• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Dəri qeyri-mükəmməlliklərinə qarşı sakitləşdirici zərdab
Mövcud deyil

Dəri qeyri-mükəmməlliklərinə qarşı sakitləşdirici zərdab, 30 ml

Experalta Biomelle
Pre- və probiotiklər, hialuron turşusu və B qrupu bio-vitaminləri ilə fəal zərdab qızartıları sakitləşdirərək, problemli və həddindən artıq "reaktiv" dərinin tarazlığını bərpa edir. Stresslərə və ətraf mühitin aqressiv amillərinə qarşı dözümlülüyü artırır, nəmləndirir və xırda qırışları hamarlaşdırır.
Artikul: 420840
Həcm: 30 ml
26 ₼
22.5 bal
Məhsul haqqında
  • Dərinin təbii immunitetinin gücləndirilməsi
    Dərinin hidro-lipid qatını bərpa edir, faydalı mikrofloranın tarazlığını dəstəkləyir.
  • İltihaba qarşı müdafiə
    Patogen bakteriyaların inkişafının azaldılmasına kömək edərək, akne və iltihab reaksiyaların yaranması təhlükəsini azaldır.
  • Bərabər ton və yaşla əlaqədar dəyişikliklərin profilaktikası
    Dərinin elastikliyini artırır və teksturasını yaxşılaşdırır, piqmentasiyanı azaldır.

Qeyri-mükəmməliklərin izlərini silin!
Experalta Biomelle-dən təmiz dəri
Problemli, olduqca həssas və "reaktiv" dəri hər yaşda narahatlıq yaradır. 40%-dək qadınlar vaxtaşırı qeyri-mükəmməlliklər, tıxanmış məsamələr, qara nöqtələr, dərinin qeyri-hamar mikro-relyefi və iltihab elementləri ilə qarşılaşır. Buna təbii meyillilik, həyat tərzi, stress, ətraf mühitin çirklənməsi, qeyri-düzgün qulluq, zərərli vərdişlər, yuxu çatışmazlığı təsir göstərə bilər.
Experalta Biomelle dəri qeyri-mükəmməlliklərinə qarşı sakitləşdirici zərdab səpki və qızartılar probleminin həllinə, həmçinin probiotiklər sayəsində dərinin sağlam mikrobiomunun bərpasına yönəldilib.
• Sakitləşdirir, qıcıqlanmanı aradan qaldırır, iltihab proseslərini olduqca azaldır, sağalmanı sürətləndirir.
• U-Frement SVB sayəsində akne əmələ gətirən bakteriyalar ilə uğurla mübarizə aparır.
• Dərinin bərpasına səbəb olur, hüceyrələrin UB-şüalanmaya və xarici qıcıqlandırıcılara qarşı dözümlülüyünü artırır.
• Dəri tonusunu artırır və üz rəngini yaxşılaşdırır.

Dərinin qeyri-mükəmməlliklərinə qarşı misilsiz formul

  • Mikroflora tarazlığı
    Ecoskin® (SOLABIA GROUP, Fransa) faydalı eko-floranın artımına, xoşagəlməz eko-floranın isə azalmasına, immun sisteminin möhkəmlənməsinə səbəb olur.
    ProRenew Complex CLR™ (CLR Chemisches Laboratorium, Almaniya) mikrob əleyhinə peptidlərin əmələ gəlməsini artırır, dərinin yenilənməsinə səbəb olur və onun bərpa proseslərini sürətləndirir.
  • Sakitləşdirici təsir
    U-ferment SVB (B qrupu bio-vitaminləri) - normal və aqressiv həyat şəraitlərində hüceyrələrin həyat qabiliyyətinin dəstəklənməsi üçün misilsiz vitaminli məhsul. Dərinin bərpasına səbəb olur, hüceyrələrin UB-şüalanmaya qarşı dözümlülüyünü artırır, allergik təzahürləri aradan qaldırmağa kömək edir, akne və nəzərə çarpan iltihab reaksiyaların yaranmasının təhlükəsini azaldır. Maqnoliya qabığının cövhəri dərinin vəziyyətini yaxşılaşdırır, həssas dəriyə xas narahatlıq və yanma hisslərini aradan qaldırır. Xəstəlik törədən bakteriyaların yayılmasının qarşısını alır.
  • Dərinin bərpası və müdafiəsi
    Prebiotik kompleks, arabinoqalaktan və niasinamid dəri qatının sürətli bərpasına səbəb olur, dəridə qıcıqlanma, iltihab və zədələnmələrin əlamətlərini azaldır.

   • Ecoskin® (SOLABIA GROUP, Fransa)
Rahatlıq hissi və dəri ekologiyasının yaxşılaşdırılması üçün təbii müdafiənin stimulyatoru. Faydalı eko-floranın artımına, xoşagəlməz floranın isə azalmasına səbəb olur. İmmun sisteminin möhkəmləndirilməsinə səbəb olur.
   • ProRenew Complex CLR™ (CLR Chemisches Laboratorium, Almaniya)
Dərinin yenilənməsinə yaşlanma əleyhinə probiotik yanaşma, onun özünü bərpa prosesini sürətləndirir, dərini möhkəm və elastik edir. Mikrob əleyhinə peptidlərin yaranmasını artırır. Dərinin yenilənməsinə səbəb olur və dəri səddinin bərpası proseslərini sürətləndirir.
   • Aşağı molekulyar çəkiyə malik hialuron turşusu
Dərinin bərpası proseslərini stimullaşdırmağa kömək edir, epidermisin ümumi sağlamlığını yaxşılaşdırır. Dərinin bərkiməsinə, onun elastikliyinin artmasına səbəb olur, canlandırıcı təsir göstərir. Aşağı molekulyar çəkiyə malik hialuron turşusu dərinin dərin qatlarına nüfuz etməyə və orada qalmağa qadirdir, kollagen və elastin liflərinin sintezini stimullaşdırır. İmmunomodulyasiyaedici təsir göstərir, dərinin reparativ (bərpa) potensialını stimullaşdırır. Dərinin səddi funksiyalarını dəstəkləyir və gücləndirir
   • Vitamin C
Askorbilqlükozid - hətta az qatılıqda təsirli, stabilləşdirilmiş fəal forma.
• Kollagen sintezində iştirak edir.
• Melanin sintezini azaldır və şəffaflaşdırıcı və bərabərləşdirici təsir göstərir.
• Günəş şüalarının təsiri nəticəsində əmələ gələn zərəri azaldır.
• Dərinin müdafiə qabiliyyətini artırır və iltihabların intensivliyini azaldır.
• Yaşlanma prosesinin ləngiməsi üçün çalışır, foto-yaşlanma əlamətləri ilə mübarizə aparır.
   • Arabinoqalaktan
Sibir qara şam ağacının oduncağından əldə edilən bitki mənşəli prebiotik. Səddi xüsusiyyətləri yaxşılaşdırır, transepidermal nəm itkisini azaldır, nəmləndirir, xırda zədələrin daha tez sağalmasına kömək edir və dərinin immun xüsusiyyətlərini stimullaşdırır.
   • Niasinamid (vitamin PP)
Dərinin səddi funksiyasını yaxşılaşdırır, transepidermal nəm itkisini, qızartıları, dərinin həssaslığını azaldır. Kollagen və dərinin öz seramidlərinin sintezini stimullaşdırır, elastikliyi artırır və dəri teksturasını yaxşılaşdırır, piqmentasiyanı azaldır, məsamələrin ölçüsünün azalmasına səbəb olur.
   • U-ferment SVB (B qrupu vitaminləri)
Soya südü, çovdar unu və soya paxlalarının fermentasiyası texnologiyası əsasında istehsal edilmiş B qrupunun yeddi bio-vitaminindən (B1, B2, B3, B5, B6, B9, B12) ibarət kompleks. Fermentasiya texnologiyası ilə əldə edilən vitaminlər dəri tərəfindən daha yaxşı mənimsənir və daha təsirlidir. Dərinin bərpasına səbəb olur, hüceyrələrin UB-şüalanmaya qarşı dözümlülüyünü artırır, allergik təzahürləri aradan qaldırmağa kömək edir, akne və nəzərə çarpan iltihab reaksiyaların yaranmasının təhlükəsini azaldır.
   • Maqnoliya qabığının cövhəri
Dərinin vəziyyətini yaxşılaşdırır, həmçinin yerli immuniteti artırır. Polifenollar antioksidant təsirə malikdir, azad radikalların fəallığını azaldır. Tərkibində yüksək miqdarda maqnolol və honokiol maddələrinin bioloji fəal molekullarının olması sayəsində, komponent qan damarları divarlarının möhkəmlənməsinə və dəridə durğunluq proseslərinin qarşısının alınmasına səbəb olur. Həssas dəriyə xas narahatlıq və yanma hisslərini aradan qaldırır. Xəstəlik törədən bakteriyaların yayılmasının qarşısını almağa kömək edir.

Hansı hallarda:
- solğun dəri, qara nöqtələr;
- səpkilər, qızartılar və qıcıqlanmalar (həmçinin tibbi maskaların geyilməsi nəticəsində);
- iltihab elementlərinin və sızanaqlı səpkilərin yaranmasına meyillilik.

   • 7 gün ərzində +40% (in vitro)
"Sağlam" fibroblastların populyasiyasının artımı.
   • 7 gün ərzində +300% (in vitro)
Gizli və aydın zədələnmələrin bərpasında vacib rol oynayan miofibroblastlar sayının artımı.
   • -85% (in vitro)
Dermanın tosqun hüceyrələrindən histaminin azad edilməsinin azaldılması nəticəsində dəridə allergik təzahürlərin azalmasına səbəb olur.
   • 93% (in vivo, 4 həftə)
Propionebacterium acne porfirini ifrazının və akne iltihab komponentinin azaldılması.
U-FERMENT® SVB üzrə məlumatlar.

Tətbiq edilmə

Səhər və/və ya axşam üz və boyun nahiyəsinin təmiz dərisinə masaj xətləri üzrə yüngül hərəkətlərlə bir neçə damcı zərdab çəkin. Bir qədər gözləyin. Yumayın. Vasitə hopduqdan sonra sevimli kreminizi çəkə bilərsiniz

Yalnız xarici tətbiq üçündür. Uşaqlar üçün uyğun deyil. Anamnezinizdə kosmetik vasitələrə qarşı alergiyanız olduğu halda, istifadədən öncə həkimlə məsləhətləşin.

Tərkib

(INCI): Niacinamide, Pentylene Glycol, Lactococcus Ferment Lysate, Lactobacillus/Soymilk Ferment Filtrate, Lactobacillus/Rye Flour Ferment, Bacillus/Soybean Ferment Extract, 1,2-Hexanediol, Squalane, Alpha-Glucan Oligosaccharide, Hydrolyzed Glycosaminoglycans, Sodium Hyaluronate, Polymnia Sonchifolia Root Juice, Galactoarabinan, Betaine, Ascorbyl Glucoside, Tocopheryl Acetate, Ammonium Polyacryloyldimethyl Taurate, Hydroxyacetophenone, Magnolia Officinalis Bark Extract, Glycerin, Arginine, Maltodextrin, Lactobacillus, Parfum, Lactic Acid, Sodium Benzoate, Sodium Chloride, Propanediol.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.