Dənizin bəxş etdiyi gözəllik
Arktik yosunlar, pullulan, niasinamid, elastin və dəniz kollageni ilə zəngin formul liftinq-təsir göstərir və dərhal dərinin vəziyyətini dəyişdirir. Təbii komponentlər intensiv şəkildə nəmləndirir, elastikliyin artmasına və qəti üz ovalının saxlanmasına səbəb olur, şişkinliklər və yorğunluq izləri ilə mübarizə aparır, dərini ətraf mühitin mənfi təsirindən müdafiə edir və sakitləşdirir.
Formulun təməlində - Arktikanın əsrlik ənənələri və elmin qabaqcıl nailiyyətləri.
Tərkibində nələr var?
• Oxot dənizində hasil olunan bio-fermentləşdirilmiş laminariya
Tərkibində dəyərli minerallar və mikro-elementlər xəzinəsi mövcuddur: polisaxaridlər (alginik turşu, mannitol, fukoidan, laminarin), zülal, lipidlər, mineral maddələr (xrom, mis, kobalt, dəmir, maqnezium, kalsium, kalium, sink), yod. Səmərəli şəkildə nəmləndirir və, nəmi dərinin daxilində "bağlayaraq", trans-epidermal nəm itkisini azaldır, canlandırır və elastikliyi bərpa edir. Laminariya polisaxaridləri dərinin bərpa qabiliyyətlərini gücləndirir və onun öz antioksidant müdafiə sistemini möhkəmləndirir, oksidləşmə stressinin nəticələrini azaldır.
• Çəhrayı qızılbalıq kürüsünün cövhəri
Omeqa-3, -6, -7, -9 turşuları, astaksantin, A və E vitaminlərinin mənbəyi. Dərinin yatmış hüceyrələrini oyadır və bərpa proseslərini işə salır, bu da tədricən cavanlaşmağa gətirib çıxarır. Mübadilə proseslərinin fəallaşmasına səbəb olur, dərini intensiv şəkildə qidalandırır və nəmləndirir, onu daha elastik edir və üz rəngini yaxşılaşdırır. Nəzərə çarpan antioksidant təsir göstərir, mikro-relyefi və epidermal qırışları hamarlaşdırır, stimullaşdırıcı təsir göstərir, dəri tonunu bərabərləşdirir, piqmentasiya təzahürlərini azaldır.
• Ağ dəniz laminariyasının mineral konsentratı
Tərkibində böyük miqdarda manqan, selen, kobalt, silisium, natrium, kalsium, brom, dəmir, maqnezium mövcuddur. Cavanlaşdırıcı, nəmləndirici, canlandırıcı, stimullaşdırıcı təsirə malikdir. Dəridə mikrosirkulyasiyanı yaxşılaşdırır, ion tarazlığını bərpa etməyə kömək edir, elastikliyi artırır, nəzərə çarpan liftinq və anti-stress təsir göstərir.
• Ağ dəniz fukusunun cövhəri
Derma və epidermisdə mübadilə proseslərinin tənzimlənməsi üçün zəruri olan zülalların, polisaxaridlərin, mineral maddələrin, vitaminlərin, mikroelementlərin, lipidlərin və digər fəal molekulların zəngin mənbəyi. Fukusun misilsiz funksiyaları onun tərkibində yod, algin turşusu, mannitol, fukoidan və polifenolların mövcudluğu ilə müəyyən edilir. Fukus cövhəri mikrosirkulyasiyanı stimullaşdırır, mübadilə proseslərini və detoksikasiyanı fəallaşdırır, təsirli şəkildə şişkinliyi aradan qaldırır, dərini sakitləşdirir və yumşaldır, onun mikro-relyefini yaxşılaşdırır, qırışları azaldır. Dərini dərindən nəmləndirir, onun nəmi saxlamaq qabiliyyətini və elastikliyini artırır, dəri sallanmasının qarşısını alır, üz ovalının qətiliyini yaxşılaşdırır.
• Baltika dənizinin kollageni
İlkin strukturu saxlanılan təbii kollagen insan dərisinin keratini ilə yüksək oxşarlığa və xüsusi nəmi bağlamaq qabiliyyətinə malikdir. Dərini dərhal nəmləndirir, onun səddi funksiyasını dəstəkləyir, qırışları azaldır, dərini yumşaldır və hamarlaşdırır, aqressiv SFM təsirindən əmələ gələn qıcıqlanmanı azaldır.
• Elastin
Dəri elastikliyini bərpa edir, onun yaşlanmasının qarşısnı alır və turqorunu artırır. Epidermis hüceyrələrini doldurur, bu da nəzərə çarpacaq dərəcədə dərini hamarlaşdırır və bərabərləşdirir, onu elastik edir, xırda qırışları aradan qaldırır və dərini təravətləndirir.
• Niasinamid
Dərinin səddi funksiyasını yaxşılaşdırır, transepidermal nəm itkisini, qızartıları, dərinin həssaslığını azaldır. Kollagen və dərinin öz seramidlərinin sintezini stimullaşdırır, elastikliyi artırır və dəri teksturasını yaxşılaşdırır, piqmentasiyanı və məsamələrin ölçüsünü azaldır.
• Pullulan
Dərini təsirli şəkildə cavanlaşdırır və dartır, yaşlanma proseslərini ləngidir və toxumaları möhkəmləndirir, dəriyə hamarlığını, elastikliyini və parlaqlığını qaytarır, təsirli şəkildə qidalandırır və epidermis hüceyrələrində nəm çatışmazlığını tamamlayır. Dərinin müdafiə funksiyalarını artırır və xarici amillərin məhvedici təsirindən qoruyan lipid səddi gücləndirir. Bu komponentin istifadəsi nəticəsi bahalı salon inyeksiyaları ilə müqayisə edilə bilər.
• Fosfolipidlər
Lesitindən əldə edilən fosfolipidlər havadan suyu çəkir, dərinin nəmləndirilməsinə səbəb olur. Kosmetikada dərinin normal strukturunun və lipid tarazlığının bərpası üçün istifadə edilir, xüsusilə də quru dəriyə qulluq vasitələrində. Dəri qatının təbii struktur komponentləri olduqları üçün, qıcıqlanma və allergik reaksiyalar yaratmır, digər fəal maddələrin dərinin kifayət qədər dərin qatlarına çatdırılmasını asanlaşdırır (fosfolipidlər əsaslı ultrasomlar, liposomlar, nanosomlar). Misal üçün, linolen turşusu - dərinə nüfuz edir, tikinti materialıdır, dərinin öz seramidlərinin tərkibinə daxil edilir, dərinin müdafiə səddini gücləndirir. Həmçinin sübut edilib ki, fosfolipidlər sızanaq xəstəliyi (akne) inkişafının qarşısını alır və neyrodermitlər və psoriaz zamanı dərinin vəziyyətini yaxşılaşdırır.
Səhər və/və ya axşam az miqdarda kremi üz və boyun nahiyəsinin təmizlənmiş dərisinə çəkin. Tam hopana qədər bir az masaj edin.
Fəal maddələr: bio-fermentləşdirilmiş laminariya, çəhrayı qızılbalıq kürüsünün cövhəri, laminariyanın mineral konsentratı, fukus cövhəri, dəniz kollageni, xlorofilin mis törəmələri, pullulan, fosfolipidlər, elastin, niasinamid, betain.
Tərkib: su, karbamid, qliserin, hidroksietil karbamid, setearil spirt, betain, izododekan, izopropilpalmitat, hind qozu yağı, pullulan, etilheksil stearat, laktobasillər/laminariya fermentinin filtratı, poliqliseril-2 stearat, qliseril stearat, fosfolipidlər, stearil spirt, soya yağı, kollagen hidrolizatı, niasinamid, dinatrium setearilsulfosuksinat, dəniz kollageni, allantoin, qlikolipidlər, tokoferol, çəhrayı qızılbalıq kürüsünün cövhəri, benzil spirt, ətirləndirici, laminariya tozu, soya stirolları, xlorofilin mis törəmələri, qovuqşəkilli fukus cövhəri, elastin, süd turşusu, natrium poliakrilat, qliseril laurat, natrium benzoat, kalium sorbat, heksil sinnamal.
(INCI): aqua (water), urea, glycerin, hydroxyethyl urea, cetearyl alcohol, betaine, isododecane, isopropyl palmitate, cocos nucifera (coconut) oil, pullulan, ethylhexyl stearate, lactobacillus/laminaria ferment filtrate, polyglyceryl-2 stearate, glyceryl stearate, phospholipids, stearyl alcohol, glycine soja (soybean) oil, hydrolyzed collagen, niacinamide, disodium cetearyl sulfosuccinate, soluble collagen, allantoin, glycolipids, tocopherol, salmo ovum extract, benzyl alcohol, parfum, laminaria digitata powder, glycine soja (soybean) ster ols, chlorophyllin-copper complex, fucus vesiculosus (bladderwrack) extract, elastin, lactic acid, sodium polyacrylate, glyceryl laurate, sodium benzoate, potassium sorbate, hexyl cinnamal.