• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Şampun (nəmləndirmə və həcm)
Mövcud deyil

Şampun (nəmləndirmə və həcm), 250 ml

Wellness Sea
Arktik yosunlar və kollagen ilə nəmləndirici şampun piy vəzilərinin fəaliyyətini normallaşdırır, saçları sıxlaşdırır və onları daha həcmli edir. Saçların uzanmasını fəallaşdırmağa və onların kövrəkliyinin azalmasına səbəb olur, saçlara hamarlıq və sağlam parıltı bəxş edir. Saçlar daha elastik, sıx və həcmli olur.
Artikul: 424410
Həcm: 250 ml
13,9 ₼
12.6 bal
Məhsul haqqında

Dənizin bəxş etdiyi gözəllik

Arktik yosunlar və kollagen ilə nəmləndirici şampun səmərəli şəkildə təmizləyir, piy vəzilərinin fəaliyyətini normallaşdırır, saçların sıxlığını artırır və onları daha həcmli edir. Saçların uzanmasını fəallaşdırmağa və onların kövrəkliyinin azalmasına səbəb olur, saçlara hamarlıq və sağlam parıltı bəxş edir. Saçlarınız daha elastik, sıx və həcmlidir!

  • Dəniz kollageni
    Kollagenin saçlara olan faydası danılmazdır. O, kövrəkliyin və tökülmənin qarşısını alır, saçların uzanmasını sürətləndirməyə kömək edir və tədricən kökləri möhkəmləndirir. Məhz bu səbəbdən onu çox zaman saçlarımızın tikinti elementi adlandırırlar. Daha bir üstünlük - hidrofiksator xüsusiyyətləri. Sadə sözlər ilə ifadə etsək, bu zülal nəmi saxlamağa və fəal nəmləndirməyə səbəb olmağa qadirdir. Bu cür qulluq sayəsində saçlar daha yumşaq, hamar, parlaq və elastik olacaq. Dəniz kollageni nəmləndirir və fəal şəkildə quruluq ilə mübarizə aparır, tüklərin təbii elastikliyini artırır, kutikul axçalarını hamarlaşdıraraq, saçların hamarlığını və sağlam parıltısını təmin edir. Saçları daha sıx və qalın edir, həddən artıq həcmi azaldır, daranmanı və üslublandırmanı sadələşdirir, kövrəkliyin və tökülmənin qarşısını alır, bərpaedici təsiri təmin edir, tükləri qidalandırır və möhkəmləndirir.
  • Kollagen hidrolizatı
    Saçın daxilinə nüfuz etməyə qadirdir, həcm, parlaqlıq, elastiklik bəxş edir, onları daha itaətli edir. Nəmləndirir və fəal şəkildə quruluq ilə mübarizə aparır, tüklərin təbii elastikliyini artırır, kutikul axçalarını hamarlaşdıraraq, saçların hamarlığını və sağlam parıltısını təmin edir. Saçları daha sıx və qalın edir, həddən artıq həcmi azaldır, daranmanı və üslublandırmanı sadələşdirir, kövrəkliyin və tökülmənin qarşısını alır, bərpaedici təsiri təmin edir, tükləri qidalandırır və möhkəmləndirir.
  • Laminariya cövhəri
    Piy vəzilərinin fəaliyyətini normallaşdırır və saçları nəm ilə dolğunlaşdırır, təbii nəm balansını dəstəkləyir. Laminariya mikroelementlər ilə zəngin olduğu üçün, kəpəyin yaranmasının qarşısını alır, saçları nəmləndirir və qidalandırır, onlara elastiklik və parıltı bəxş edir. Yatmış saç soğancıqlarını fəallaşdıran və yeni saçların uzanmasına səbəb olan niasin ehtiva edir.
  • Biofermentləşdirilmiş Oxot dənizi laminariyası
    Polisaxaridlər (algin turşusu, mannitol, fukoidan, laminarin), zülal, lipidlər, mineral maddələr (xrom, mis, kobalt, dəmir, maqnezium, kalsium, kalium, sink), yod ehtiva edir. Səmərəli şəkildə nəmləndirir və transepidermal nəm itkisini azaldır, "nəmi saçların daxilində "bağlayır", baş dərisini canlandırır və saçların elastikliyini bərpa edir. Laminariya polisaxaridləri dərinin bərpa olunmaq qabiliyyətini artırır, saçlara güc və parıltı bəxş edir.
    • Ağ dəniz laminariyasının mineral konsentratı
      Tərkibində olan manqanın, selen, kobalt, silisium, natrium, kalsium, brom, dəmir və maqneziumun yüksək miqdarı cavanlaşdırıcı, nəmləndirici, canlandırıcı və stimullaşdırıcı təsir göstərir. Baş dərisində mikrosirkulyasiyanı yaxşılaşdırır, yatmış kök soğancıqlarını oyadır, saç köklərini qidalandırır və möhkəmləndirir, qıcıqlanmanı, quruluğu və qaşınmanı aradan qaldırır.
    • Ağ dəniz fukusunun cövhəri
      Derma və epidermisdə mübadilə proseslərinin tənzimlənməsi üçün zəruri olan zülalların, polisaxaridlərin, mineral maddələrin, vitaminlərin, mikroelementlərin, lipidlərin və digər fəal molekulların zəngin mənbəyi. Fukusun misilsiz funksiyaları onun tərkibində yod, algin turşusu, mannit, fukoidan və polifenolların mövcudluğu ilə müəyyən edilir. Baş dərisində mikrosirkulyasiyanı stimullaşdırır, mübadilə proseslərini və detoksikasiyanı fəallaşdırır, saç uclarının haçalanmasının qarşısını alır, qoruyucu lipid səth yaradır. Saçları dərindən nəmləndirir və onların nəmi saxlamaq qabiliyyətini artırır.
Tətbiq edilmə

Nəm saçlara çəkin, masaj edin, əsaslı şəkildə su ilə yuyun.

Tərkib

Fəal maddələr: dəniz kollageni, laminariya cövhəri, biofermentləşdirilmiş laminariya, laminariyanın mineral konsentratı, qovuqşəkilli fukus cövhəri, pantenol, elastin.

Tərkib: su, kokamidopropilbetain, natrium kokosulfat, qliseret-8 badam yağının efiri, kollagen hidrolizatı, laktobasillər/laminariya fermentinin filtratı, pantenol, dəniz kollageni, laminariya tozu, benzil spirt, ətirləndirici, laminariya cövhəri, qovuqşəkilli fukus cövhəri, elastin, polikvaternium-10, limon turşusu, qliseril laurat, süd turşusu, natrium benzoat, kalium sorbat, benzilsalisilat.

(INCI): aqua (water), cocamidopropyl betaine, sodium coco-sulfate, sweet almond oil glycereth-8 esters, hydrolyzed collagen, lactobacillus/laminaria ferment filtrate, panthenol, soluble collagen, laminaria digitata powder, benzyl alcohol, parfum, laminaria digitata extract, fucus vesiculosus (bladderwrack) extract, elastin, polyquaternium-10, citric acid, glyceryl laurate, lactic acid, sodium benzoate, potassium sorbate, benzyl salicylate.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.