərə çarpacaq dərəcədə daha hamar və elastik edir.
Dəriyə tez bir zamanda nüfuz etmək qabiliyyəti sayəsində dəri səthində yerləşən və mimik əzələlərin gərginliyini tənzimləyən QAYT-reseptorları fəallaşdırır. Bu, əzələlərin gərginliyini azaltmağa və səmərəli şəkildə mimik qırırşları hamarlaşdırmağa kömək edir.
- Dəridə hialuron turşusu sintezinin ikiqat artması*.
- Qırışların təzahürünün 17% azalması*.
- 10% daha elastik dəri*.
• Şəffaflaşdırıcı kompleks
Xüsusilə seçilmiş altı komponent - laktobion, badam və traneksam turşuları, karnozin, nonapeptid-1 və niasinamid - sinergiya şəklində fəaliyyət göstərərək, çoxsəviyyəli və çoxməqsədli qulluğu təmin edir. Kompleks melanin ifrazını azaldır və mövcud piqmentasiyanı şəffaflaşdırır, dəri tonunu bərabərləşdirir, nəmlənmənin və elastikliyin optimal səviyyəsinin dəstəklənməsi üçün qlikozaminqlikanların sintezini stimullaşdırır. Nəticədə üz rənginin solğunluğu aradan qaldırılır, dəri sağlam parıltıya malik olur, dəri tonu isə bərabər və təravətli olur.
• BiEau® Actif Tri-Mushroom (çaqa, çin korditsepsi və laklı qovğa göbələklərinin cövhərləri)
Təsiri iltihabların azalmasına və antioksidant müdafiəyə yönləndirilmiş kompleks. Dərinin ümumi tonunu bərabərləşdirir və sağlamlaşdırır. İltihabi proseslərin qarşısını alır, oksidləşmə stressini və qızartıları, dərinin həssaslığını və reaktivliyini azaldır.
• C vitamininin sabit forması
Kollagen sintezini, dəri tonusunu artırır. Tirozinaza fəallığını azaldır, melanin sintezinin qarşısını alır. Güclü antioksidant təsir göstərir, iltihabi proseslərin intensivliyini azaldır.
• Xüsusi fosfolipidlər kompleksi
Nəmin hüceyrələrdə saxlanmasına səbəb olur, dərini yumşaldır və qidalandırır. Qabıqlanmanın qarşısını almağa kömək edir və dəri səthini hamarlaşdırır, bu isə makiyajın çəkilməsindən öncə quru və susuzlaşmış dəri üçün xüsusilə faydalıdır.
• Hidroksietilkarbamid
Güclü nəmləndirici təsir göstərir, dərini daha hamar və ipək kimi zərif edir.
• Fito-skvalan
Skvalenin zeytun yağından əldə edilən nəbati analoqu. Dərinə nüfuz etmək və təbii dəri sebumunu təqlid etmək qabiliyyətinə malikdir, təsirli şəkildə hüceyrə səviyyəsində nəmi saxlayır, quruluğun, qabıqlanmanın və susuzlaşmanın qarşısını alır. Nəticədə dəri nəzərə çarpacaq səviyyədə daha yumşaq, elastik olur, bu isə quru və yetkin dəri üçün xüsusilə dəyərlidir. Lipid səddi bərpa edərək, aqressiv xarici amillərdən etibarlı müdafiəni təmin edir: çirklənmələrdən, UB-şüalanmadan və stressdən. Güclü antioksidant kimi azad radikalları neytrallaşdırır, hüceyrələrin bərpasına və qırışların hamarlaşmasına səbəb olur. Onun zərif və yüngül teksturası yağlı qat saxlamır, dəriyə sağlam parlaqlıq bəxş edir və makiyaj üçün mükəmməl əsas olaraq onun bərabər yayılmasını və, maska effekti olmadan, gün ərzində davamlılığını təmin edir.
• Qiymətli yağlar
A və E vitaminləri ilə zəngin makadamiya yağı dərindən nəmləndirir, yumşaldır, oksidləşmə stressindən müdafiə edir, dərinin parlaqlığına və elastikliyinə səbəb olur.
Tərkibinə görə dəri sebumuna bənzəyən jojoba yağı yağlılğı müvazinətləşdirir, yapışqanlıq hissi saxlamadan nəmləndirir və hüceyrələrin bərpasına kömək edir, dərini daha elastik edir.
Üzüm çəyirdəkləri yağı E vitamini və polifenollar kimi antioksidantların yüksək miqdarı ilə fərqlənir. Tonu şəffaflaşdırır, səmərəli şəkildə dəri solğunluğu və foto-yaşlanması əlamətləri ilə mübarizə aparır.
Kimlər üçündür?
Dəri tonunu bərabərləşdirmək istəyənlər üçün.
Gündəlik olaraq tonlaşdırıcı vasitələrdən və kirşandan istifadə edənlər üçün.
Solğun və yorğun dərini canlandırmaq istəyənlər üçün.
Gündəlik qulluqlarını daha səmərəli etmək istəyənlər üçün.
Meqapolis sakinləri, planşet, smartfon, noutbuk və ŞK-lərin fəal istifadəçiləri üçün.
Sürətli nəticə ehtiyacında olanlar üçün.
Çoxfunksiyalı vasitə axtaranlar üçün.
Heyvanlar üzərində sınaqdan keçirilmir
Parabensiz
SLS/SLES-siz
Ftalatsız
GMO-suz
Mineral yağlarsız
* Fəal maddələrin in vivo və in vitro sınaqlarının nəticələrinə əsasən.
Легкими массажными движениями нанесите небольшое количество крема на очищенную кожу лица и дайте полностью впитаться; затем можно приступать к нанесению макияжа. Можно использовать как дневной крем.
(INCI): Aqua (Water), Glycerin, Hydroxyethyl Urea, Coco-Caprylate/Caprate, Dicaprylyl Carbonate, Isoamyl Laurate, Cetearyl Alcohol, Propanediol, Panthenol, Niacinamide, 3-O-Ethyl Ascorbic Acid, Macadamia Integrifolia (Macadamia) Seed Oil, Simmondsia Chinensis (Jojoba) Seed Oil, Squalane, Tocopheryl Acetate, Vitis Vinifera (Grape) Seed Oil, Ganoderma Lucidum Extract, Inonotus Obliquus Extract, Cordyceps Sinensis Extract, Lecithin, Phospholipids, Sodium Acrylates Copolymer, Aminobutyric Acid, Cetearyl Glucoside, Lactobionic Acid, Mandelic Acid, Tranexamic Acid, Nonapeptide-1, 1,2-Hexanediol, Silica, Carnosine, Glycolipids, Glycine Soja (Soybean) Sterols, Caprylhydroxamic Acid, Parfum, Glycine Soja (Soybean) Oil, Citric Acid, Lactobacillus Ferment, Ethylhexylglycerin, Ci 77891, 77002, 77492, 77491, 77499, Linalool, Limonene.