• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Siberian Herbs Ayaq üçün qoxu əleyhinə sprey, sürvə, bağayarpağı və palıd ilə

Siberian Herbs Ayaq üçün qoxu əleyhinə sprey, sürvə, bağayarpağı və palıd ilə, 100 ml

Siberian Wellness
Sürvə hidrolatı, palıd və bağayarpağı cövhərləri ilə ayaq üçün sprey gün ərzində xoşagəlməz qoxunun əmələ gəlməsinin qarşısını alır. Fəal maddələr bakteriyaların və göbələklərin inkişafını dayandırır, həmçinin ayaqların dərisini nəmləndirir və ona qulluq edir.
Artikul: 426349
Həcm: 100 ml
Qalıb: 100+ əd.
5,8 ₼
4.1 bal
7,2 ₼
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Xoşagəlməz qoxunun qarşısının alınması
    Fəal maddələr xoşagəlməz qoxu molekullarının qabağını alır və onları məhv edir.
  • Bakteriyalar əleyhinə təsir
    Bitki cövhərləri, pirokton olamin və sink risinoleatı bakteriyalar və göbələklər əleyhinə təsirə malikdir.
  • Dəriyə qayğı
    Trehaloza ayaq dərisinin nəmlənməsinə səbəb olur.
  • Geniş istifadə
    Dezodorant və ayaqqabılar üçün antiseptik kimi istifadə etmək olar.

Xoşagəlməz qoxunun aradan qaldırılması
+100 əminlik dərəcəsinə!
Ayaqların yüksək tər ifrazı zamanı bakteriyalar kəskin ətrə malik uçan turşular əmələ gətirir. Bu çox incə problemdir, həm bu xüsusiyyətə malik insana, həm ətrafdakı insanlara narahatlıq verir. Lakin bitki cövhərləri ilə təsirli formula etibar edildikdə, xoşagəlməz qoxu yoxa çıxa bilər.
Sürvə, bağayarpağı və palıd ilə ayaqlar üçün spreyin fəal maddələri sizə bakteriyalardan qurtulmağa kömək edəcək və yalnız təravəti saxlayacaq.

Təravət və əminlik

  • Sərt qoxunun aradan qaldırılması
    Sink risinoleatı və pirokton olamin uçan aldehidləri tutur və xoşagəlməz qoxunun yeni molekullarının əmələ gəlməsinə imkan vermir.
  • Bakteriyalar əleyhinə təsir
    Pirokton olamin və palıd kökünün cövhəri lazımsız mikro-orqanizmlər ilə mübarizə aparmağa və iltihabları azaltmağa kömək edir.
  • Dərinin nəmləndirilməsi və yumşaldılması
    Sürvə hidrolatı və trehaloza kobudlaşmış dərini yumşaldır, onu nəmləndirir və mikro-zədələri sağaltmağa kömək edir.

   • Pirokton olamin
Bakteriyalar və göbələklər əleyhinə geniş təsir spektrinə malikdir. İltihabəleyhinə təsir göstərir, qaşınmanın və dəri qıcıqlanmasının qarşısını alır, qabıqlanmanı azaldır. Mikro-orqanizmlərin inkişafını tənzimləyir.
   • Sink risinoleatı (Polyfix ZRC 25 GP)
Sink duzu əsasında kompleks xoşagəlməz qoxunu əmələ gətirən molekulları bağlayır və onların inkişafının qarşısını alır.
   • Sürvə hidrolatı
Yerli immunitetə müsbət təsir göstərir, hüceyrələrin bərpasını stimullaşdırır, iltihabları və tər ifrazının intensivliyini azaltmağa kömək edir.
   • Palıd kökünün cövhəri
Aşı maddələr, flavonoidlər, qall və ellaq turşuları iltihabları aradan qaldırmağa və zərərli mikro-orqanizmlər ilə mübarizə aparmağa kömək edir.
   • Bağayarpağı cövhəri
Kobudlaşmış dərini nəmləndirir, yumşaldır, iltihablar ilə mübarizə aparır, dəri zədələrinin sağalmasını sürətləndirir.
   • Trehaloza
Ətraf mühitin xoşagəlməz təsiri zamanı hüceyrələri müdafiə edir və onların həyat fəaliyyətini dəstəkləyir. Dəridə nəm çatışmazlığını kompensasiya edir, dərinin hüceyrə strukturunu saxlayır və onu zədələnmələrdən müdafiə edir. Uçan aldehidlərin əmələ gəlməsinin qarşısını alır (yəni, xoşagəlməz qoxuları aradan qaldırır).

Aşağıda sadalanan şəxslər üçün:
- ayaq nahiyəsində yüksək tər ifrazına məruz qalanlar üçün;
- ayaq dərisinə qulluq etmək və onun optimal pH müvazinətini saxlamaq istəyənlər üçün;
- istənilən vəziyyətdə qüsursuz qalmaq istəyənlər üçün.

   • 4% sink risinoleatı
Risinol turşusu, fəallaşdırılmış "yaşıl" xelat ilə sink duzu. Təbii qoxu uducusu.
   • 2,5% sürvə hidrolatı
Ç - çoxfunksiyalıq. Fitonsidlər bakteriyaları məhv etməyə kömək edir, flavonoidlər isə hüceyrələrin yenilənməsi proseslərini stimullaşdırır.
   • 2% trehaloza
Ayaq dərisi üçün xarici təsirlər əleyhinə qalxan, uçan aldehidlərin (yəni, xoşagəlməz qoxunun) qarşısını alır.

Məhsul heyvanlar üzərində sınaqdan keçirilməyib.

Tətbiq edilmə

Təmiz, quru ayaq dərisinə sıçradın, bir neçə saniyə qurumağa imkan verin. Zərurət yarandıqca istifadə edin: səhər duşdan sonra, gün ərzində, məşqlərdən sonra, isti havada - hətta corabların üstündən.

Layfxak
Davamlı təsir üçün spreyi ayaqqabının daxilinə tətbiq edin.

Tərkib

Fəal maddələr: pirokton olamin, sink risinoleatı, trehaloza, sürvə hidrolatı, palıd və bağayarpağı cövhərləri.

Tərkib: su, izopropil spirt, sürvə hidrolatı, trehaloza, polisorbat 20, sink risinoleatı, pirokton olamin, bağayarpağı cövhəri, palıd cövhəri, fenoksietanol, qliserin, natrium lauroil sarkozinat, tetranatrium qlutamat diasetat, propandiol, kalium sorbat, natrium benzoat, limon turşusu, dehidrosirkə turşusu, benzil spirt, etilheksilqliserin, linalool, geraniol, limonen.

(INCI): Aqua / Water, Isopropyl Alcohol, Salvia Officinalis Leaf Water, Trehalose, Polysorbate 20, Zinc Ricinoleate, Piroctone Olamine, Plantago Major Leaf Extract, Quercus Robur Black Extract, Phenoxyethanol, Glycerin, Sodium Lauroyl Sarcosinate, Tetrasodium Glutamate Diacetate, Parfum, Propanediol, Potassium Sorbate, Sodium Benzoate, Citric Acid, Dehydroacetic Acid, Benzyl Alcohol, Ethylhexylglycerin, Linalool, Geraniol, Limonene.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.