EPAM 900 - tənəffüs sistemini virus və bakteriyalardan qorumağa kömək edən aktiv maddələrin mənbəyidir. Respirator virus xəstəliklərinin artması dövrlərində və epidemiya şəraitində tənəffüs yolları çox həssasdır, virus və bakteriyaların ağız və burunun selikli qişaları vasitəsilə bədənə daxil olma riski artır. EPAM 900 - ün təbii komponentləri faktiki müdafiəni təmin etməyə və imuniteti döyüşə hazır vəziyyətə gətirməyə kömək edəcəkdir.
Boyüklər 10 damcı (0,5 ml) günün birinci yarısında gündə 2 dəfə yemək vaxtı dilinizin altına qoyun. İstifadədən öncə çalxalayın. Qəbul müddəti – 1 ay. Zərurət yarandıqda qəbulu təkrarlamaq olar.
Tərkibində flavonoidlər, polifenolik birləşmələr (tanin), salidrozidlər və dekanoik turşular olan bioloji aktiv qida əlavəsi kimi tövsiyə olunur.
Əks göstərişlər: komponentlərə qarşı fərdi həssaslıq, hamiləlik, laktasiya, arı məhsullarına allergik reaksiyalar, yüksək qan təzyiqi, artan sinir qıcıqlanması, yuxusuzluq, aritmiya, ağır ateroskleroz, ürək fəaliyyətinin pozulması.
Çəhrayı rodiola kökləri və kökümsovu, adi mərcangilə meyvələri, adi dəvədabanı yarpaqları , təmizlənmiş etil spirti, arı südü, arı yapışqanı, müalicəvi bəlğəmotu kökləri, sallanmış tozağacı yarpaqları, adi mərcangilə yarpaqları,hündür andız kökləri və kökümsovu, adi qaraqınıq otu, ürəkşəkilli cökə gülləri, çobanyastığı çiçəkləri ,müalicəvi sürvəsinin yarpaqları, iri bağayarpağı yarpaqları, nanə yarpaqları, adi şam ağacının iynəyarpaqları və tumurcuqları.
Köməkçi maddələr: təmizlənmiş qliserin (E422), rektifikasiya olunmuş etil spirti, kalium sorbat (E202), içməli su.