• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Episode 30, ətriyyat suyu
Mövcud deyil

Episode 30, ətriyyat suyu, 55 ml

Ciel ətirlər kolleksiyası
Ətrin zərif və eyni zamanda cazibədar xasiyyəti təkrarolunmaz hissiyyatlıq ab-havası yaradır. Qeyri-adi aromatik kompozisiyada ahəngdar şəkildə şampan şərabının qığılcımları və meyvələrin şirinliyi, çiçək ətri və çalınmış qaymağın isti çalarları, mahaqoni oduncağının kəskinliyi və müşk zərifliyi birləşərək, ətir sahibinin ətrafında cazibədar aura yaradır.
Artikul: 425133
Həcm: 55 ml
88 ₼
80 bal
Məhsul haqqında
  • Müasir qadın lətafətinin mücəssəməsi
    Nəcib şampan şərabının qığılcımları, şirin qaysı və bir qədər turşməzə marakuyya birlikdə həyatsevər, oynaq və eyni zamanda hissiyyatlı bir akkord yaradır.
  • Ətir-fəlsəfə
    PINK MOLÉCULE 090.09 by Zarkoperfume ətrindən xoşunuz gəlirsə Episode 30 ətrini seçin.
  • Təbii əsas
    Buğdadan əldə edilən spirtli əsas bu sahənin ən qədim təşkilatlarından biri tərəfindən hazırlanıb.
  • GMP keyfiyyət nişanı
    Cənubi-Şərqi Asiya ölkələrində aparıcı sertifikatlaşdırma orqanı, IAF, APAC, IAAC, ILAC Beynəlxalq akkreditasiya üzvü tərəfindən zəmanət.

Cazibədarlığın yeni tərəflərini kəşf edin

Çiçəkli, meyvəli
İlkin çalarlar: şampan şərabı, qaysı, giləmeyvələr, marakuyya
Mərkəzi çalarlar: qara kəndəlaş, səhləb çiçəyi, liçi, moruq
Təməl çalarlar: çalınmış qaymaq, qara ağac, mahaqoni oduncağı, müşk, ənbər

Episode 30 - bahalı nadir köpüklənən şərabın yetişmiş buketi kimi tədricən açılan hissiyyatlıq və dəbdəbə hekayəsidir.
Ətir şampan şərabının qığılcımlarından başlayır, o, sizi, ona parlaq və oynaq xasiyyət bəxş edən qaysı şirinliyi və marakuyya turşluğu ilə bürüyür.
Ətrin ürəyində səhləb çiçəyinin və liçi meyvələrinin tropik şirinliyi ilə yumşaldılmış, zəngin və zərif qara kəndəlaş və moruq çalarlarının ahəngi səslənir. Bu akkord ətrə dərinlik və əsrarəngizlik qatır.
Şleyfdə isti hissiyyatlı çalarların zəngin qarışığı açılır. Çalınmış qaymaq ona zəriflik bəxş edir, qara ağac və mahaqoni oduncağı isə - dərinlik və dəbdəbə. Müşk və ənbər təməl çalarları, unudulmaz, uzunmüddətli və cazibədar şleyf yaradaraq, kompozisiyanı tamamlayır.

Ətrin çalarları
Bütün kompozisiyanın təkrarolunmaz səslənməsini yaradan ən parlaq çalarlar.

  • İlkin çalarlar
       • Şampan şərabı
    Şampan şərabının ətri müxtəlif çalarların vasitəsilə ifadə edilir: meyvəli, çiçəkli, ədviyyəli. Bu içkinin çalarları çoxşaxəli və həcmli səslənməyə malikdir.
       • Qaysı
    Kəskin olmayan, şirin, zərif və incə ətrə malikdir. Ətriyyatçılar hesab edir ki, o, incə və zərif qadın gözəlliyini ifadə etməyə kömək edir.
       • Çəhrayı giləmeyvələr
    Meyvələrin şirinliyi və çiçəklərin zərifliyi qarışığını xatırladan, incə xoş ətrə malik təzə şirin giləmeyvələrin ətri. Bu çalar aromatik kompozisiyaya parlaqlıq, oynaqlıq və heyatsevərlik əlavə edə bilər.
       • Marakuyya
    Bu ətirdə bir çox meyvə çalarları birləşib: ananas, naringi, armud.
  • Mərkəzi çalarlar
       • Qara kəndəlaş
    İncə tərzi və zərifliyi birləşdirən cazibədar ətrə malikdir.
       • Səhləb çiçəyi
    Şirin çiçək ətri, bəzən - kəskin və vanil çalarları ilə. Hesab olunur ki, bu çiçəyin ətri stresdən qurtulmağa kömək edir və əminlik hissi bəxş edir.
       • Liçi
    Qızılgül-çiyələk ətrinə malikdir - ona aşiq olmamaq mümkün deyil. Kompozisiyaya təravət və orijinallıq qatır.
       • Moruq
    Turşa-şirin, abdar, "cingiltili", xoş ətirli. Kompozisiyaya parlaqlıq, təravət, "qığılcımlılıq" bəxş edir. Moruqlu ətirlər - oynaq və cazibədardır, romantika və xəyalpərəstlik ab-havası yaradır.
  • Şleyf çalarları
       • Çalınmış qaymaq
    Yumşaq, kremli, zərif ətrə malikdir. Ətrə şirinlik əlavə edir, eyni zamanda dəridə zəriflik tamı saxlayır.
       • Qara ağac
    Ona dərin, isti və zəngin ətir xasdır. Bu ətirdə tüstü və ədviyyat nüansları ilə oduncaqlı və məlhəmi çalarlar birləşir.
       • Maxaqoni oduncağı
    Qeyri-adi şirintəhər-kəskin ətrə malikdir.
       • Müşk və ənbər
    Ətriyyat üslubuna hissiyatlıq bəxş edir, onu gücləndirir, ətrafdakilar üçün onu daha gözəl edir. Dəridə isinərək, ətrin dəri ilə birliyini təmin edir. Bu arada, müşk qadınlıq əsası hesab edilir, ənbər isə - kişilik.

Eurofragance - ətirləri yaradan və dünya üzrə onları satan butik və ətriyyat evidir.
Cəmi bir nəsil əvvəl təşkil olunan bu şirkət İspaniyada yerləşir, çoxmədəniyyətli iş qüvvəsinə və qlobal iştiraka sahibdir. Eurofragance ətriyyat evinin uğuru əsasən onun sahibkarlıq ruhu və özünəməxsus biznes fəlsəfəsi ilə bağlıdır.

Kimlər üçündür?
• Həyatlarının hər bir sahəsində zərif və nəfis tərzə dəyər verən qadınlar üçün.
• Ətrafdakı insanların diqqətini öz fərdiyyatına və əsrarəngizliyinə cəlb etmək istəyən qadınlar üçün.
• Özündə zəriflik və ehtirası birləşdirən ətirlərə dəyər verənlər üçün.
• İncə üslub hissinə malik, müasir və özünə güvənən qadın tərzini vurğulamaq istəyənlər üçün.
• Tərzə təkrarolunmaz dəbdəbə və cazibə qatan, müsamirələr və xüsusi tədbirlər üçün mükəmməl ətir axtaranlar üçün.

Hər bir flakonda:
   • 4-6 saata qədər
Ətriyyat suyunun davamlılığı.
   • 100% təbii spirtli əsas
Buğda, arpa, çovdardan hazırlanmış (Rusiya bölgələri).
   • 55 ml
3-5 aya qədər gündəlik istifadə.
   • 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.

Heyvanlar üzərində sınaqdan keçirilmir.

Tətbiq edilmə

Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın. Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq bir yerdə saxlayın.

Tərkib

Etil spirti (80%), ətriyyat kompozisiyası, su, linalool, amilsinnamal aldehid, geraniol, limonen, sitronellol, benzilsalisilat, heksil sinnamal, evgenol.

(INCI) / Ingredients: Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Linalool, Amyl Cinnamal, Geraniol, Limonene, Citronellol, Benzyl Salicylate, Hexyl Cinnamal, Eugenol.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.