• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Neon Rose & Davana, ətriyyat suyu, 1,5 ml
Satılıb

Neon Rose & Davana, ətriyyat suyu, 1,5 ml, 1,5 ml

Aromapolis Olfactive Studio
Ətir, rom və zəfəranın bərq vuran notlarından ibarət qüsursuz melodiyanın biyani-yaşıl davana çalarları ilə birləşməsindən başlayır. Ətrin mərkəzində müxtəlif qızılgül növlərindən ibarət buketdən akkord yer alır. Parlaq narınc (acı portağal) çiçəklərinin və xumar qatı paçulinin neon notları ətri gücləndirir, ənbər və vanilin isti notları isə kompozisiyanı yekunlaşdırır.
Artikul: 108182
Həcm: 1,5 ml
2 ₼
Məhsul haqqında
  • Təzadlar oyunu
    Mürəkkəb kompozisiya həm müasir axşam şənliyi, həm də ciddi işgüzar görüş üçün uyğundur.
  • Neon qızılgüllər
    Hədsiz fantaziyanın, orijinallığın mücəssəməsi, yaradıcılıq və yenilikçilik rəmzi.
  • Müəllif kompozisiyası
    Belen Garcia (Belen Qarsiya) - Eurofragance üçün ətirlər yaradan, bənzərsiz özü özünü yetişdirmiş ətriyyatçı.

Qızılgül ətirlərinin yeni müasir səslənməsini kəşf edin!
Rose Edition by Aromapolis Olfactive Studio
Qızılgül bir tək bağda güllərin şahı deyil. Ətriyyatda da o, həmçinin, aparıcı yerlər tutur və kifayət qədər tez-tez müasir əsərləri bəzəyir. Qızılgülün təkrarolunmazlığı və misilsizliyi ondadır ki, o, həm tək, həm də digər çalarlar ilə birlikdə möhtəşəm səslənir.

Aromapolis Olfactive Studio-dan Rose Edition kolleksiyasında öz qızılgülünüzü tapın!

  • Ağ müşk qızılgülü
    Ən zərif və qadın lətafəti dolu qızılgül İsti, yumşaq, cazibədar və sonsuz dərəcədə zərif tərzli.
  • Mineral qızılgül
    Təravətli, zərif, duyğulu. Gözəl mineral-duzlu akkord qızılgül ətrinin zərifliyini və incəliyini vurğulayır.
  • Ədviyyəli qızılgül
    Əsrarəngiz, isti və məftunedici - bal qətranı ilə xarlanmış qızılgül və hil və zəfərandan ibarət parlaq ədviyyatlar xorunun qonşuluğu.
  • Şərq qızılgülü
    Tünd Dəməşq qızılgülü. Ud ağacının tüstülü səslənməsinə bürünmüş və paçuli ilə vurğulanmış zəngin teksturalı çalar. Cazibədar ətir.
  • Neon qızılgül
    Ondan daha sirli və gözəl bir çiçək yoxdur! Davana (solğun yovşan) bitkisinin ədviyyəli acılığı ilə vurğulanmış müxtəlif növ qızılgüllərin hissiyyatlı notları, ənbər və vanilin isti oduncaqlı çalarları ilə birlikdə dəbdəbəli kompozisiya yaradır.

Böyük şəhərin işıqları
Neon qızılgül
Rose Edition koleksiyasının ən orijinal, fantaziya gücü ilə yaradılan kompozisiyası! Davana (solğun yovşan) bitkisinin ədviyyəli acılığı ilə vurğulanmış müxtəlif növ qızılgüllərin hissiyyatlı notları, ənbər və vanilin isti oduncaqlı çalarları ilə birlikdə dəbdəbəli kompozisiya yaradır.

Çiçəkli, ləziz
İlkin çalarlar: rom, davana, zəfəran
Mərkəzi çalarlar: qızılgül, sidr, narınc (acı portağal) çiçəyi
Şleyf: vanil, paçuli, ənbər

   • Davana (solğun yovşan)
Şirinbiyan ətirli yaşıl acılıq kompozisiyaya tünd, əsrarəngiz meyvə vurğuları qatır.
   • Zəfəran
Zəfəran çaları səndəl ağacı nüanslı, tünd, oduncaqlı-şirinətir ilə açılır. Zəfəran qoxusu əbəs yerə afrodiziak hesab edilmir, axı o, hissləri oyatmağa və duyğuları gücləndirməyə qadirdir.
   • Qızılgül
Meyvəli, sitruslu və ədviyyəli-ballı bərqlər ilə müxtəlif qızılgül növlərindən ibarət buketin dəbdəbəli çiçəkli notları ətrə qüsursuz tekstura bəxş edir.
   • Narınc (acı portağal) çiçəyi
Acı portağalın (narınc ağacının) dümağ çiçəkləri. Fransız dilindən fleur d’orange "portağal çiçəyi" kimi tərcümə olunur. Bu klassik çiçəkli ətirdir - zərif, hissiyyatlı, dərin. Qoxu özü şirin olsa da, onun tərkibində sitrus meyvələrinin təravətli çaları hiss olunur.
   • Sidr
Sidr notları ilə ətir incə iynəyarpaq nüansları ilə açılan və öz quru oduncaqlı çalarları ilə sakitləşdirən, yumşaq və isti səslənmə ilə fərqlənir.
   • Paçuli
Tüstülü, qatranlı paçuli ətri afrodiziak kimi təsir göstərir. Həm qadın, həm də kişi dərisində gözəl səslənir. Aroma-psixologiyaya əsasən bu çalar həyatınıza maddi rifah cəlb edir.
   • Vanil
Vanil inanılmaz, tamamilə xüsusi ətrə malikdir - iştahalı və bununla yanaşı hissiyyatlı və incə səslənmə. Bu çaların sayəsində ətrin şleyfi həyəcanlandırır və əks cinsi cəlb edir.
   • Ənbər
Ənbər çalarlı ətirlər çox populyardır! Davamlı, zəngin və güclü olan onlar əsl hisslər və emosiyalar fırtınası yaradır, arzular və xülayalara təslim olmağa vadar edir. Ənbər ətrəkirşanlı və heyvani yarımtonlar ilə isti oduncaqlı səslənmə bəxş edir.

  • Eurofragance
    Butik - ətirləri yaradan və dünya üzrə onları satan ətriyyat evidir.
    Cəmi bir nəsil əvvəl təşkil olunan bu şirkət çoxmədəniyyətli iş qüvvəsinə və qlobal iştiraka malikdir və İspaniyada yerləşir Eurofragance uğuru əsasən onun sahibkarlıq ruhu və özünəməxsus biznes fəlsəfəsi ilə bağlıdır.
  • 100% həqiqilik zəmanəti
    "Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.
  • GMP keyfiyyət nişanı
    Cənubi-Şərqi Asiya ölkələrində aparıcı sertifikatlaşdırma orqanı, IAF, APAC, IAAC, ILAC Beynəlxalq akkreditasiya üzvü tərəfindən zəmanət verilib.

Kimlər üçündür?
• Kişilər və qadınlar üçün.
• Orijinal ətriyyatı sevənlər üçün.
• Öz tərzi və əsrarəngiz fərdiliyi olan şəxslər üçün.
• Zəngin daxili aləmə sahib olan şəxslər üçün.
• Yaradıcı peşələrin sahibləri və müasir sahibkarlar üçün.

Hər flakonda:
   • 4-6 saata qədər Ətriyyat suyunun davamlılığı.
   • 100% təbii spirtli əsas buğdadan, arpadan, çovdardan hazırlanmış.
   • 1,5 ml tester məhsul 7-10 gün qədər gündəlik istifadə.

Heyvanlar üzərində sınaqdan keçirilməyib.

Məhsulun xarici görünüşü, partiyadan asılı olaraq, saytda göstəriləndən fərqlənə bilər, lakin bu, məhsulun ətrinə və onun istehlak xüsusiyyətlərinə heç bir təsir göstərmir.

Tətbiq edilmə

Xatırladaq ki, ətirlər bədəninizin istisindən "açılır", bu səbəbdən onları paltarların üzərinə deyil, altına tətbiq etmək tövsiyə olunur. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın. Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.

Tərkib

(INCI): Alcohol (80% vol.), Parfum (Fragrance), Water (Aqua), Citronellol, Coumarin, Alpha-Isomethyl Ionone, Geraniol, Eugenol, Limonene, Benzyl Benzoate, Linalool, Benzyl Alcohol, Citral, Farnesol, Benzyl Cinnamate, Isoeugenol.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.