• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
EPAM 7 (virus əleyhinə)

EPAM 7 (virus əleyhinə), 30 ml

EPAM
İmunitetin keşiyində
Artikul: 400271
Həcm: 30 ml
Qalıb: 100+ əd.
7,4 ₼
6 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

EPAM 7 - gündəlik həyatda və təhlükəli epidemioloji vəziyyətdə immunitet sistemini və orqanizmin ümumi dəstəyini gücləndirməyə kömək edən aktiv maddələrin mənbəyidir. Təbii komponentlər kompleksi immun modullaşdırıcı təsir göstərir, bədənin müdafiəsini döyüşə hazır vəziyyətə gətirir. EPAM 7 komponentləri immunitet sisteminizin istənilən vaxt viruslara qarşı mübarizə aparmağa hazır olduğu təbii, təhlükəsiz dəstəyi təmin edir.

  1. Əsas kompleks. Propolis və arı südü analoqu olmayan unikal xüsusiyyətlərə malik məhsullardır. Onlar immunitet sistemini gücləndirməyə kömək edir, bədənin virus və bakteriyalarla daha sürətli öhdəsindən gəlməsinə imkan verir.
  2. Yönəldilmiş kompleks. Exinaseya və mumiya ənənəvi olaraq orqanizmin müdafiəsini təmin etmək üçün istifadə olunur. Onlar bir əsrdən artıqdır ki, öz effektivliyini sübut edirlər. Mumiya və bitki ekstraktlarının birləşməsi stress, xroniki iltihab, uzun müddətli antibiotiklərlə terapiya, indiki və keçmiş yoluxucu xəstəliklər nəticəsində zəifləmiş immunitet sistemi üçün güclü dəstək göstərir.
  3. Fon kompleksi. Təbii komponentlər orqanizmi toksinlərdən təmizləməyə kömək edir və bədənə ümumi gücləndirici təsir göstərir.
Tətbiq edilmə

Boyüklər 10 damcı (0,5 ml) gündə 2 dəfə yemək vaxtı dilinizin altına qoyun. İstifadədən öncə çalxalayın. Qəbul müddəti – 1 ay. Zərurət yarandıqda qəbulu təkrarlamaq olar.

Bioloji aktiv qida əlavəsi, flavonoidlərin, iridoidlərin və tərkibində efir yağları olan polifenolik birləşmələrin mənbəyi kimi tövsiyə olunur.

Əks göstərişlər: məhsulun komponentlərinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya, arı məhsullarına qarşı allergik reaksiyalar.

Tərkib

Al-qırmızı exinaseya otunun ekstraktı, sarı yemişan meyvələri, arı südü, propolis, mumiya, kəklikotu, qum solmazçiçəyinin çiçəkləri, qanotu, qaraqınıq otu, yırtıq dazı otu, ikidibli gicitkan yarpaqları, istiotlu nanə yarpaqları, iri bağayarpağı yarpaqları, beşdilimli dəmotu, çobanyastığı çiçəkləri, qalınyarpaq badan kökümsovu, şam tumurcuqları, şam iynəyarpaqları, sallanan tozağacı tumurcuqları və yarpaqları.

Köməkçi maddələr: təmizlənmiş qliserin, qida xammalından rektifikə edilmiş etil spirti, kalium sorbat, içməli su.

Rəylər
MY
3 avqust 2023
Mustafayeva Yasəmən

Öskürəyi kəsir Bronxları təmizləyır Əsəblərı sakıtləşdirir
RG
15 iyun 2023
Rüstəmova Gültən

Coox yaxsidi effektin elə indi gördüm cox Raziyam.