• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Episode 25, ətriyyat suyu
Mövcud deyil

Episode 25, ətriyyat suyu, 55 ml

Ciel ətirlər kolleksiyası
Hər iki cinsin nümayəndələri üçün, təravət və sehr dolu əzəmətli meşə landşaftına qərq edən ətir. Oduncaq və sitrus çalarlarının birləşməsi təbii ahəng və nəfislik ab-havası yaradır. Bu ətir, zərif üslub, davamlılıq və fərdiyyət inikasına dəyər verənlər üçün mükəmməl seçimdir.
Artikul: 425135
Həcm: 55 ml
88 ₼
80 bal
Məhsul haqqında
  • Ahəng və nəfislik mücəssəməsi
    Naringi və zəfəranın canlılığı və parlaqlığı, bənövşə və osmantusun kirşanlılığı və yumşaqlığı, solmazçiçəyi absolütu və akiqalavudun (paçulidən əldə edilən sintetik ətriyyat molekulun) oduncaqlı minerallığı.
  • Ətir-fəlsəfə
    Ganymede by Marc-Antoine Barrois ətrindən xoşunuz gəlirsə, Episode 25 ətrini seçin.
  • Təbii əsas
    Buğdadan əldə edilən spirtli əsas bu sahənin ən qədim təşkilatlarından biri tərəfindən hazırlanıb.
  • GMP keyfiyyət nişanı
    Cənubi-Şərqi Asiya ölkələrində aparıcı sertifikatlaşdırma orqanı, IAF, APAC, IAAC, ILAC Beynəlxalq akkreditasiya üzvü tərəfindən zəmanət.

Öz daxili cazibənizi oyadın

Oduncaqlı, ədviyyəli
İlkin çalarlar: naringi, zəfəran, bənövşə yarpağı
Mərkəzi çalarlar: mineral çalarlar, solmazçiçəyi, osmantus
Təməl çalarlar: karamel, akiqalavud

Özünüz üçün Episode 25 ətrini kəşf edin - təravət və təbiətin sehri ilə dolu utopik meşə landşaftına qərq edən ətir.
İlk nəfəsdən, təbii ahəng ab-havası yaradan zəfəran və zərif bənövşə yarpaqları ətrinin incə nüanslar ilə müşayiət olunan naringi təravəti və enerjisi oyanır.
Ətrin ürəyində, sanki sərgüzəştələrə çağırış kimi, mineral çalarlar açılır. Onları solmazçiçəyinin incə akkordları və, kompozisiyaya ahəng və təkrarolunmaz cazibə bəxş edən osmantusun şaftalı zərifliyi vurğulayır.
Şleyfdə, rahatlıq və istiyə bürüyən şirin karamel çaları hiss olunur, eyni zamanda, akilaqavud, yumşaq oduncaq təravətinin ab-havasını yaradaraq, tamamlayıcı ştrix bəxş edir.

Episode 25 - sadəcə ətir deyil, təbiət aləminə səyahətdir, burada alınan hər bir udum nəfəs sizi enerji və ilhamla doldurur, unudulmaz iz saxlayır.

Bütün kompozisiyanın təkrarolunmaz səslənməsini yaradan ən parlaq çalarlar:

  • İlkin çalarlar
       • Naringi bayram və şənlik ab-havasına qərq edir. Naringi çalarları ətriyyat kompozisiyalarına istilik, nikbinlik, hədsiz enerji və xüsusi kolorit qatır.
       • Zəfəran - səndəl nüansları ilə yandırıcı, oduncaqlı-şirin ətir.
       • Bənövşə yarpağı bənzərsiz təravətli səslənməyə malikdir - onun tərkibində xiyar çalarları və təzə biçilmiş otlarin efir nüansları hiss olunur.
  • Mərkəzi çalarlar
       • Mineral çalarlar çox yüngül, oynaq və zərif xasiyyətə malikdir, onlar təravətli, enerji dolu və hətta soyuq nələrsə ilə assosiasiya yaradır.
       • Solmazçiçəyi ətriyyata yüngül çiçək nüansları ilə otlar təravətinin çalarlarını əlavə edir. Çöl otları və yarpaq çalarları ilə yaşıl, nəbati və bir qədər acımtıl ətir.
       • Osmantus özündə eyni zamanda bir neçə çalar birləşdirir: meyvəli, dəri və çiçəkli. Onun mürəkkəb və zərif rayihəsi qaymaqlı qaysı ətrini xatırladır.
  • Şleyf çalarları
       • Karamel müxtəlif aromatik çalarlara malikdir - krem-brülenin karamelli qazmağının acımtıl-tüstülü qoxusundan iris konfetinin qaymaqlı-vanilli qoxusunadək.
       • Akilaqavud - ətriyyatda yenilik. Bu maddə - paçuli yağının fraksiyalara ayrılmış çalarıdır; onun sayəsində ətrə qeyri-adi, isti ,oduncaqlı-ədviyyəli, təravətli çalar bəxş etmək olar.

İlham və qüsursuz inqrediyentlər - dünya ətriyyat paytaxtı olan Qrasse şəhərində 1986-cı ildə yaradılmış Floressence ətriyyat şirkətinin istehsal etdiyi kompozisiyaların mərkəz mövzusudur. 2018-ci ildə Floressence ətriyyata dəyər verən iki nəfər entuziast tərəfindən əldə edilmişdi. Bugün Kristian Düssolye və Lui Lekur birlikdə əlli nəfərdən ibarət komandaya başçılıq edirlər.

Kimlər üçündür?
• Təbii ahəngə və meşə landşaftının cazibəsinə dəyər verənlər üçün.
• Təvazölü dəbdəbə və təbii nüanslar, oduncaqlı və mineral akkordlar arasında bənzərsiz müvazinətin pərəstişkarları üçün.
• Sərgüzəştləri və tədqiqatları sevənlər üçün: ətir meşə gəzintiləri və ilhamlandırıcı səyahətlərin mücəssəməsidir.
• Həm gündəlik istifadə, həm də xüsusi hadisələr üçün uyğun universal ətir axtaranlar üçün.

Hər bir flakonda:
   • 6-8 saata qədər.
Ətriyyat suyunun davamlılığı.
   • 100% təbii spirtli əsas
Buğda, arpa, çovdardan hazırlanmış (Rusiya bölgələri).
   • 55 ml
3-5 aya qədər gündəlik istifadə.
   • 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.

Heyvanlar üzərində sınaqdan keçirilmir.

Tətbiq edilmə

Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın. Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq bir yerdə saxlayın.

Tərkib

Etil spirti (80%), ətriyyat kompozisiyası, su, alfa-izometil ionon, heksil sinnamal, linalool, evgenol, limonen, benzil benzoat, izoevgenol.

(INCI): Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Alpha-Isomethyl Ionone, Hexyl Cinnamal, Linalool, Eugenol, Limonene, Benzyl Benzoate, Isoeugenol.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.