Təbii hamarlıq və parlaqlıq!
Dərinin enerjisini və gözəlliyini bərpa edin
Zərif teksturaya malik cilalayıcı eksfoliant dərinizə inanılmaz hamarlıq və baxımlılıq bəxş etməyə yaradılıb. Mərcanı enzimləri buynuzlaşmış dəri hüceyrələrini qayğılı şəkildə əridir, təbii mikro-qranulalar isə aşındırma mərhələsini yekunlaşdırır və, dərini zədələmədən, epidermisin təbii yenilənməsi prinsipinə əsasən çalışır. Yağlar kompleksi lipid səddi bərpa etməyə kömək edərək, dəriyə yumşaqlıq və ipək zərifliyi bəxş edir.
Müntəzəm istifadə piqment ləkələri şəffaflaşdırmağa, qırışları azaltmağa və dəriyə hamarlıq, sağlam parlaqlıq və baxımlı görkəm bəxş etməyə kömək edir.
İncə və dərin təmizləmə formulu
Ev şəraitində dərinin yenilənməsi üçün proqram
Si̇zə lazım olacaq:
– 414339 Üz üçün yeniləyici və bərabərləşdirici pilinq, 200 ml – Experalta Platinum
– 418444 Üz üçün cilalayıcı eksfoliant, 50 ml – Experalta Platinum
Bu kombinasiya necə fəaliyyət göstərir?
Aşağı pH səviyyəsi olan pilinqin tərkibində aşağı molekulyar çəkiyə malik turşuların balanslaşdırılmış birləşməsi mövcuddur.
– AHA-turşular sürətli şəkildə dəriyə nüfuz edir, buynuzlaşmış hissəciklərin laylanmasına kömək edir.
– BHA-turşular piy vəzilərinə təsir göstərir və piy ifrazını tənzimləyir.
– PHA-turşular buynuz qatında çökmüş toksinləri bağlayır.
Pilinq gözəl hərtərəfli təmizləyici təsir göstərir.
Pilinqdən sonra eksfoliantdan istifadə sinergetik təsir bəxş edir: pilinqin turşuları, eksfoliantın fermentləri və enzimləri ölmüş hüceyrələri yumşaldır və əridir, əriməmiş zülal mənşəli çirklənmələri təmizləyir. Eksfoliantın mikro-qranulaları epidermisin üst qatının buynuzlaşmış hüceyrələrini təmizləyir, dərini yumşaq şəkildə cilalayır, eyni zamanda, yağlar dərinin pozulmuş lipid qatının bərpasına kömək edir.
Nəticə: pilinqin və eksfoliantın səmərəli birləşməsi hiperkeratozu (dərinin üst qatının qalınlaşması) və onun nəticələrini - səthi qırışları və qatları, qabıqlanmanı - aradan qalmağa kömək edir. Dəri teksturası daha bərabər və hamar olur.
Aşağıda sadalanan şəxslər üçün:
• dəriyə parlaqlığı və təravətli görkəmi qaytarmaq istəyənlər üçün
• genişlənmiş məsamələr və qara nöqtələr üçün çözüm axtaranlar üçün
• dərinin yaşlanmasını və solmasını ləngitmək istəyənlər üçün
• daha hamar dəri istəyənlər üçün
• piqmentasiya və qeyri-mükəmməlliklərlə mübarizə aparanlar üçün
Parabensiz
SLS/SLES olmadan
Ftalatsız
GMO olmadan
Mineral yağlar olmadan
Məhsul heyvanlar üzərində sınaqdan keçirilməmişdir.
Az miqdarda vasitəni, gözətrafı nahiyəni istisna etməklə, təmizlənmiş nəm dəriyə çəkin. 3 dəqiqə saxlayın, sonra dərini massaj edin və yuyun. Həftədə 1-2 dəfə sərbəst vasitə şəklində və ya Experalta Platinum seriyasından oksigenli pilinqdən sonra ikinci mərhələ kimi istifadə edin.
Qeyd: yalnız zahirdən istifadə etmək üçün. Uşaqlar üçün uyğun deyil. Anamnezinizdə kosmetik vasitələrə qarşı alergiyanız olduğu halda, istifadədən öncə həkimlə məsləhətləşin.
Fəal tərkib: niasinamid, qlükonolakton, silisium dioksidi, mentil PCA, mərcanı enzimləri, həbəş xardalı (krambe) və badam yağları, tokoferol.
Ингредиенты (INCI): glycerin, hydrated silica, calcium carbonate, cellulose, sorbitan stearate, gluconolactone, niacinamide, prunus amygdalus dulcis (sweet almond) oil, caprylic/capric triglyceride, coco-caprylate/caprate, crambe abyssinica seed oil, lactobacillus/vaccinium macrocarpon fruit ferment filtrate, menthyl PCA, tocopherol, benzyl alcohol, water, parfum, xanthan gum, cellulose gum, glyceryl laurate, leuconostoc/radish root ferment filtrate.