Qızılgül ətirlərinin yeni müasir səslənməsini kəşf edin!
Rose Edition by Aromapolis Olfactive Studio
Qızılgül bir tək bağda güllərin şahı deyil. Ətriyyatda da o, həmçinin, aparıcı yerlər tutur və kifayət qədər tez-tez müasir əsərləri bəzəyir. Qızılgülün təkrarolunmazlığı və misilsizliyi ondadır ki, o, həm tək, həm də digər çalarlar ilə birlikdə möhtəşəm səslənir.
Aromapolis Olfactive Studio-dan Rose Edition kolleksiyasında öz qızılgülünüzü tapın!
Ağ qızılgülün məsum pıçıltısı
Ağ müşk qızılgülü
Rose Edition kolleksiyasında ən zərif və qadın lətafəti dolu qızılgül. İsti, yumşaq, cazibədar və sonsuz dərəcədə zərif tərzli.
Çiçəkli, müşklü
İlkin çalarlar: çəhrayi istiot, yaşıllıq, berqamot
Mərkəzi çalarlar: ağ qızılgül, cövüz
Şleyf: vanil, oduncaqlı çalarlar, müşk
• Berqamot
Berqamot yağının ətri - sitruslu, təravətli, büzüşdürücü, nəzərə çarpan şirin meyvəli çalarlar ilə. Tədricən ətirdə çiçəkli və ədviyyatlı çalarlar əmələ gəlir, sonra isə, ətir, quruduqca, oduncaqlı vurğulu qatran qoxusu saçır.
• Çəhrayı istiot
Çəhrayı istiotun isti, oduncaqlı-tünd qoxusu tez-tez ədviyyəli çalar tələb edən meyvəli və çiçəkli kompozisiyaların tərkib hissəsi olur. Onun ətri qara istiotun ətrindən daha yumşaqdır. Çəhrayı istiot notları ilə ətirlər, quru meyvələr, ardıc və sitrus meyvələrinin qoxusu duyulan nəcib quru çalar əldə edirlər.
• Ağ qızılgül
Qızılgül - ətriyyatçıların sevimli çalarıdır, nadir halda hər hansı çiçəkli ətir onsuz olar. Ağ qızılgülün qoxusu ifadəli, zərif, təravətli və sərin, meyvə çalarlı və yüngül kirşan nüanslıdır.
Ətriyyatda adətən Dəməşq ağ qızılgülünün və ya bolqar qızılgüllərinin növlərindən istifadə olunur. Çox vaxtı kompozisiyada ağ qızılgül kimi göstərilən not, yaşıl çalarlı qızılgülləri, meyvə və ya ağ güllər nüanslarını birləşdirən akkorddur - ağ qızılgülləri xatırladan doğruyabənzər zərif ətrin yaradılması üçün.
• Oduncaqlı çalarlar
Möcüzəvi sakitlik və ahəng hissi bəxş edən, isti və eyni zamanda təravətli oduncaqlı ətir ilə müqayisə oluna bilən çox az şey var. Oduncaqlı çalarlardan qadın ətriyyatında istifadə bu ətrin sahibəsinin fəallığını, gözlənilməzliyini və müstəqilliyini vurğulayır. Güclü, amma lətafətli, fəal, amma tərzli, müstəqil, amma ehtiraslı - oduncaqlı ətirlərə üstünlük verən qadınlar məhz bu cür olur.
• Vanil
Vanil inanılmaz, tamamilə xüsusi ətrə malikdir - iştahalı və bununla yanaşı hissiyyatlı və incə səslənmə. Bu çaların sayəsində ətrin şleyfi həyəcanlandırır və əks cinsi cəlb edir.
• Müşk
Müşk çaları - ətrin əlaqələndirici hissəsidir, onun davamlılığını və təkrarolunmaz səslənməsini təmin edir. Müşk isti, yumşaq və cazibədar ətrə malikdir.
Kimlər üçündür?
• Qadınlar üçün.
• Zərif, şəffaf ətirlərə üstünlük verənlər üçün.
• Yüngüllük və saflıq duyğusu üçün.
• Toy ətri kimi istifadə olunması üçün.
• Romantik şəxslər üçün.
Hər flakonda:
• 3-4 saata qədərƏtriyyat suyunun davamlılığı.
• Buğdadan, arpadan, çovdardan hazırlanmış 100% təbii spirtli əsas.
• 1,5 ml tester məhsul 7-10 gün qədər gündəlik istifadə.
Heyvanlar üzərində sınaqdan keçirilməyib.
Məhsulun xarici görünüşü, partiyadan asılı olaraq, saytda göstəriləndən fərqlənə bilər, lakin bu, məhsulun ətrinə və onun istehlak xüsusiyyətlərinə heç bir təsir göstərmir.
Xatırladaq ki, ətirlər bədəninizin istisindən "açılır", bu səbəbdən onları paltarların üzərinə deyil, altına tətbiq etmək tövsiyə olunur. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın. Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.
(INCI): Alcohol (80% vol.), Parfum (Fragrance), Water (Aqua), Benzyl Salicylate, Hexyl Cinnamal, Linalool, Limonene, Geraniol, Citronellol, Citral, Isoeugenol, Benzyl Alcohol, Eugenol.