ƏsasYeniliklərİyul 2019 → Siberian Wellness istehsalatı yeni Business Profis dərəcəsini qarşılayır!
03
iyul

Siberian Wellness istehsalatı yeni Business Profis dərəcəsini qarşılayır!


Sibir üzrə səyahət edərək haraları ziyarət etmək lazımdır? Altay, Baykal və, əlbəttə ki, Siberian Wellness istehsalatını! Altaya və Baykala hər kəs gedə bilər, Şirkətin qəlbinə isə yalnız ən yaxşılar düşə bilir.

Ən vacib dərəcələrdən biri olan - Biznes Profi dərəcəsini bağlayan 35 Məsləhətçi, Siberian Wellness ilə hər şeyin mümkün olduğunu öz gözləri ilə gördü. İyunun 7-i onlar istehsalsalata maraqlı səyahətə çıxdılar, logistika mərkəzini ziyarət etdilər, Siberian Wellness məhsullarını istehsal edən mütəxəssislərlə tanış oldular, Şirkətin məhsullarını sınaqdan keçirdilər, suallar verdilər və Sibirin ürəyində olan geniş miqyaslı yüksək texnologiyanı öz gözləri ilə gördülər.

Məsləhətçilərimiz nələr deyir?

Olyesa Ulyanova, Rusiya
Mən, Şirkətlə əməkdaşlığa başladığım andan,Siberian Wellness istehsalatında olmağı arzulayırdım. Mənim üçün qurğuların ölçülərini görmək, istehsal texnologiyasının bütün müasir texniki tələblərə cavab verdiyinə əmin olmaq vacibdir. Gördüklərim,mənim gözlədiyimdən artıq idi.
Sergey Şestakov, Rusiya
İstehsalata səfər, mənim Şirkətə olan inamımı daha da gücləndirdi. Mən anladım ki: video çarxlarda göstərilən və təqdimatlarda bizə danışılan hər bir şey - əsl həqiqətdir. Siberian Wellness Şirkətinin qəlbi var və o döyünür. Berdskda olduqdan sonra,əminliklə deyə bilərəm ki: bu mənim həyatımda gördüyüm ən maraqlı hadisə idi!
Durdona Omanova və Bəhrəm Kuşnəzərov, Özbəkistan
Biz, daha müvəfəqiyyətli olmağı və Şirkətin istehsalatına getməyi öz qarşımıza məqsəd qoyduq. Biz addım-addım buna doğru irəliləyirdik, və indi, Berdskda olduqdan sonra anlayırıq ki: eyni şəkildə, addım-addım, ən yüksək dərəcəyə də çata bilərik.
Olqa Medvedova, Rusiya
Şirkət açıq şəkildə məhsulların necə istehsal olduğunu, əvvəllər şəkillərdə gördüyünüz şeyləri indi real həyatda gördünüz zaman - bütün xəyallarınızın gerçəkləşəcəyini anlayırsınız. Özünüzə və öz gücünüzə inanmağa başlayırsınız.
Marina Yelagina, Rusiya
Mən çox dərin təəssürat altındayam, axı mən ora hələ Müştərikən getmək istəyirdim. Həbləri istehsal edən sexi mən çox bəyəndim: burada hansısa bir kosmik texnologiyalardan istifadə olunur, və bütün proses – fantastik filmə bənzəyir. Müasir avadanlıq, dəbli yüksək texnologiyalar – burada gələcəyə düşdüyünüzü hiss edirsiniz!
İrina Kuznetsova, Rusiya
Bu sehrli bir şey idi! Səfər zamanı mənim ürəyim çırpınırdı, istehsalatın və logistik mərkəzin miqyasını gördükdə sanki nəfəsim kəsilirdi. Məhsulların saxlanılması üçün olan yüksək tələblər məni xüsusilə təsirləndirdi: müəyyən mikro iqlim, xammalın karantini, yükləmə qaydaları. Şirkət, Müştərilərin təhlükəsizlik məsələsinə mümkün qədər ciddi və məsuliyyətlə yanaşdığını gördüm. Mən çox şadam ki, göstərdiyimiz xidmətlərə görə, hədiyyə olaraq biz bura səyahət qazandıq: bu əvəzsiz bir təcrübədir. Burada olmaq – Siberian Wellness Şirkətinin istənilən Məsləhətçisinin arzusudur!
Aleksandr Pilyuk, Belarusiya
Bu yaxınlarda biz Vyetnam Səyahətindən qayıtdıq, və budur,Belarusiyadan ilk mən Şirkətin istehsalatı ilə tanış oldum. Bu, beynəlxalq keyfiyyət standartlarına uyğun sertifikatlaşdırılmış dünya səviyyəli avadanlıqlardır: ISO, GMP, HAСCP. Binanın daxilindəki istehsalsalatın şüşəylə "bağlanması" məni heyran etdi. Hətta operatorların nəfəs aldıqları hava belə təmizlənir. Bunu gördükdə, beynəlxalq keyfiyyət sertifikatları deyildikdə nəyin nəzərdə tutulduğunu anladım.
Tatyana Pelevina, Rusiya
İstehsalata ekskursiya – əvəzsiz bir təcrübədir. Bu, istehsal prosesini daxildən görmək və bununla məşğul olan insanlarla ünsiyyət qurmaq imkanıdır. Bu haqda Məsləhətçilərimə danışdıqda,emosiyalarım aşıb-daşır! Doğru Şirkətdə olmaq əminliyim 1000% artdı.
Helena and Wilhelm Zander, Almaniya
Biz istehsalata gələ bildiyimizə görə çox xoşbəxtik! Bu unudulmazdır! Biz çox məmnunuq və bizim üçün hər şey hələ yeni başlayır.

Bu unudulmaz üç günə görə sizə təşəkkür edirik!
Siberian Wellness üslubunda yaşayın - qalib gəlin,səyahət edin,xoşbəxt olun.