• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Üz üçün maska (nəmləndirmə və bərabər ton)

Üz üçün maska (nəmləndirmə və bərabər ton), 50 ml

Wellness Sea
Trokserutin və arktik yosunlar kompleksi ilə maska fəal şəkildə dərini nəmləndirir, mikrosirkulyasiyanın yaxşılaşmasına, damarların daralmasına və kapilyar divarlarının möhkəmlənməsinə səbəb olaraq, tonu bərabərləşdirir. Dəriyə elastikliyini və məxməriliyini qaytarır, piqmentasiyanı və məsamələrin ölçülərini azaltmağa kömək edir.
Artikul: 424406
Həcm: 50 ml
Qalıb: 66 əd.
17,8 ₼
16 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

Dənizin bəxş etdiyi gözəllik

Qızartılara və kuperoza meyilli dərinin rahatlığı
Trokserutin, kollagen, xlorofil və arktik yosunlar kompleksi ilə maska dərini fəal şəkildə nəmləndirir və qidalandırır, damarların daralmasına və kapilyar divarlarının möhkəmlənməsinə səbəb olaraq, tonu bərabərləşdirir. Dəriyə elastikliyini və məxməriliyini qaytarır, piqmentasiyanı və məsamələrin ölçülərini azaltmağa kömək edir. Qan dövranını və limfa axınını fəallaşdırır, durğunluq hallarını və şişkinliyi aradan qaldırır, sızanaq yüklənməsini və iltihabi proseslərinin intensivliyini azaldır.

Formulun təməlində - Arktikanın əsrlik ənənələri və elmin qabaqcıl nailiyyətləri.

Tərkibində nələr var?
   • Trokserutin
Qan damarlarının divarlarını möhkəmləndirir və onların elastikliyini artırır, kapilyar kövrəkliyinin və keçiciliyinin azalmasına, mikrosirkulyasiyanın bərpasına səbəb olur. İltihabəleyhinə təsir göstərir, trombositlərin damar divarlarının səthinə yapışmasını məhdudlaşdırır. Qandövranının fəallaşdırılması ilə yanaşı limfa axınını da gücləndirir, bu da şişkinliyin azalmasına gətirib çıxarır.
   • Ağ dəniz laminariyası lipidlərindən ifraz olunan xlorofilin mis törəmələri
Tərkibinə böyük miqdarda karotinoidlər və lipidlər daxildir. Güclü antioksidant xüsusiyyətlərə malikdir, dəri hüceyrələrinin enerji mübadiləsini yaxşılaşdırmağa kömək edir. İltihab mediatorlarının ifrazını azaldaraq, sızanaq yüklənməsini və iltihab proseslərinin intensivliyini azaldır. Dəri tonusunu artırır, dəri örtüyü bütövlüyünün bərpa proseslərini sürətləndirir, kuperoz təzahürlərini azaldır, limfa axınını stimullaşdırır.
   • Oxot dənizində hasil olunan bio-fermentləşdirilmiş laminariya
Tərkibində dəyərli minerallar və mikro-elementlər xəzinəsi mövcuddur: polisaxaridlər (alginik turşu, mannitol, fukoidan, laminarin), zülal, lipidlər, mineral maddələr (xrom, mis, kobalt, dəmir, maqnezium, kalsium, kalium, sink), yod. Səmərəli şəkildə nəmləndirir və, nəmi dərinin daxilində "bağlayaraq", trans-epidermal nəm itkisini azaldır, canlandırır və elastikliyi bərpa edir. Laminariya polisaxaridləri dərinin bərpaolma qabiliyyətlərini gücləndirir və onun öz antioksidant müdafiə sistemini möhkəmləndirir, oksidləşmə stressinin nəticələrini azaldır.
   • Çəhrayı qızılbalıq kürüsünün cövhəri
Omeqa-3, -6, -7, -9 turşuları, astaksantin, A və E vitaminlərinin mənbəyi. Dərinin yatmış hüceyrələrini oyadır və bərpa proseslərini işə salır, bu da tədricən cavanlaşmağa gətirib çıxarır. Mübadilə proseslərinin fəallaşmasına səbəb olur, dərini intensiv şəkildə qidalandırır və nəmləndirir, onu daha elastik edir və üz rəngini yaxşılaşdırır. Nəzərə çarpan antioksidant təsir göstərir, mikro-relyefi və epidermal qırışları hamarlaşdırır, stimullaşdırıcı təsir göstərir, dəri tonunu bərabərləşdirir, piqmentasiya təzahürlərini azaldır.
   • Ağ dəniz laminariyasının mineral konsentratı
Tərkibində böyük miqdarda manqan, selen, kobalt, silisium, natrium, kalsium, brom, dəmir, maqnezium mövcuddur. Cavanlaşdırıcı, nəmləndirici, canlandırıcı, stimullaşdırıcı təsirə malikdir. Dəridə mikrosirkulyasiyanı yaxşılaşdırır, ion tarazlığını bərpa etməyə kömək edir, elastikliyi artırır, nəzərə çarpan liftinq və anti-stress təsir göstərir.
   • Ağ dəniz fukusunun cövhəri
Derma və epidermisdə mübadilə proseslərinin tənzimlənməsi üçün zəruri olan zülalların, polisaxaridlərin, mineral maddələrin, vitaminlərin, mikroelementlərin, lipidlərin və digər fəal molekulların zəngin mənbəyi. Fukusun misilsiz funksiyaları onun tərkibində yod, algin turşusu, mannitol, fukoidan və polifenolların mövcudluğu ilə müəyyən edilir. Fukus cövhəri mikrosirkulyasiyanı stimullaşdırır, mübadilə proseslərini və detoksikasiyanı fəallaşdırır, təsirli şəkildə şişkinliyi aradan qaldırır, dərini sakitləşdirir və yumşaldır, onun mikro-relyefini yaxşılaşdırır, qırışları azaldır. Dərini dərindən nəmləndirir, onun nəmi saxlamaq qabiliyyətini və elastikliyini artırır, dəri sallanmasının qarşısını alır, üz ovalının qətiliyini yaxşılaşdırır.
   • Baltika dənizi kollageni
İlkin strukturu saxlanılan təbii kollagen insan dərisinin keratini ilə yüksək oxşarlığa və xüsusi nəmi bağlamaq qabiliyyətinə malikdir. Dərini dərhal nəmləndirir, onun səddi funksiyasını dəstəkləyir, qırışları azaldır, dərini yumşaldır və hamarlaşdırır, aqressiv SFM təsirindən əmələ gələn qıcıqlanmanı azaldır.
   • Elastin
Dəri elastikliyini bərpa edir, onun yaşlanmasının qarşısnı alır və turqorunu artırır. Epidermis hüceyrələrini doldurur, bu da nəzərə çarpacaq dərəcədə dərini hamarlaşdırır və bərabərləşdirir, onu elastik edir, xırda qırışları aradan qaldırır və dərini təravətləndirir.
   • Vitamin E (tokoferol)
Qırışların dərinliyini azaldır, kollagen sintezini stimullaşdırır, yaşla əlaqədar piqmentasiyanın qarşısını alır, dəri bürüşüklüyü təzahürlərini ləngidir, iltihabların azalmasına, dəridə mikrosirkulyasiyanın güclənməsinə və yeni hüceyrələrin yaranması prosesinin stimulyasiyasına səbəb olur. Dərinin nəmi saxlamaq qabiliyyətini yaxşılaşdırır, ona hamarlıq və tonus bəxş edir.
   • Niasinamid
Dərinin səddi funksiyasını yaxşılaşdırır, transepidermal nəm itkisini, qızartıları, dərinin həssaslığını azaldır. Kollagen və dərinin öz seramidlərinin sintezini stimullaşdırır, elastikliyi artırır və dəri teksturasını yaxşılaşdırır, piqmentasiyanı və məsamələrin ölçüsünü azaldır.
   • Pullulan
Dərini təsirli şəkildə cavanlaşdırır və dartır, yaşlanma proseslərini ləngidir və toxumaları möhkəmləndirir, dəriyə hamarlığını, elastikliyini və parlaqlığını qaytarır, təsirli şəkildə qidalandırır və epidermis hüceyrələrində nəm çatışmazlığını tamamlayır. Dərinin müdafiə funksiyalarını artırır və xarici amillərin məhvedici təsirindən qoruyan lipid səddi gücləndirir. Bu komponentin istifadəsi nəticəsi bahalı salon inyeksiyaları ilə müqayisə edilə bilər.

Tətbiq edilmə

Göz ətrafı istisna olmaqla, təmizlənmiş üz dərisinə çəkin, 10-15 dəqiqə saxlayın,isti su ilə yuyun. Həftədə 1-2 dəfə və ya ehtiyac duyulduqda istifadə edin.

Tərkib

Fəal komponentlər: trokserutin, xlorofilin mis törəmələri, niasinamid, bio-fermentləşdirilmiş laminariya, çəhrayı qızılbalığı kürüsünün cövhəri, laminariyanın mineral konsentratı, fukus cövhəri, dəniz kollageni, tokoferol, pullulan, elastin, betain, karbamid.

Tərkib: su, karbamid, qliserin, setearil spirt, hidroksietil karbamid, izododekan, hind qozu yağı, niasinamid, düyü kəpəklərinin mumu, qliseril stearatı, izopropilpalmitat, betain, etilheksil stearatı, laktobasil/laminariya fermentinin filtratı, xlorofilin mis törəmələri, kalium setil fosfatı, palmitin turşusu, stearin turşusu, kollagen hidrolizatı, pullulan, trokserutin, dəniz kollageni, allantoin, mentil laktat, laminariya tozu, tokoferol, qovuqşəkilli fukus cövhəri, benzil spirti, ətirləndirici, çəhrayı qızılbalığı kürüsünün cövhəri, elastin, süd turşusu, qliseril laurat, natrium hidroksidi, natrium benzoatı, kalium sorbatı, heksil sinnamal.

(INCI): aqua (water), urea, glycerin, cetearyl alcohol, hydroxyethyl urea, isododecane, cocos nucifera (coconut) oil, niacinamide, or yza sativa (rice) bran cera, glyceryl stearate, isopropyl palmitate, betaine, ethylhexyl stearate, lactobacillus/laminaria ferment filtrate, chlorophyllin-copper complex, potassium cetyl phosphate, palmitic acid, stearic acid, hydrolyzed collagen, pullulan, troxerutin, soluble collagen, allantoin, menthyl lactate, laminaria digitata powder, tocopherol, fucus vesiculosus (bladderwrack) extract, benzyl alcohol, parfum, salmo ovum extract, elastin, lactic acid, glyceryl laurate, sodium hydroxide, sodium benzoate, potassium sorbate, hexyl cinnamal.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.