ƏsasBAƏ brendləri → Üzvi minerallar

Vitaminerallar

"Üzvi minerallar" seriyasının bütün məhsullarının əsas xüsusiyyətləri odur ki, onlar sadəcə vacib mikroelementlərin çatışmamazlığını yerini doldurmurlar. Bu seriyadan olan hər bir məhsul təklikdə orqanizm üçün asan mənimsənilən üzvi birləşmə formasında qəbul oluna bilən mikroelementlərdən ibarətdir.  Unikal biomühəndis texnologiyalar sayəsində bizə ilk dəfə üzvi mineralları insan orqanizmində olduğu dəqiq şəkil və formada təkrar yaratmaq qismət oldu. 

BAƏ "Üzvi minerallar" tərkibindəki mineral birləşmələrin əksəriyyəti spirulin su yosunlarının hüceyrələrində idarə olunan biosintez yolu ilə alınmışdır. Bu texnologiya uzun müddət gizli qalmışdır çünki o, artıq toplanmış "gələcəyin qidası"nın yaradılması kimi belə strateji tapşırıqlar üçün SSRİ-nin hərbi-sənaye kompleksinin tərkibində işlənib-hazırlanmışdır. Bu texnologiyanın mahiyyəti ondan ibarətdir ki, mikroelementləri duzları spirulin koloniyasının xüsusi bioreaktorlarda yaşadığı bəsləyici mühitdə yerləşir. Bu mikro-yosun isə unikal qabiliyyəti ilə fərqlənir - o, öz həyat fəaliyyəti prosesində metalların qeyri-üzvi duzlarını mənimsəyir ki, bu duzlar da onun orqanizmində mürəkkəb üzvi birləşməyə (zülal, fermentlər və s.) çevrilirlər. Ən təəccüblüsü isə odur ki, bu üzvi molekullar praktiki olaraq insan orqanizmində istifadə olunan mineral-üzvi birləşmələrin tam analoqudur. Obrazlı desək, spirulin qeyri-üzvi mineralları "canlandırır" və onları insan üçün fizioloji cəhətdən tam yararlı edir.