• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Xardal geli, ovuşdurma üçün

Xardal geli, ovuşdurma üçün, 50 ml

Sibir balzamları
Yumşaq gel formatında təbii "xardal yaxması" 97% təbii komponentlərdən ibarətdir. Xardal, ağ şam terpentini, kamfora cövhərlərindən və vanillil spirtinin törəməsindən ibarət kompleks dərinin dərin və qayğılı isidilməsi təsirini yaradır, gənəgərçək yağı qıcıqlanmaların və qızartıların qarşısını alır.
Artikul: 424836
Həcm: 50 ml
Qalıb: 100+ əd.
8,7 ₼
7.5 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Dəri qıcıqlanması olmadan yumşaq isti
    Tərkibində istiot cövhəri yoxdur, terpentin, xardal cövhəri və kamforadan ibarət yumşaq formul sayəsində fəaliyyət göstərir.
  • Rahat format
    Uşaqlıqda olan həmin o xardal yaxması gel şəklində: sadəcə dərinizə çəkin və yorğana bürünün.
  • Orqanizmin təbii dəstəyi
    Hər bir qablaşdırmada - efir yağlarının və antiseptik təsirə malik bitki cövhərlərinin qarışığı.
  • Bütün ailə üçün
    Böyüklər və üç yaşdan yuxarı uşaqlar üçün uyğundur.

Ənənəvi xardal yaxması yeni formatda
Xatirələrin istisi ilə isinin!
Ənənəvi xardal yaxmasının təhlükəsiz analoqu - ağ şam terpentini, xardal cövhəri və kamfora əsasında sibir efir yağlarının və bitki cövhərlərinin antiseptik qarışığı ilə gücləndirilmiş yumşaq, isidici, ovuşdurma üçün gel.

Yumşaq teksturaya malik gel əla hopur, eyni zamanda üç istiqamətdə təsir göstərir:
• İmmunitetin qeyri-səciyyəvi müdafiəsini fəallaşdırır.
• Orqanizmi həddindən artıq donma, qış səyahətləri və soyuq fəsillərdə idman zamanı dəstəkləyir.
• KRVİ və KRX zamanı gücləri bərpa edir (37,5°C-dən yüksək bədən hərarəti zamanı istifadə edilməməlidir).

İsindirir və qayğınıza qalır!

  • Dərindən isinmə
    Xardal cövhəri, ağ şam terpentini, kamforadan ibarət kompleks dərinin dərindən və qayğılı isinmə təsirini yaradır. Smalterol XOT® isidici agent - aqressiv qıcıqlandırıcı aktivlərin rahat analoqu. Dəridə, qıcıqlandırıcı təsir olmadan, mülayim və uzunmüddətli istilik hissi saxlayır.
       • Kamfora
    İnfeksiya əleyhinə xüsusiyyətlərə malikdir, yerli qan dövranını stimullaşdırır, çox yaxşı isidir, ağrını azaldır, tətbiq edildiyi nahiyədə durğunluq və iltihab proseslərini aradan qaldırmağa kömək edir.
       • Xardal cövhəri
    İsidici və iltihabəleyhinə təsir göstərir, toksinləri çıxartmağa və orqanizmin müdafiə ehtiyatlarını fəallaşdırmağa kömək edir.
       • Ağ şam terpentini
    Uzun zamanlardan bəri soyuqdəymə və həddindən artıq donma hallarında istifadə edilən güclü təbii vasitə. Terpentin yağını iynəyarpaq ağacların qətranından, terpentinindən hazırlayırlar. O, güclü bakterisid, iltihabəleyhinə, isidici və canlandırıcı təsirlərə malikdir, ağrını azaltmağa kömək edir.
       • Vanillilbutil efiri (Smalterol XOT® isidici agent)
    Aqressiv qıcıqlandırıcı aktivlərin rahat analoqu olan Smalterol XOT® - vanillil spirtin törəməsidir. Dəridə, qıcıqlandırıcı təsir olmadan, mülayim və uzunmüddətli istilik hissi saxlayır.
  • Müdafiə güclərinin artırılması
    Efir yağları qarışığı təbii antiseptik təsir göstərir, bitki cövhərləri orqanizmin müdafiə güclərini artırır, iltihablarla mübarizədə kömək edir.
       • Evkalipt efir yağı
    Dərini təravətləndirir və canlandırır, onun elastikliyini bərpa edir. Səmərəli şəkildə quruluğu və codlaşmanı, iltihabları aradan qaldırır.
       • Ətirşah efir yağı
    Möhtəşəm aromaterapiya vasitəsidir. Orqanizmə kompleks şəkildə təsir göstərir, əhvalı yaxşılaşdırır və emosional fonu ahəngləşdirir. İltihablar ilə mübarizə aparmağa kömək edir, qan dövranını yaxşılaşdırır, stress səviyyəsini, həyəcanlılığı azaldır, rahatlaşmağa kömək edir.
       • Buxur efir yağı
    Xroniki stress və həyəcanlılıq əlamətlərini aradan qaldırmağa kömək edir, ağrını azaldır və iltihabları aradan qaldırır, immuniteti fəallaşdırır. İsidici və sakitləşdirici təsir göstərir, hüceyrələrin bərpasını fəallaşdırır.
       • Ağ şam efir yağı
    Təbii antiseptik, iltihabəleyhinə və sağaldıcı təsir göstərir, dərinin təmizlənməsinə və hamarlaşmasına səbəb olur.
       • Cökə çiçəklərinin cövhəri
    Cökə çiçəklərinin cövhəri dəriyə nəzərə çarpan bakterisid, iltihabəleyhinə, canlandırıcı təsir göstərir. Dərinin qoruyucu xüsusiyyətlərini gücləndirir, təmizləyir, iltihab proseslərini aradan qaldırır, yumşaldır, qidalandırır və, stressi aradan qaldıraraq, ümumi sakitləşdirici təsir göstərir.
       • Palıd cövhəri
    Palıd qabığının cövhərləri dəri səthlərinə müsbət təsir göstərir, damarları möhkəmləndirir və iltihablar ilə mübarizə aparmağa kömək edir. Maddə yumşaq allergiya əleyhinə təsirə malikdir, dəridə xırda yaraları və çatları sağaldır, dezodorasiya edici və antiseptik təsirə malikdir. Möhtəşəm antioksidant.
       • Sürvə cövhəri
    Onun fəal maddələri orqanizmin öz müdafiə ehtiyatlarını səfərbər etməyə kömək edir və soyuqdəymədən sonra bərpanı sürətləndirir.
       • Maqnoliya cövhəri
    Sakitləşdirir, mikroblar əleyhinə təsir göstərir, iltihabların aradan qaldırılmasına səbəb olur. Cövhərin tərkibində olan flavonoidlər və polifenollar antioksidant təsir göstərir, sərbəst radikalların fəallığını azaldır. Tərkibində bol miqdarda olan maqnolol (25%) və xonokiol (60%) bioloji fəal molekullarının sayəsində damar divarlarının möhkəmlənməsinə, dəridə durğun proseslərin qarşısının alınmasına səbəb olur. Maqnoliya cövhəri iltihabları aradan qaldırmağa kömək edir və antiseptik təsir göstərir, dermatomisetlər və stafilokokk yayılmasının qarşısını alır.
  • Yumşaltma və qidalandırma
    Gənəgərçək yağı qidalandırır və yumşaldır, xırda yaraların sağalmasına səbəb olur, dəri bütövlüyünü və elastikliyini bərpa etməyə kömək edir.
       • Gənəgərçək yağı
    Dəridə mikrosirkulyasiyanı gücləndirir, digər maddələrin nüfuz etməsini yaxşılaşdırır və bərpaedici təsiri təsbit edir. Qidalandırır və yumşaldır, xırda yaraların sağalmasına səbəb olur, dəri bütövlüyünü və elastikliyini bərpa etməyə kömək edir.

Kimlər üçün aktualdır?
- Mənfi hava temperaturları şərtlərində çox vaxt keçirənlər üçün.
- Həddindən çox donma və zəiflik hissi hallarında.
- İlk naxoşluq əlamətləri zamanı və kompleks KRVİ terapiyasının tərkibində böyüklər və uşaqlar (3+) üçün.

Tətbiq edilmə

Az miqdarda geli yüngül massaj hərəkətləri ilə sinə nahiyəsinə, ayaqlara, əllərə və yerli olaraq çəkin. Daha güclü təsir üçün beşdəfəli ovuşdurma kursu tövsiyə edilir.
Gelin axşam vaxtı tətbiqi zamanı möhtəşəm təsir əldə edilir: vasitəni yuxudan öncə dərinizə çəkin, yorğana bürünün - isidici kompress hazırdır!

İstifadə etmədən öncə məhsulu fərdi həssaslığa qarşı sınaqdan keçirməyi tövsiyə edirik. Bunun üçün, az miqdarda geli dirsək bükümünə çəkin - dəri reaksiyalarının mümkün təzahürü gelin tərkibinə daxil təbii fəal maddələrə qarşı olan fərdi həssaslıq ilə bağlıdır.

Tərkib

Fəal maddələr: gənəgərçək yağı, terpentin yağı, kamfora, xardal cövhəri, evkalipt efir yağı, vanillilbutil efir, ağ şam efir yağı, ətirşah efir yağı, buxur efir yağı, tokoferol, skvalan, cökə çiçəklərinin cövhəri, palıd qabığının cövhəri, dərman sürvəsi yarpaqlarının cövhəri, maqnoliya qabığının cövhəri.

(INCI): aqua (water)*, ricinus communis (castor) seed oil*, abies sibirica (Siberian fir) turpentine*, camphor, brassica juncea seed extract*, carbomer, eucalyptus globulus leaf oil*, vanillyl butyl ether, abies sibirica oil*, benzyl alcohol, pelargonium graveolens oil*, boswellia serrata oil*, tocopherol*, beta-sitosterol*, squalene*, soybean oil*, tilia cordata flower extract*, quercus robur bark extract*, salvia officinalis leaf extract*, magnolia officinalis bark extract*, dehydroacetic acid, benzoic acid, sodium hydroxide, maltodextrin*, limonene, linalool, geraniol, citronellol.
* Təbii mənşəli komponentlər.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.