Əsas

Kameliya sibirika

Güman ki, Camellia Sinensis adı altında bitki yarpaqlarını ifadə edən çayla heç bir içki öz populyarlığına görə müqayisə olunmur. Çay həmişə yaxşıdır - istidə və soyuqda, səhər və axşam, ailənin şam yeməyində və yay günlərində. Hər bir xalqın öz çay ənənələri və bu içkinin hazırlanması üçün sevimli reseptləri var. Məşhur ingilis fayv-o-klok (saat 5-də çay mərasimi), rusların samovar arxasında əyləşməsini, yaponların çay mərasimlərini,  sidr fındığı və nanə ilə tunis çay mərasimini və ya duz və kərə yağla tibet çayını necə xatırlamamaq olar... Əlbəttə bunları sonsuz şəkildə sadalamaq olar.

Camellia Sibirica çayı qanunla Sibirdən həqiqi premium-klass içki hesab oluna bilər, lakin birinci dərəcəli yaşıl və qara çaydan başqa onun tərkibinə unikal sibir bitkiləri və otları da daxildir ki, onlar da bu içkiyə təkrarolunmaz dad və aromat verir. Öz növbəsində bu inqredyentlərin hamısının zəngin olduğu təbii maddələr orqanizmin ən müxtəlif sistemlərinə yaxşı təsir göstərir.

Camellia Sibirica çayı xüsusi texnologiya ilə hazırlanmışdır: əllə yığılan bitkilərin tam hissələri piramida formasında xüsusi paketlərdə qablaşdırılmışdır ki, bu da onların əzəli forması və efir yağlarının zəngin konsentrasiyasını saxlamağa imkan verir. Bu içkiyə tam xüsusi, təkrarolunmaz dad və ətir verir ki, bu da birinci və ikinci dəmləmə zamanı müxtəlif cür aşkar edilir. 

Camellia Sibirica seriyasından premium-klass çayı ləyaqətinə görə hökmən qiymətləndiriləcək çox gözəl hədiyyə ola bilər. Özünüzə və yaxınlarınıza müxtəlif dad və təbii fayda ilə dolu olan bu xüsusi çay mərasimini hədiyyə edin! 

Mixək və yaşıl portağalın güclü dadı və ətri ilə birlikdə sibir qızılı kökünün həvəsləndirən və tonuslaşdıran təsiri bütün gün ərzində sizə gözəl ilıq hiss və enerji ehtiyatı hədiyyə edəcək. Bitkilərin əl ilə yığılan tam hissələri bu eksklüziv premium-klass çayda öz bütün təbii güc və əzəli dadını qoruyub-saxlayır.