• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Bədən üçün krem (nəmləndirmə və elastiklik)
Mövcud deyil

Bədən üçün krem (nəmləndirmə və elastiklik), 250 ml

Wellness Sea
Arktik yosunlar, vitamin E və elastin ilə nəmləndirici krem dəri elastikliyini artırır. Qan dövranının fəallaşmasına, kollagen və elastin ifrazına, şişkinliyin aradan qaldırılmasına və toksinlərin çıxarılmasına səbəb olur, liftinq təsir göstərir.
Artikul: 424408
Həcm: 250 ml
14,6 ₼
13.2 bal
Məhsul haqqında

Dənizin bəxş etdiyi gözəllik
Arktik yosunlar, vitamin E və elastin ilə nəmləndirici krem dəri elastikliyini artırır. Qan dövranının fəallaşmasına, kollagen və elastin ifrazına, şişkinliyin aradan qaldırılmasına və toksinlərin çıxarılmasına səbəb olur, liftinq təsir göstərir. Dərini sakitləşdirir, qidalanmanı və intensiv antioksidant müdafiəni təmin edir.

Formulun təməlində - Arktikanın əsrlik ənənələri və elmin qabaqcıl nailiyyətləri.

Tərkibində nələr var?
   • Biofermentləşdirilmiş Oxot dənizi laminariyası
Tərkibində dəyərli minerallar və mikro-elementlər xəzinəsi mövcuddur: polisaxaridlər (alginik turşu, mannitol, fukoidan, laminarin), zülal, lipidlər, mineral maddələr (xrom, mis, kobalt, dəmir, maqnezium, kalsium, kalium, sink), yod. Səmərəli şəkildə nəmləndirir və, nəmi dərinin daxilində "bağlayaraq", trans-epidermal nəm itkisini azaldır, canlandırır və elastikliyi bərpa edir. Laminariya polisaxaridləri dərinin bərpa qabiliyyətlərini gücləndirir və onun öz antioksidant müdafiə sistemini möhkəmləndirir, oksidləşmə stressinin nəticələrini azaldır.
   • Ağ dəniz laminariyasının mineral konsentratı
Tərkibində böyük miqdarda manqan, selen, kobalt, silisium, natrium, kalsium, brom, dəmir, maqnezium mövcuddur. Cavanlaşdırıcı, nəmləndirici, canlandırıcı, stimullaşdırıcı təsirə malikdir. Dəridə mikrosirkulyasiyanı yaxşılaşdırır, ion tarazlığını bərpa etməyə kömək edir, elastikliyi artırır, nəzərə çarpan liftinq və anti-stress təsir göstərir.
   • Baltika dənizinin kollageni
İlkin strukturu saxlanılan təbii kollagen insan dərisinin keratini ilə yüksək oxşarlığa və xüsusi nəmi bağlamaq qabiliyyətinə malikdir. Dərini dərhal nəmləndirir, onun səddi funksiyasını dəstəkləyir, qırışları azaldır, dərini yumşaldır və hamarlaşdırır, aqressiv SFM təsirindən əmələ gələn qıcıqlanmanı azaldır.
   • Ağ dəniz fukusunun cövhəri
Derma və epidermisdə mübadilə proseslərinin tənzimlənməsi üçün zəruri olan zülalların, polisaxaridlərin, mineral maddələrin, vitaminlərin, mikroelementlərin, lipidlərin və digər fəal molekulların zəngin mənbəyi. Fukusun misilsiz funksiyaları onun tərkibində yod, algin turşusu, mannitol, fukoidan və polifenolların mövcudluğu ilə müəyyən edilir. Fukus cövhəri mikrosirkulyasiyanı stimullaşdırır, mübadilə proseslərini və detoksikasiyanı fəallaşdırır, dərini sakitləşdirir və yumşaldır, onun mikrorelyefini yaxşılaşdırır. Dərini dərindən nəmləndirir və onun nəmi saxlamaq qabiliyyətini, elastikliyini artırır.
   • Vitamin E (tokoferol)
Qırışların dərinliyini azaldır, kollagen sintezini stimullaşdırır, yaşla əlaqədar piqmentasiyanın qarşısını alır, dəri bürüşüklüyü təzahürlərini ləngidir, iltihabların azalmasına, dəridə mikrosirkulyasiyanın güclənməsinə və yeni hüceyrələrin yaranması prosesinin stimulyasiyasına səbəb olur. Dərinin nəmi saxlamaq qabiliyyətini yaxşılaşdırır, ona hamarlıq və tonus bəxş edir.
   • Elastin
Dəri elastikliyini bərpa edir, onun yaşlanmasının qarşısnı alır və turqorunu artırır. Epidermis hüceyrələrini doldurur, bu da nəzərə çarpacaq dərəcədə dərini hamarlaşdırır və bərabərləşdirir, onu daha elastik edir, təravətləndirir.

Tətbiq edilmə

Az miqdarda vasitəni masaj hərəkətləri ilə təmiz dəriyə tam hopana kimi çəkin.

Tərkib

Fəal maddələr: bio-fermentləşdirilmiş laminariya, dəniz kollageni, xlorofilin mis törəmələri, laminariyanın mineral konsentratı, qovuqşəkilli fukus cövhəri, tokoferol, elastin.

Tərkib: su, setearil spirt, qliserin, etilheksil stearat, qliseril stearat, izopropilpalmitat, raps yağı, düyü rüşeymlərinin mumu, laktobasillər/laminariya fermentinin filtratı, palmitin turşusu, stearin turşusu, allantoin, kollagen hidrolizatı, xlorofilin mis törəmələri, laminariya tozu, kalium setilfosfat, dəniz kollageni, izododekan, ətirləndirici, qovuqşəkilli fukus cövhəri, benzil spirt, tokoferol, elastin, qliseril laurat, süd tuşusu, natrium hidroksid, natrium benzoat, kalium sorbat, benzilsalisilat.

(INCI): aqua (water), cetearyl alcohol, glycerin, ethylhexyl stearate, glyceryl stearate, isopropyl palmitate, brassica campestris (rapeseed) seed oil, oryza sativa (rice) bran cera, lactobacillus/laminaria ferment filtrate, palmitic acid, stearic acid, allantoin, hydrolyzed collagen, chlorophyllin-copper complex, laminaria digitata powder, potassium cetyl phosphate, soluble collagen, isododecane, parfum, fucus vesiculosus (bladderwrack) extract, benzyl alcohol, tocopherol, elastin, glyceryl laurate, lactic acid, sodium hydroxide, sodium benzoate, potassium sorbate, benzyl salicylate.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.