Parfümeriya mükəmməlliyi
Bütün zamanlar üçün ətir!
Bir qədər sitrus, bir qədər çiçəkli, azca ədviyyəli və çox cazibədar – həssas ambra və müşk notları sayəsində. Bu qeyri-adi parfümün valehedici ətir izi insanı ovsunlayır və özünə cəlb edir. Onu hamı sevir – gənc qızlardan yetkin qadınlara, gənc oğlanlardan yaşlı kişilərə qədər!
Bütün zamanlar üçün ətir. Səhərin erkən saatları, günün ortası və ya gec saatlarda romantik görüş – Demon du Ciel ətirinin yüngül buludu sizə toxunduqda hər an özünəməxsus olacaq.
Ətir-ehtiras, ətir-arzu!
Ətirin obrazı
Gecənin pərdəsi altında o, görünüşünü dəyişir – taleyin qadını, ovçu, aktrisa… Ehtirası və əlçatmazlığı ilə özünə cəlb edir, valeh edir və şirnikləndirir. Qəlbləri fəth edən qadın arxasında bu valehedici ətirin dəbdəbəli izini qoyur. Ətir zərif və zəngindir, çiçəklənən portağal və limon ağaclarının şirəli melodiyalarını özündə birləşdirir. Zərif və incə, valehedici çiçək ətri zanbaq, sitrus və ilanq-ilanq notları ilə açılır.
Ətir ailəsi: çiçək-meyvə
Üst notlar: portağal ağacı, limon ağacı
Ürək notları: ilanq-ilanq, zanbaq
Baza notları: ambra, müşk
• İlanq-ilanq
Kananga ağacının ekzotik çiçəyi səhləb, neroli, jasmin və qardeniya çalarlarını özündə birləşdirən valehedici, şirin və məstedici qoxuya malikdir.
Yəqin ki, məhz valehedici ətrinə görə bu sadə çiçəyə «ilanq-ilanq» kimi kral adı verilib. Tərcümədə bu ad «çiçəklərin çiçəyi» mənasını verir.
İlanq-ilanqın efir yağı sübh vaxtı toplanan çiçəklərdən buxar distillasiyası üsulu ilə əldə edilir. 1 kq yağ almaq üçün 60 kq sarı çiçək tələb olunur. Yağın məstedici, şirin və xoşagələn qoxusu var.
İlanq-ilanq qoxulu parfümeriya məhsulları həmişə öz pərəstişkarlarını tapır. İlanq-ilanqın ehtiras oyatmağa qadir afrodizyak olduğu hesab edilir. Həqiqətən də onun həssas və cəlbedici çiçək ətrinə qarşı durmaq çətindir.
• Zanbaq
Həqiqətən kral və əzəmətli çiçəkdir və bütün dövrlərdə monarxların sevimlisi olub. Təsadüfi deyil ki, o, fransız tacının simvolu olaraq güc və hakimiyyəti təcəssüm etdirib. Bundan əlavə, zanbaq saflığı və məsumluğu, zərifliyi və incəliyi simvolizə edir.
Bu qeyri-adi çiçək gözəl və əzəmətlidir. Parfümeriyada isə jasmin və qızılgüllə eyni səviyyədə qiymətləndirilir və parfümeriya «taxtını» onlarla bölüşür. Zanbaq notları parfümeriyada klassik komponent hesab olunur. Onlar digər parfümeriya komponentlərini sabitləşdirmək qabiliyyətinə görə yüksək qiymətləndirilir.
Zanbaq notlarından müxtəlif kompozisiyalarda istifadə olunur: şərq, çiçək, meyvə, şiprə və s. Onlara qadın ətirlərində kişi ətirlərindən daha çox rast gəlinir. Bunun səbəbi zanbaq ətrinin şirin, balabənzər, zərif və incə olmasıdır.
Zanbaq notlu ətir həssaslıq və sehrin incə aurası ilə əhatə edən xoş çiçək qoxusuna malikdir.
Kimlər üçün?
– Ehtirası və əlçatmazlığı ilə özünə cəlb edən, valeh edən və şirnikləndirən taleyin qadını, ovçu və aktrisa üçün.
– Flört və romantik görüş üçün.
– Qadınlığının bütün çalarlarını vurğulamaq istəyənlər üçün.
Unutmayın ki, ətirlər bədəninizin istiliyinin təsiri ilə öz qoxusunu daha yaxşı açır. Buna görə də onları geyimin üzərinə deyil, geyimdən əvvəl dəriyə tətbiq etmək məsləhətdir.
Ətirdən duşdan dərhal sonra istifadə edin – təmiz və isti dəri ətri çox yaxşı qəbul edir. Alternativ olaraq, ətiri qarşınızdakı havaya püskürdüb ətirli buludun içindən keçə bilərsiniz.
(INCI): alcohol (80% vol.), parfum (fragrance), water (aqua), limonene, citral, linalool, citronellol, geraniol, cinnamal.
Ətir ailəsi: çiçək-meyvə.
Üst notlar: portağal ağacı, limon ağacı.
Ürək notları: ilanq-ilanq, zanbaq.
Ətir izi: ambra, müşk.