• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
EPAM 4 (qaraciyər üçün)

EPAM 4 (qaraciyər üçün), 30 ml

EPAM
Qaraciyər funksiyasına dəstək
Artikul: 400268
Həcm: 30 ml
Qalıb: 100+ əd.
7,4 ₼
6 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

«EPAM-4» qaraciyər, öd kisəsi, mədəaltı vəzi fəaliyyətinin pozulmasının qarşısını almaq üçün nəzərdə tutulan propolis və mumiyo ilə zənginləşdirilmiş bitki ekstraktları kompleksidir.

  1. Əsas kompleks. Propolis və arı südü qaraciyər funksiyasının pozulması nəticəsində əziyyət çəkən orqanizmin müdafiəsini gücləndirir. Təbii maddələrin tərkibində olan dekanoik turşular imuniteti gücləndirir, iş qabiliyyətini və həyat tonusunu artırır.
  2. Yönəldilmiş kompleks. Tərkibində ,qaraciyərin fəaliyyətini normallaşdıran, toksinlərin öhdəsindən gəlməyə kömək edən və bu həyati orqanın strukturunu bərpa etməyə kömək edən bitki ekstraktları var. Bitki flavonoidləri xoleretik və hepatoprotektiv təsir göstərir, spazmolitik xüsusiyyətlərə malikdir, qaraciyərin antitoksik funksiyasını gücləndirir.
  3. Fon kompleksi. Tərkibindəki təbii komponentlər qaraciyərlə yaxından əlaqəli olan orqan və sistemlərə müsbət təsir göstərir və onun xüsusiyyətlərinə təsir göstərir. Bitkilərin aktiv maddələri dalağın işini dəstəkləməyə, qanın tərkibini yaxşılaşdırmağa, yüngül sidikqovucu təsirə malikdir, böyrəklərin işini stimullaşdırır, bağırsaqların və ürək-damar sisteminin tonusunu artırır.
Tətbiq edilmə

10-12 damcı (0,5 ml) ekstraktı 20 ml suda həll edin yaxud dilin altına damcılayın. Ekstraktın istifadə edilməsi qida qəbulundan asılı deyil. Kursun davamı - 21 gündən az olmamalıdır. Ehtiyac olduqda BAƏ «EPAM-4» qəbulunu artırmaq olar.

Bioloji aktiv qida əlavəsi, iridoidlər, dekenoik turşular ehtiva edən flavonoidlərin mənbəyi kimi tövsiyə olunur.

Əks göstərişlər: məhsulun komponentlərinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya, arı məhsullarına qarşı allergik reaksiyalar.

Tərkib

Solmazçiçəyi çiçəklərinin, pişik otu köklərinin və kökümsovlarının ekstraktları, arı südü və propolis ekstraktları, tozağacı yarpaqlarının ekstraktı, razyana kökləri, andız kökləri və kökümsovları, dazı otu, gicitkən yarpaqları, qarğıdalının  dişicik ağzı və sütunları, istiotlu nanə yarpaqları, zəncirotu kökləri, qanotu, itburnu meyvələri, mumiya. Köməkçi maddələr: qliserin (E 422), rektifikasiya olunmuş etil spirti, kalium sorbat (E202), su.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.