• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Dark Vanilla & Cherry Blossom parfüm suyu

Dark Vanilla & Cherry Blossom parfüm suyu, 50 ml

Aromapolis Olfactive Studio
Zərif, hissləri oyadan çiçək ətri - cazibədarlıq və lətafət mücəssəməsi, daim hərəkətdə olan meqapolis ab-havası ilə əhatə olunmuş müasir xanımın cəsur fikirlərinin və energiyasının sinonimidir. Günəşli portağalın, ağ güllərin və möhtəşəm badamın əsrarəngiz çalarları ilə dolu bir dünyaya baş vur!
Artikul: 417417
Həcm: 50 ml
Qalıb: 31 əd.
55 ₼
51 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

Romantik sərgüzəşt?
Bir dəfə ətirlən - və hazırdır!

Romantika və həzz dünyasına baş vur! Yüngül meyvə-çiçəkli ətir zərif albalı çiçəklərinin, yetişmiş meyvələrin və əlvan sitrusların parlaq çalarlarını özündə cəmləşdirib. Kompozisiyanın mərkəzində onun əsl xasiyyəti əks olunur: ağ güllərlə əhatə olunmuş hissləri oyadan, ağac akkordları və şirin vanil təsiri altında daha da zərifləşən, acı badam çalarları.

  • Bayram əhval-ruhiyyəs
    Meyvə-çiçəkli ətir əhval-ruhiyyəni yaxşılaşdırır, bayram ab-havası bəxş edir!
  • Müəllif ətri
    Givenchy, Giorgio Armani, Salvatore Ferragamo üçün çalışan fransız parfümer Lyuk Syuzak.
  • Şirin portağalın yağı
    Həyat enerjisi ilə doldurur, romantik əhval yaradır.

Hər flakonda:
 •   15% ətirli maddələr və efir yağları
Efir yağlarının yüksək qatılığı şleyfin müddətini uzadır və ətrin qalıcılığını artırır.
 •   Ətrin qalıcılığı 6 saat

Ətrin xasiyyəti
— 100% qadınlara məxsus
   Lətafəti, gözəlliyi, özünə inamı və, eyni anda, sahibəsinin zərifliyini və incəliyini vurğulayır.
— Meqapolis enerjisi
   Ətir zərif, yüngül, bir qədər şirin, hissləri oyadan, çiçəkli və eyni zamanda dinamik, müasir meqapolisin gücü və enerjisi doludur.
– Yaz və yay mövsümlərinə aiddir
   Ətrin çalarlarının daha dolğun şəkildə açılması üçün ən uyğun zaman - yaz və yay mövsümləridir - ağacların və otların çiçəklənməsi dövrü. Onu da nəzərinizdə saxlayın ki, bu şən və qayğısız kompozisiya ilin və günün istənilən vaxtı Sizə lazım olarsa, romantik əhval-ruhiyyə yaratmağa və uzun gəzintilər üçün uyğundur.

  • Albalı çiçəkləri
    Ətir, özünə məxsus büzüşdürücülük və şirinliklə uyuşan, xüsusi dərinliyə və yumşaqlığa sahibdir. Albalı çalarları müsbət əhval yaradır, sakitləşdirir, özünə inam hissi yaradır, stressdən sonra güclərinizi bərpa edir.
  • Şirin portağal
    Parfümu təravətləndirici və isti ətirlə dolğunlaşdırır. Həyat enerjisi bəxş edir, əhval-ruhiyyəni yüksəldir, həyatın dadını hiss etməyə kömək edir. Əlvan, günəşli portağal yaradıcı düşüncə qabiliyyətinə və müsbət əhvala səbəb olur, artıq ciddilik olmadan rahat ünsiyyətə kökləyir.
  • Ağ güllər
    Kompozisiyaya füsünkar hissiyyat və zəriflik koloriti bəxş edir, zəngin çiçək vurğularını düzərək, ətri şirinlikə dolğunlaşdırır.
  • Badam
    Şirin və acımsov çalarlarla bərq vuraraq, ətrə nəfis - dəbdəbəli və zadəgan - səslənmə əlavə edir.
  • Tünd vanil
    Rahatlaşdırır, gündəlik qayğılarla sıxışdırılan emosiyaları azad edir. Kompozisiya tərkibində digər çalarların daha da aydın açılmasına səbəb olur, ətraf mühitə əsasən öz çalarlarını dəyişir.
  • Ağac çalarları
    Parfüma əsrarəngiz meşə təravəti, günəş altında qızmış ağacın istiliyini əlavə edir. Məhz onlar ətrə qalıcılıq və büzüşdürücülük verir, həddindən artıq şirin akkordları tarazlayaraq, isti kəşmir kimi sarıyır.

Dark Vanilla & Cherry Blossom ilə sənin əhval-ruhiyyən:
– Romantika, nazəndəlik və qəmzə
– Əsrarəngiz sevinc və xoşbəxtlik
– Nikbinlik və özünə inam qüvvəsi
– Yeni, təravətli həyat dadı.

Ətri dəyiş - əhval-ruhiyyəni dəyiş:
Golden Amber & Midnight Saffron ilə özünə cəzb et
Fresh Fig & Sparkling Tangerine ilə özünə güvən

Tətbiq edilmə

1. Nəbzinizin döyündüyü nahiyələrə tətbiq edin: boyun, qulaqların arxası, dirsəyin daxili hissəsinə, dizlərin arxa hissəsinə (lakin hamısına birlikdə deyil).
2. Ətiri duş qəbul etdikdən dərhal sonra istifadə edin (təmiz buxarlanmış dəriyə ətir mükəmməl şəkildə hopur) və ya ətiri havaya sə pələyərək ətirli bir buludun içərisinə daxil olun.
3. Ətiri növbəti hallara uyğun olaraq seçin:
• mövsümdən (yüngül - yayda,daha ağır - soyuq mövsümlər üçün);
• günün vaxtı: (birinci yarısında - yüngül, ikinci hissədə - daha dolğun);
• Əhval-ruhiyyə və vəziyyətdən (ofisdə və işdə - daha ciddi və təzə, gəzintilər və dostlarla görüşlər üçün - daha ağır və yaradıcı).

Ətirin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru yerdə, birbaşa günəş işığından uzaq bir yerdə saxlayın.

Layfxak:
Əhval-ruhiyyə yaratmaq üçün ətirdən otaq spreyi kimi istifadə edə bilərsən: şüşəni tekstil məhsullarına (pərdə və ya yastıqlara) doğru yönəlt və dozatora 2-3 dəfə bas.

Tərkib

(INCI): alcohol (80% vol.), parfum (fragrance), aqua (water), limonene, linalool, hydroxycitronellal, benzyl salicylate, citronellol, coumarin, hexyl cinnamal, citral, geraniol, benzyl alcohol, benzyl benzoate.

Rəylər
АФ
3 aprel 2023
Ахадова Фатима

Çox gözəl qoxusu var😍👍🏻