• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Duş geli (intensiv nəmləndirmə)
limitedMövcud deyil

Duş geli (intensiv nəmləndirmə), 250 ml

Wellness Sea
Arktik yosunlar, pantenol və kollagen ilə gel bədən dərisini dərindən və qayğı ilə təmizləyir. İntensiv şəkildə nəmləndirir və su balansının dəstəklənməsinə səbəb olur, dərini yeniləyir, canlandırır, sakitləşdirir və yumşaldır, onun elastikliyini artırır.
Artikul: 424407
Həcm: 250 ml
14 ₼
12 bal
Məhsul haqqında

Dənizin bəxş etdiyi gözəllik
Arktik yosunlar, pantenol və kollagen ilə gel bədən dərisini dərindən və qayğı ilə təmizləyir. İntensiv şəkildə nəmləndirir və su balansının dəstəklənməsinə səbəb olur, dərini yeniləyir, canlandırır, sakitləşdirir və yumşaldır, onun elastikliyini artırır. Laminariya cövhəri qeyri-hamarlıqları və sellülit təzahürlərini azaltmağa kömək edir, antioksidant təsir göstərir.

Formulun təməlində - Arktikanın əsrlik ənənələri və elmin qabaqcıl nailiyyətləri.

Tərkibində nələr var?
• Ağ dəniz laminariyasının cövhəri və mineral konsentratı
Laminariya cövhəri bərpaedici, nəmləndirici, iltihabəleyhinə və yarasağaldıcı xüsusiyyətlərə malikdir. Tərkibində yüksək miqdarda sink olduğuna görə piy vəzilərinin fəallığını tənzimləyir, iltihablar ilə mübarizə aparır, dərinin səmərəli şəkildə təmizləyir və dezinfeksiya edir. Sellülit və dəri qeyri-hamarlıqların təzahürlərini azaltmağa kömək edir, antioksidant təsir göstərir, qan mikrosirkulyasiyasını stimullaşdırır.
Tərkibində yüksək miqdarda manqan, selen, kobalt, silisium, natrium, kalsium, brom, dəmir və maqnezium olan laminariyanın mineral konsentratı cavanlaşdırıcı, nəmləndirici, canlandırıcı, stimullaşdırıcı təsirlərə malikdir. Dərinin ion balansını bərpa etməyə kömək edir, elastikliyini artırır, nəzərə çarpan liftinq- və antistress-təsir göstərir.
• Pantenol
Hətta ən quru bədən dərisinə rahatlıq hissini qaytarır: uzun müddətə nəmləndirir, yumşaldır, elastiklik bəxş edir. Pantenol tərkibli vasitənin tətbiqindən sonra dəri daha hamar və zərif olur, epidermisin kobud qərni qatı yumşalır, qabıqlanma və dartınma hissi aradan keçir.
• Ağ dəniz fukusunun cövhəri
Derma və epidermisdə mübadilə proseslərinin tənzimlənməsi üçün zəruri olan zülalların, polisaxaridlərin, mineral maddələrin, vitaminlərin, mikroelementlərin, lipidlərin və digər fəal molekulların zəngin mənbəyi. Fukusun misilsiz funksiyaları onun tərkibində yod, algin turşusu, mannit, fukoidan və polifenolların mövcudluğu ilə müəyyən edilir. Fukus cövhəri mikrosirkulyasiyanı stimullaşdırır, mübadilə proseslərini və detoksikasiyanı fəallaşdırır, dərini sakitləşdirir və yumşaldır, onun mikrorelyefini yaxşılaşdırır. Dərini dərindən nəmləndirir və onun nəmi saxlamaq qabiliyyətini, elastikliyini artırır.
• Baltika dənizinin kollageni
İlkin strukturu saxlanılan təbii kollagen insan dərisinin keratini ilə yüksək oxşarlığa və xüsusi nəmi bağlamaq qabiliyyətinə malikdir. Dərhal dərini nəmləndirir, səddi funksiyanı dəstəkləyir, yumşaldır, aqressiv SFM-lərin təsirindən əmələ gələn qıcıqlanmanı azaldır.
• Elastin
Dəri elastikliyini bərpa edir və turqorunu artırır. Epidermis hüceyrələrini doldurur, bu da nəzərə çarpacaq dərəcədə dərini hamarlaşdırır və bərabərləşdirir, onu daha elastik edir, təravətləndirir.

Tətbiq edilmə

Az miqdarda geli ovucunuzda və ya süngər vasitəsi ilə köpükləndirin və masaj hərəkətləri ilə bədəninizə çəkin. Bol miqdarda isti su ilə yuyun.

Tərkib

Fəal maddələr: laminariya cövhəri, laminariyanın mineral konsentratı, pantenol, qovuqşəkilli fukus cövhəri, dəniz kollageni, elastin.

Tərkib: su, kokamidopropilbetain, natrium kokosulfat, natrium kokoamfoasetat, qliserin, kollagen hidrolizatı, laminariya tozu, laminariya cövhəri, pantenol, benzil spirt, qovuqşəkilli fukus cövhəri, dəniz kollageni, ətirləndirici, polivinilpirrolidon, süd turşusu, qliseril laurat, elastin, limon turşusu, benzilsalisilat.

(INCI): aqua (water), cocamidopropyl betaine, sodium coco-sulfate, sodium cocoamphoacetate, glycerin, hydr olyzed collagen, laminaria digitata powder, laminaria digitata extract, panthenol, soluble collagen, benzyl alcohol, fucus vesiculosus (bladderwrack) extract, parfum, polyvinylpyrrolidone, lactic acid, glyceryl laurate, elastin, citric acid, benzyl salicylate.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.