Qızılgül ətirlərinin yeni müasir səslənməsini kəşf edin!
Rose Edition by Aromapolis Olfactive Studio
Qızılgül bir tək bağda güllərin şahı deyil. Ətriyyatda da o, həmçinin, aparıcı yerlər tutur və kifayət qədər tez-tez müasir əsərləri bəzəyir. Qızılgülün təkrarolunmazlığı və misilsizliyi ondadır ki, o, həm tək, həm də digər çalarlar ilə birlikdə möhtəşəm səslənir.
Aromapolis Olfactive Studio-dan Rose Edition kolleksiyasında öz qızılgülünüzü tapın!
Qızılgüllü xülyalar
Çəhrayı mineral qızılgül
Rose Edition kolleksiyasının ən həyatsevər ətri. Təravətli, gözəl və romantik kompozisiya. Gümrahlaşdırıcı duzlu akkord may qızılgülünün zərif və incə səslənməsini vurğulayır. Canlı, vəcdə gəlmiş və tamamilə şən ətir!
Çiçəkli, minerallı
İlkin çalarları: mineral akkordlar, qırmızı meyvələr
Mərkəzi çalarlar: may qızılgülü
Şleyf: atlas sidri, mamır, müşk
• Mineral akkord / dəniz duzu
Xırçıldayan dəniz duzu kompozisiyaya tekstura bəxş edir və kompozisiyanın mərkəzinə təravət və saflıq hissi qatır.
• Centifolia qızılgülü
Həmçinin may qızılgülü adlandırılır, çünki məhz bu ayda çiçəklənir. Latın dilində adı - "yüz yarpaq" - çoxsaylı üst-üstə gələn ləçəkləri ilə izah olunur. Bu növ ildə yalnız bir dəfə çiçəklənir, havanı meyvə nüanslı, ifadəli, zərif, sərin ətirlə doldurur.
• Müşk
Müşk çaları - ətrin əlaqələndirici hissəsidir, onun davamlılığını və təkrarolunmaz səslənməsini təmin edir. Müşk isti, yumşaq və cəlbedici ətrə malikdir.
• Sidr
Ətriyyatda klassik oduncaqlı çalardır, bu səbəbdən ona əksər kişi və qadın ətirlərinin təsvirində rast gəlinir. Çox vaxtı onu kompozisiyanın mərkəzində yerləşdirirlər, çünki bu komponent mükəmməl şəkildə ətri dəridə "bərkidir" və digər notlara da lazımi tonallıqda açılmağa kömək edir.
Sidr necə qoxur? O, quru, oduncaqlı ətrə malikdir. Sidr qoxusu ətirlərə tüstülülük, yüngül şirinlik, büzüşdürücülük və sirli məlhəmi çalar bəxş edir.
• Qırmızı meyvələr
Qırmızı meyvələr notu çox zaman fantaziya əsasında yaradılmış olur və qırmızı alma, nar, qırmızı üzüm, qırmızı gavalı, albalı, gilas və müxtəlif ekzotik meyvələrin ətirlərini ehtiva edə bilər. O, kompozisiyaya şirin-təravətli meyvəli səslənmə bəxş edir.
• Mamır
Mamır ətri gah müşk, gah torpaq çalarları ilə bərq vurur, bəzən isə dənizin sərin nəfəsi ilə təravətləndirir - hər şey piramidanın digər tərkib hissələrindən və ətriyyatçının istedadından asılıdır.
Kimlər üçündür?
• Qadınlar üçün.
• Şəffaf ətirlərə üstünlük verənlər üçün.
• Yüngüllük və saflıq duyğusu üçün.
• Xəyalpərəst şəxslər üçün.
• Təbiət qoynunda istirahət üçün.
• İstənilən vəziyyətlərə uyğun universal ətir.
Hər flakonda:
• 3-4 saata qədər Ətriyyat suyunun davamlılığı.
• Buğdadan, arpadan, çovdardan hazırlanmış 100% təbii spirtli əsas.
• 50 ml tamformatlı məhsul 3-5 aya qədər gündəlik istifadə.
Heyvanlar üzərində sınaqdan keçirilməyib.
Məhsulun xarici görünüşü, partiyadan asılı olaraq, saytda göstəriləndən fərqlənə bilər, lakin bu, məhsulun ətrinə və onun istehlak xüsusiyyətlərinə heç bir təsir göstərmir.
Xatırladaq ki, ətirlər bədəninizin istisindən "açılır", bu səbəbdən onları paltarların üzərinə deyil, altına tətbiq etmək tövsiyə olunur. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın. Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.
(INCI): аlcohol (80% vol.), parfum (fragrance), water (aqua), benzyl salicylate, hexyl cinnamal, limonene, hydroxycitronellal, linalool, alpha-isomethyl ionone, citronellol, geraniol, citral, benzyl alcohol, benzyl benzoate.