• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Bitki peptidləri ilə üz üçün intellektual zərdab
Mövcud deyil

Bitki peptidləri ilə üz üçün intellektual zərdab, 50 ml

Experalta Platinum
İnnovativ formul dərinin dərin qatlarında fəal şəkildə çalışır, dərinin elastikliyini olduqca artırır. Bitki peptidlər və qamma-amin yağ turşusu nəzərə çarpacaq şəkildə qırışları açır, üz ovalını modelləşdirir və kollagen sintezini stimullaşdırır, dəri rəngini yaxşılaşdırır və ona parlaqlığını qaytarır.
Artikul: 418452
Həcm: 50 ml
62,5 ₼
59 bal
Məhsul haqqında
  • Ani liftinq
    Dərin qırışların hamarlaşdırılması təsiri artıq bir saat sonra nəzərə çarpır və tədricən güclənir.
  • Bərabər ton
    Solğun üz rəngini aradan qaldırmağa kömək edir, dəriyə təbii parlaqlığını qaytarır.
  • Çoxsəviyyəli anti-age təsir
    Bitki peptidləri fibroblastların işini yenidən proqramlaşdırır, hüceyrələrin cavan iş rejimini bərpa edir.

Dəri cavanlığının intellektual sistemi
Elm və təbiətin sinergiyası
Cavanlaşdırıcı təsirə malik peptidli zərdab üz dərisinə intensiv qulluq üçün nəzərdə tutulub:
∙ Dərinin sıxlığını, möhkəmliyini və elastikliyini artırır, tonusunu qaytarır.
∙ Qırışları açır, üz ovalının çərçivəsini möhkəmləndirir.
∙ Dəri daha cavan, sağlam və hamar görünür.

Dərinin bütün qatlarında ardıcıl dəyişiklik.

  • Qərni qat
    Kameliya yağı kollagen sintezini aktivləşdirir, dərinin elastikliyini artırır, onun teksturasını yaxşılaşdırır və hamarlaşdırır.
    Arabinoqalaktan dərinin səddi funksiyalarını yaxşılaşdırır, trans-epidermal nəm itkisini azaldır, ani mexaniki liftinq-təsir göstərməyə qadirdir.
    Krambe (həbəş xardalı) yağı lipid səddi bərpa edir, güclü antioksidant təsir göstərir. Dəriyə parlaqlıq bəxş edir, nəmlənmə və ipəklik hissini saxlayır.
    Qara zirə yağı bərpa proseslərini stimullaşdırır və dərinin öz kollageninin ifrazına səbəb olur, dəri bütövlüyünün bərpasını sürətləndirir.
    Mərcanı yağı susuzlaşmanın qarşısını alır, qıcıqlanma və narahatlığın təzahürlərini azaldır.
    Yağçiçəyi yağı güclü yeniləyici, qidalandırıcı və bərpaedici təsirlərə malikdir, dəriyə hamarlıq və elastiklik bəxş edir, quruluq və dartınma əlamətlərini aradan qaldırır.
  • Epidermis
    Burulmuş hialuron turşusu ilə misilsiz hiqroskopik mikro-kürələr alında, yanaqlarda, burnun üst hissəsində, gözlər və dodaqların ətrafında olan dərin qırışların hamarlaşması təsiri göstərir, bu təsir artıq bir saat sonra nəzərə çarpır və tədricən güclənir.
    Xüsusilə seçilmiş 6 (laktobion turşusu, badam turşusu, traneksam turşusu, karnozin, nonapeptid-1, niasinamid) maddədən ibarət şəffaflaşdırıcı kompleks melanin ifrazını azaltmağa, artıq əmələ gələn piqmenti aradan qaldırmağa, dəri tonunu bərabərləşdirməyə qadirdir.
    İnnovativ hüceyrə şirəsi formasında laklı qovğa göbələyi antioksidant müdafiəni təmin edir, iltihabəleyhinə təsirə malikdir.
    Trehaloza ətraf mühitin mənfi təsiri zamanı hüceyrələrin həyat fəaliyyətini müdafiə edir və dəstəkləyir.
  • Derma
    Phytocodine bitki peptidləri daha gənc dəriyə xas olan hüceyrədənkənar matrisanın komponentlərini yetişdirmək məqsədilə fibro-blastları yenidən proqramlaşdırır, strukturu optimallaşdırır, dərinin elastikliyini və sıxlığını artırır və nəzərə çarpan yaş əlamətlərini azaldır.
    HerbaGlow energetik kompleks - dərinin sinergetik qidalanması və canlanması, onun sağlam və cavan parlaqlığının bərpası üçün nəzərdə tutulan sistemdir.
    Qamma-amino yağlı turşu dərinin nəmlənməsini və elastikliyini artırır, onu daha hamar edir.
    EGF (shEGF) epidermal artım amili derma fibroblastlarının artımını stimullaşdırır və dərinin elastikliyini artırır.
    LIFTONIN - mürəkkəb fırlarından və, silisiumun bitki mənşəli törəmələri olan, darı cövhərindən ibarət kompleks. Dəri strukturunun keyfiyyətini yaxşılaşdırır, onu deqradasiyadan müdafiə edir, kollagen ifrazını artırır, qırışların və nazik xəttlərin dərinliyini azaldır, dəri tonunu bərabərləşdirir və yaxşılaşdırır.

   • Burulmuş hialuron turşusu ilə hiqroskopik mikro-kürələr
Lipofil səthi hesabına dərinin lipid qatından nüfuz etmək qabiliyyətinə malikdirlər. Dərinin nəmi ilə birləşdikdə dehidratasiya edilmiş hialuron turşusu şişir, açılır, 30 qatadək həcmdə artır və qırışları daxildən hamarlaşdırır. Alın, yanaqlar, burnun üst hissəsi, gözətrafı və dodaq nahiyəsində dərin qırışların hamarlaşdırılması təsiri artıq bir saat sonra nəzərə çarpır və tədricən artır.
   • Qamma-amin yağlı turşu
Fibroblastların proliferasiyasına və hialuron turşusu, qlutation və kollagen sintezinə səbəb ola bilər, bununla da, dərinin nəmlənməsini və elastikliyini artıraraq, onu daha hamar və cavan edir. Dəri səthində, mimik əzələlərin rahatlaşmasına və gərginləşməsinə nəzarət edən QAYT-reseptorlar mövcuddur. QAYT sürətli şəkildə dəriyə nüfuz edə və QAYT-reseptorları aktivləşdirə bilər - gərgin mimik əzələlər rahatlaşır, mimik qırışlar isə hamarlaşır.
∙ Dəridə hialuron turşusunun ifrazı 2 dəfə artır*.
∙ Qırışların təzahürləri 17% azalır*.
∙ Dəri 10% daha elastikdir*.
   • EGF (shEGF) epidermal artım amili
Derma fibroblastlarının artımını stimullaşdırır və dəri elastikliyini artırır. Hüceyrələrin bərpasına kömək edir, qırışları açır və dərini daha hamar və zərif edir. Bərpa proseslərini sürətləndirir, mikrosirkulyasiyanı yaxşılaşdırır, detoksikasiyaya kömək edir, lipofustsin (sarımtıl-qonur yaşlanma piqmenti) yığınlarını azaldır.
   • LIFTONIN
Mürəkkəb fırlarından və, silisiumun bitki mənşəli törəmələri olan, darı cövhərindən ibarət kompleks. Dəri strukturunun keyfiyyətini yaxşılaşdırır, onu deqradasiyadan müdafiə edir, kollagen ifrazını artırır, qırışların və nazik xəttlərin dərinliyini azaldır, dəri tonunu bərabərləşdirir və yaxşılaşdırır.
   • Şəffaflaşdırıcı kompleks
Xüsusilə seçilmiş 6 (laktobion turşusu, badam turşusu, traneksam turşusu, karnozin, nonapeptid-1, niasinamid) maddədən ibarət formul melanin ifrazını azaltmağa, artıq əmələ gələn piqmenti aradan qaldırmağa, dəri tonunu bərabərləşdirməyə qadirdir.
   • Phytocodine bitki peptidləri
Daha gənc dəriyə xas olan hüceyrədənkənar matrisanın komponentlərini yetişdirmək məqsədilə fibro-blastları yenidən proqramlaşdırır, dərinin strukturunu optimallaşdırır, elastikliyini və sıxlığını artırır və nəzərə çarpan yaş əlamətlərini azaldır.
   • HerbaGlow energetik kompleks
Dərinin sinergetik qidalanması və canlanması, onun sağlam və cavan parlaqlığının bərpası üçün nəzərdə tutulan sistemdir.
   • İnnovativ hüceyrə şirəsi formasında laklı qovğa göbələyi
Antioksidant müdafiəni təmin edir, iltihab əleyhinə təsirə malikdir.
   • Trehaloza
Ətraf mühitin mənfi təsiri zamanı hüceyrələrin həyat fəaliyyətini müdafiə edir və dəstəkləyir. Dəridə nəm çatışmazlığını kompensasiya edir, dərinin hüceyrə strukturasını saxlayır və onu zədələnmələrdən müdafiə edir.
   • Kameliya yağı
Kollagen sintezini aktivləşdirir, dərinin elastikliyini artırır, onun teksturasını yaxşılaşdırır və hamarlaşdırır.
   • Arabinoqalaktan
Sibir qara şam ağacının oduncağından əldə edilən bitki mənşəli prebiotik. Səddi xüsusiyyətləri yaxşılaşdırır, transepidermal nəm itkisini azaldır, nəmləndirir, xırda zədələrin daha tez sağalmasına kömək edir və dərinin immun xüsusiyyətlərini stimullaşdırır. Ani mexaniki liftin-təsir göstərməyə qadirdir.
   • Krambe (həbəş xardalı) yağı
Lipid səddi bərpa edir, keratinləşmə prosessini normallaşdırır, güclü antioksidant təsir göstərir. Ətraf mühitin qıcıqlandırıcı amillərinin mənfi təsirinə qarşı durmağa, iltihab reaksiyalarını azaltmağa, canlandırmağa qadirdir. Dəriyə parlaqlıq bəxş edir, nəmlənmə və ipəklik hissini saxlayır.
   • Qara zirə yağı
Omeqa-6 və -9 turşuları, 15 növ amin turşusu, onların arasında 8 əvəzolunmazı, vitaminlər və minerallar ehtiva edir. Bərpa proseslərini stimullaşdırır və dərinin öz kollageninin ifrazına kömək edir, dəri bütövlüyünün bərpasını sürətləndirir, onun elastikliyini olduqca artırır, mikrosirkulyasiyanı və limfa axınını yaxşılaşdırır. Çox yüksək antioksidant fəallığa və allergiya əleyhinə təsirə malikdir.
   • Mərcanı yağı
E vitamininin səkkiz formasını, tokoferollar və tokotriyenollar, lütein və zeaksantin ehtiva edir. Güclü antioksidant təsirə malikdir. Susuzlaşmanın qarşısını alır, qıcıqlanma və narahatlığın təzahürlərini azaldır.
   • Yağçiçəyi yağı
Omeqa-3, -6, -9, linolen turşusu ilə zəngindir. Güclü yeniləyici, qidalandırıcı və bərpaedici təsirlərə malikdir, hüceyrələrin yaşam qabiliyyətini saxlayır, onalrın strukturunu müdafiə edir və membranların bütövlüyünü dəstəkləyir. Dəriyə hamarlıq və elastiklik bəxş edir, quruluq və dartınma əlamətlərini aradan qaldırır.

Sağlam dərinin təməl tərkib hissələri
∙ Bioloji ritmlər (yuxu və işıq).
∙ Energiya (qida və fiziki fəallıq).
∙ Sazlanma (meditasiya və rahatlanma).

Experalta Platinum intellektual sistemi
Sintezin təməl proseslərinin düzgün sazlanmasına və dəri strukturunun dərindən formalaşdırılmasına ağıllı yanaşma.
∙ Dəriyə yaxın olan inqrediyentlər.
∙ Yuxu çatışmazlığının və həyati vacib elementlərin kompensasiyası.
∙ Energiyanın bərpası.
∙ Məhvedici oksidləşmədən müdafiə.
Mahiyyəti nədədir?
Sistemin cavan dəriyə xas struktur elementlərinin ifrazına yenidən sazlanması.
∙ Dəri elastikliyini artırır.
∙ Qırışları açır.
∙ Üz ovalını dartır.
∙ Parlaqlığı qaytarır.
Sistem işləyir!
Hər bir məhsul, dərinin yaşlanmasının müxtəlif səbəblərinə yönləndirilmiş, xüsusilə seçilmiş fəal maddələr ehtiva edir. Qlobal məqsəd: dərinin dərin qatlarında çalışaraq, cavan dəriyə xas proseslərin sürətini və keyfiyyətini qaytarmaq və dərinin yaşlanması amillərinin təzahürlərini aradan qaldırmaq.
   • Bitki peptidləri ilə intellektual zərdab
Dərindən çalışaraq, dərinin optik xüsusiyyətlərinə təsir göstərir: mimik qırışları açır, kölgələri və ton bərabərsizliklərini aradan qaldırır. Stressə məxsus solğun boz dəri çalarını aradan qaldırır.
   • Bitki peptidləri ilə intellektual krem
Dərinin teksturasını və strukturunu yaxşılaşdırır, yaşlanma ilə bağlı sarımtıl çaların yaranmasının qarşısını alır. Nəticədə dəri daha hamar və sıxdır, qırışların ölçüləri və dərinliyi azalıb, üz ovalı daha qətidir.
   • Melatonin ilə intellektual gecə kremi
Hətta yuxu çatışmazlığı zamanı dərinin gecə vaxtı tamdəyərli bərpasını təmin edir. Səhər dəri daha təravətli, dincəlmiş və cavandır, nəzərə çarpan yorğunluq əlamətləri və göz altında tünd dairələr olmadan.

Nə zaman tətbiq edilməlidir?
∙ Susuzlaşmış, elastikliyini itirmiş dəri.
∙ Olduqca quru və qeyri-elastik dəri.
∙ Qeyri-bərabər dəri tonu, yaşla əlaqədar piqmentasiya.
∙ Boz və ya sarımtıl (yaşlı) dəri çaları.
∙ Olduqca nəzərə çarpan qırışlar.
∙ Səddi xüsusiyyətlərin pozulması, bərpa sürətinin azalması.
∙ Stressli, cansız və yorğun dəri.
∙ Solğun üz rəngi və sağlam parlaqlığın itməsi.

    +46,4%
Alında dəri hamarlığının artması və qırışların açılması*.
    -34,4%
Göz nahiyəsində "qaz ayağı" qırışlarının azalması*.
    -34,4%
Burun-dodaq qırışlarının azalması*.
    -36,1%
Yanaqların sallanmasının azalması*.
    -22,4%
"Qaraqabaq baxış" qırışlarının azalması*.
    -39,3%
Gözlərin altında nazik xəttlərin azalması*.
    -65,3%
Üst dodağın üstundə qırışların (torbacıq qırışlarının) azalması*.
    +47%
Dəri tonu daha hamardır**.
    +41%
Dəri daha bərabər və hamardır**.
    +42%
Kollagen ifrazını artırır**.

* Dermatoloji sınaqların nəticələrinə əsasən.
** Seriyanın fəal maddələrinin sınaqlardan keçirilməsi zamanı könüllülərin məmnuniyyətinin qiymətləndirilməsi nəticələrinə əsasən.

Məhsul heyvanlar üzərində sınaqdan keçirilməmişdir.

Tətbiq edilmə

Üz, boyun və dekolte sahəsinin təmiz dərisinə bir neçə damcı yüngül əl hərəkətləri ilə çəkin. Tam hopmasını gözləyin.
Daha nəzərə çarpan nəticə üçün dəriyə qulluğunuzu Experalta Platinum İntellektual xəttindən gündüz və gecə kremləri ilə tamamlayın.

Vacibdir! Zərdab "microneedling" və fraksiyalı mikro-iynəli mezoterapiya prosedurlarının keçirilməsi üçün uyğun deyil.

Tərkib

(INCI): Aqua (Water), Brassica Campestris (Rapeseed) Seed Oil, Caprylic/Capric Triglyceride, Hydroxyethyl Urea, Isopropyl Palmitate, Trehalose, Ethylhexyl Palmitate, Propanediol, Galactoarabinan, Dimethyl Isosorbide, Camelina Sativa (Camelina) Seed Oil, Bambusa Arundinacea Stem Powder, Polyglyceryl-2 Stearate, Crambe Abyssinica Seed Oil, Camellia Japonica (Tsubaki) Seed Oil, Nigella Sativa (Caraway) Seed Oil, Vaccinium Macrocarpon (Cranberry) Seed Oil, Behenyl Alcohol, Sodium Lactate, Stearyl Alcohol, Glyceryl Stearate, Tocopherol, Glycerin, Disodium Cetearyl Sulfosuccinate, Aminobutyric Acid, Parfum, Panicum Miliaceum (Millet) Seed Extract, Sphingomonas Ferment Extract, Ganoderma Lucidum Extract, Inonotus Obliquus Extract, Cordyceps Sinensis Extract, Sodium Hyaluronate, Hydrolyzed Pinus Sibirica Seedcake Extract, Capparis Spinosa Bud Extract, Lactobionic Acid, Mandelic Acid, Niacinamide, Tannic Acid, Tranexamic Acid, Lecithin, Rhodiola Rosea Root Extract, Morus Nigra Leaf Extract, Acanthopanax Senticosus (Eleuthero) Root Extract, Lactobacillus Ferment, Caprylhydroxamic Acid, 1,2-Hexanediol, Nonapeptide-1, Silica Dimethyl Silylate, Citric Acid, Pentylene Glycol, Butylene Glycol, Carnosine, Sh-Oligopeptide-1, Mannitol, Potassium Sorbate, Sodium Hydroxide, Ethylhexylglycerin, Caprylyl Glycol, Limonene, Linalool.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.