• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Demi-Lune № 04, kişilər üçün ətriyyat suyu

Demi-Lune № 04, kişilər üçün ətriyyat suyu, 90 ml

Ciel ətirlər kolleksiyası
Ətirşah, sürvə, rozmarin, vetiver və büxur çalarlarının qeyri-adi birləşməsi ilə yadda qalan və cəlb edən müasir ətir. İlk növbədə, bu həyatda öz yerini tapmış şəxs üçün bir komplimentdir, bu şəxs layiqli şəkildə məqsədlərinə doğru gedir və özünə əmindir.
Artikul: 422771
Həcm: 90 ml
Qalıb: 9 əd.
79 ₼
69 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Həyatda yerini tapmış kişiyə kompliment
    Bu ətrin sahibi sərbəst, ehtiraslı və cəsarətli biridir.
  • Aroma-terapiya
    Ətirşah, lavanda, vetiver, sidr və büxur çalarları özünə əminlik hissi bəxş edir.
  • Ətir-fəlsəfə
    Chanel Egoiste Platinum ətrindən xoşunuz gəlirsə, Demi-Lune № 04 ətrini seçin.

Azadlığı və nəcibliyi sevənlər üçün
Misilsiz Demi-Lune № 04!
Fransız dilindən tərcümədə Demi-Lune "aypara" deməkdir. Nəfis ətir müasir kişinin üslubunu, onun mərdliyini, ruhunun və bədəninin gözəlliyini vurğulayır. Bu sərt və eyni zamanda cəzbedici ətir tərzi tamamlayır və asanlıqla diqqəti özünə cəlb edir. Nikbin, anlaşılan və yormayan ətir. Onu çözmək lazım deyil, ondan zövq almaq lazımdır!

Hər şeydə yaxşı zövq və zəriflik

Ətrin portreti
Bu yaşıl fujer (fr. "fougère" - ayıdöşəyi bitkisi - sözündən) ətir lavanda və rozmarinin büzüşdürücü təravəti ilə doludur və paraqvay narıncı ilə dadlandırılıb. Mərkəzi notlarda tam qüvvə ilə mərd ətirşah və müşk sürvəsinin akkordu səslənir. Zəngin və təmiz şleyf isti sidr ətri və vetiverin tüstülü hissiyyatlı çalarları ilə bürüyür.

Fəsilə: fujer
İlkin çalarlar: qalbanum (ətirli qətran), lavanda, narınc
Mərkəzi çalarlar: ətirşah, müşk sürvəsi, rozmarin
Əsas çalarlar: vetiver, palıd mamırı, sidr, büxur

 •   Vetiver
Vetiver efir yağı qırtıckimilər fəsiləsinə aid çoxillik bitkidən əldə edilib. Əsas kökü əhatə edən çoxsaylı nazik köklər efir birləşmələr ilə zəngindir. Hindistanda, ətrafı rahatlıq və dinclik ilə dolduran bu xüsusi ətri uzun müddət hiss etmək üçün, bu nazik kökləri pərdələrə, xalçalara və yelpiklərə hörürlər. Bu, torpaq ünsürünün bəxş edə biləcəyi həmin o dinclikdir - etibarlı, möhkəm, davamlı bünövrə, təməl və dəstək.
"Sakitlik yağı" - hind dilindən vetiver yağının adı məhz belə tərcümə olunur. Onun ətri astenik-depressiv halları aradan qaldırır, səmimiliyi, emosional fəallığı, təbii ehtiraslılığı geri qaytarır. Bu çoxcəhətli, vedik, şaman ətri unutmaq çətindir. O, özündə günəşin qızdırdığı qumun hərarətini, havanın quruluğunu və sudan məhrum edilmiş otların qoxusunu saxlayır.
 •   Rozmarin
Bu ətir yaddaş fəaliyyətinə kömək edir, görmə, iy bilmə və eşitmə qabiliyyətlərini yaxşılaşdırır. O, çətin məsələləri daha yaxşı həll etməyə kömək edəcək, həmçinin əla əhval-ruhiyyənin yaradılmasına səbəb olur. Rozmarin ətri istənilən süstlüyün öhdəsindən gəlməyə qadirdir.
 •   Büxur
Adətən, bosvelliya növünə aid ağacların qətranını büxur adlandırırlar. O, təbii üsul ilə əldə edilən ən qədim ətirli maddələrə aiddir. Büxur çalarları dəri, oduncaq, tütün və ənbər çalarlarına diqqəti cəlb edir, ətirlərə abdarlıq, sirlilik və əsrarəngizlik bəxş edir.

Kimlər üçündür?
- Fəal həyat tərzi sürən müasir kişi üçün.
- Hər şeydə - texnikada, geyimdə, yeməkdə və ətriyyatda - yüksək keyfiyyətə dəyər verənlər üçün.
- Liderlik qabiliyyəti olan güclü şəxslər üçün.
- Enerjili və xarizmalı kişilər üçün.

Tətbiq edilmə

Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur.
Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın.

Tərkib

(INCI): alcohol (80% vol.), parfum (fragrance), water (aqua), linalool, limonene, hexyl cinnamal, coumarin, evernia prunastri extract, citronellol, geraniol, citral, CI 19140, CI 16255, CI 28440, CI 42090.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.