ƏsasYeniliklərİyun 2018 → Tanzaniyanı Siberian Health ilə kəşf edin!
26
iyun

Tanzaniyanı Siberian Health ilə kəşf edin!


LİDER-SƏYAHƏTÇİ - 2018 proqramının qalibləri planetin ən isti qitəsində maraqlı səyahətdən döndülər. Onlar, vulkanın ən böyük kraterinin zirvəsində olmaq, qədim masai tayfasının həyatına dalmaq, Serenqetdidə böyük miqrasiyanı müşahidə etmək, savannanın qəlbi olan Kilimancaro ətəyində olmağın nə demək olduğunu öyrəndilər. Bu gün onlar sizinlə öz təəssüratlarıyla bölüşürlər!

Çolpon Madaliyeva,Lider (Qırğızıstan)
Afrika - mənim uşaqlıq arzum olub. Bu ölkəni görəndə heyrətə gəldim: sonsuz səhraların yerinə – yaşıl meşələr, tənəzzülün yerinə – inkişaf etmiş şəhərlər və savadlı əhali. Məsləhətçilərimin də mənim xəyallarımın ölkəsinə gələ bilmələri üçün əlimdən gələni edəcəyəm.
Svetlana Kupriy, Lider (Serbiya)
Burada məni əsl macəralar gözləyirdi,başqa heç bir yerdə baş verə bilməyəcək hadisələr. Hətta,öküzdən qaçdığım bir məqamda oldu. Həyat üçün əsl təhlükə hissi izah edilə bilməz, bu anda özünü həqiqətən canlı hiss edirsən. Mən anladım ki, hələ çox şey bacarıram və bacararam. Siberian Health ilə sən sözün əsl mənasında özünü kəşf edirsən.
Sevinc Məmmədova, Lider (Azərbaycan)
Mənim ən çox yadımda qalan Tanzaniyanın vəhşi təbiəti və insanların ona qarşı qayğıkeş münasibəti oldu. Heyvanlardan qorunmaq üçün heç bir hasarı olmayan ekzotik mehmanxalar bizi çox təəccübləndirdi, və, əlbəttə ki ,Rəhbərliyin hər birimizə qarşı olan isti münasibəti. Burada mən ilk dəfə olaraq şəxsi təyyarədə uçurdum. Tanzaniya, Siberian Health ilə birlikdə səyahət etdiyim üçüncü ölkə oldu. Şirkətlə səyahəti unutmaq mümkün deyil, çünki bu sizin əməyinizin təsdiqidir.
Elvira Akçulpanova, Lider (Rusiya)
Tanzaniyaya səyahət əbədi olaraq mənim ürəyimdə qalacaq. Mən ilk dəfə həyatda vəhşi heyvanların belə müxtəlifliyini gördüm. Siberian Health ilə səyahətlər - xüsusidir! Rəhbərliklə yaxın ünsiyyət, təcrübə mübadiləsi – mən emosiyalar doluyam. Belə səyahətlərdən sanki başqa bir insan kimi qayıdırsan – sən enerjili,daxili harmoniya dolu və xoşbəxt olursan. İndi mən imkansız olanı etməyə hazıram!
Natalya Vorobyeva, Aparıcı Lider,(Rusiya)
Belə bir səyahəti təkrarlamaq mümkün deyil: biz adi turistlərin gözündən qaçan ən maraqlı yerləri gəzdik,qoruq edilmiş parkların ərazisində yerləşən lüks mehmanxanalarda qaldıq. Bütün bunlar səfəri unudulmaz etdi! Tanzaniya məndə qalibiyyət eşqini oyatdı. Şirkətin ən güclü Liderlərinin əhatəsində olaraq, sən anlayırsan ki, heç bir halda belə Tədbirləri qaçırmaq olmaz. Axı bu şans yalnız Yer kürəsinin ən maraqlı yerlərini görmək deyil, həm də daha yaxşı,daha güclü olmaq deməkdir!
Siberian Health ilə dünyanı kəşf edin, səyahət edin, inkişaf edin və həyatınızı yaxşılığa doğru dəyişin!