Rəşadətliliyin yeni erası
Zərif tərzin və gücün mücəssəməsi
Fəsilə: təravətli, oduncaqlı.
İlkin çalarlar: sitrus meyvələri, aldehidlər, alma, akvatik çalarlar, ardıc giləmeyvələri, yaşıllıq, naringi
Mərkəzi çalarlar: əmbər, sidr, silvervud
Şleyf: palıd mamırı, müşk
Zərif və dəbli qoxuya malik Silver Wood & Oakmoss ətri - xarizmalı, cəsarət göstərməyə qadir kişilər üçün bir hədiyyədir. Onların həyatı emosiyalar və hissiyyatlılıq zirvəsindədir, onlar xəyallar qurmağı və sevməyi bacarırlar!
Kompozisiyanın mərkəzində - ardıc meyvələrinin qatranlı-tüstülü əhval-ruhiyyəsi, əmbər çalarlarının və güclü sidr ağacının birləşməsi ilə vurğulanmış sitrus notları yer alır. Sonra isə ətir, zərif tərzli və rəşadətli inqrediyentlərdən olan palıd mamırı və oduncaqlı silvervud ilə tamamlanmış isti müşk çalarları ilə açılır.
Ətir ilə tanış olun! 1,5 ml həcmində tester sifariş verin.
Ətrin ürəyi - xülyalı oduncaqlı silvervud çaları
Kompozisiyaya həcm və diffuzluq bəxş edən ağac əsasını əks etdirir. Silvervud - dəri və vəhşi təbiət notları ilə zərif tərzli oduncaqlı çalarlardır. O, kompozisiyaya müasir zərif tərzlilik əlavə edir və ətri gücləndirir, ona gözəl şleyf bəxş edir.
Ətri yaradan ətriyyatçı
Anjelin Pubo (Angeline Poubeau), aparıcı ətriyyatçı, Eurofragance (İspaniya)
Eurofragance - butik - ətirləri yaradan və dünya üzrə onları satan ətriyyat evidir.
Cəmi bir nəsil əvvəl təşkil olunan bu şirkət İspaniyada yerləşir. Onlar çoxmədəniyyətli iş qüvvəsinə və qlobal iştiraka malikdirlər. Eurofragance uğuru əsasən onun sahibkarlıq ruhu və özünəməxsus biznes fəlsəfəsi ilə bağlıdır.
Kimlər üçündür?
• Misilsiz şarm və seksual cazibədarlıq üçün.
• İşgüzar geyim dəsti və gündəlik geyimlər üçün.
• Mərd və qətiyyətli xarizma sahibləri üçün.
• Ənənələrə hörmət edən, lakin yeniliklərə qarşı açıq olan şəxslər üçün.
Hər flakonda:
• 6 saata qədər
ətriyyat suyunun davamlılığı.
• 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem.
• 50 ml
Tamformatlı məhsul. 3-5 aya qədər gündəlik istifadə.
Heyvanlar üzərində sınaqdan keçirilməyib.
Xatırladaq ki, ətirlər bədəninizin istisindən "açılır", bu səbəbdən onları paltarların üzərinə deyil, altına tətbiq etmək tövsiyə olunur.
Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın. Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.
(INCI): Alcohol (80% vol.), parfum (fragrance), water (aqua), limonene, linalool, benzyl salicylate, coumarin, citronellol, alpha-isomethyl ionone, citral, cinnamal, geraniol.