• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Nuage Osmanthus, ətriyyat suyu

Nuage Osmanthus, ətriyyat suyu, 55 ml

Ciel ətirlər kolleksiyası
İncəlik və gücün cazibədar birləşməsi - dəbdəbəli çiçək çalarları cəsarətli və iti vurğulara qarşı çıxır. Ən parlaq çalarlar: osmantus, tuberoza, nərgiz, jasmin, ənbər.
Artikul: 425181
Həcm: 55 ml
Qalıb: 17 əd.
88 ₼
80 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Zəriflik və güc
    Portağal çiçəklərinin nəvazişli toxunuşları və məftunedici osmantus, tuberoza və nərgiz dəstəsi.
  • Ətir-fəlsəfə
    Good Girl Gone Bad By Kilian ətrindən xoşunuz gəlirsə, Nuage Osmanthus ətrini seçin.
  • Təbii əsas
    Buğdadan əldə edilən spirtli əsas bu sahənin ən qədim təşkilatlarından biri tərəfindən hazırlanıb.
  • GMP keyfiyyət nişanı
    Cənubi-Şərqi Asiya ölkələrində aparıcı sertifikatlaşdırma orqanı, IAF, APAC, IAAC, ILAC Beynəlxalq akkreditasiya üzvü tərəfindən zəmanət.

Öz cəsur tərəfini kəşf et
Cazibə və ehtiras aləminə səyahət

Fəsilə: çiçəkli
İlkin çalarlar: portağal çiçəyi, meyvə çalarları
Mərkəzi çalarlar: osmantus, tuberoza, nərgiz, jasmin, may itburnusu
Şleyf çalarları: müşk və ənbər, sidr

Təkrarolunmaz buketə bürünmüş cəsarətli xülyalar və ehtiras aləminə baş vurun. Uzun müddət yaddaşınızda qalacaq səyahət başlayır!

Ətrin xasiyyəti

  • İlkin çalarlar
    Kompozisiya portağal çiçəyinin təravətli ilkin çalarlarından və abdar meyvə akkordlarından başlayır, onlar dərhal əhval-ruhiyyəni yüksəldir və iy duyma qabiliyyətimizi işə salır.
  • Mərkəzi çalarlar
    Ətrin ürəyində incə çiçəkli kompozisiyalar açılır: cəlbedici osmantus, dəbdəbəli tuberoza, zərif nərgiz, məftunedici jasmin və heyranedici may itburnusu. Bu çalarlar ahəngli bir melodiyada birləşərək, məftunedici və ovsunlayan sehrli simfoniya yaradır.
  • Şleyf
    Müşk və ənbər şleyf çalarları ətrə isti və hissiyyatlı dərinlik bəxş edir, sidr isə nəfislik və zəriflik çalarları qatır.

İlkin çalarlar
   • Meyvə çalarları
Yetişmiş meyvələrin şirinliyi və abdarlığı kompozisiyaya təravət və gümrahlıq bəxş edir, iy duyma qabiliyyətini işə salır.
   • Fleur d'orange (portağal çiçəyi)
Yüngüllük və həyatsevərlik hissi bəxş edən, tərkibində təravətli və parlaq sitrus akkordu olan, incə çiçək ətri.
Mərkəzi çalarlar
   • Osmantus
Qaysı və şaftalı qoxusunu xatırladan, şirin və zəngin meyvə ətri. Ətirdə həmçinin çiçəkli aspekt də mövcuddur - zəriflik və lətafət qatan incə çiçək çalarları.
   • Tuberoza
Gur və ballı-şirin, qatı və zəngin tuberoza ətri ətraf fəzanı bürüyür və parlaq iz saxlayır. Güclü və cəlbedici o, tez-tez ekzotika və cinsi cazibə ilə assosiasiya edilir.
   • Nərgiz
Sünbülçiçəyi və jasmin çalarlı tünd yaşıl yarpaqların ətrini xatırladır.
   • Jasmin
Cəlbedici, həyəcanlandıran, şirin jasmin ətri kompozisiyaya hissiyyatlıq və cazibə bəxş edir.
   • May itburnusu
Yüngül çiçək və meyvə vurğuları ilə incə çalar yaz təravəti və zərifliyi ab-havasını yaradır.
Şleyf
   • Ənbər və müşk
Ətriyyata hissiyyatlıq bəxş edir və onu gücləndirir. Dəridə isinərək, ətrin dəri ilə birliyini təmin edir.
   • Sidr
Fəza yaradan, büzüşdürücü oduncaq akkordu çiçəkli çalarları öz ağuşuna alır.

Eurofragance - ətirlərin yaradılması və dünya üzrə satışı üzrə ətriyyat butik-evidir.
Cəmi bir nəsil əvvəl təşkil olunan bu şirkət İspaniyada yerləşir, çoxmədəniyyətli iş qüvvəsinə və qlobal iştiraka sahibdir. Eurofragance uğuru əsasən onun sahibkarlıq ruhu və özünəməxsus biznes fəlsəfəsi ilə bağlıdır.

Kimlər üçün uyğundur?
∙ Onların cəsarətini və həyata qarşı ehtiraslarını ifadə etməyə qadir ətri axtaran qadınlar üçün.
∙ Ətrafdakıları məftun etməyə qadir, maraq oyadan və çoxcəhətli ətirlərə üstünlük verənlər üçün.
∙ Adilik çərçivələrindən kənara çıxmağa və yeni yolları kəşf etməyə hazır olan, özlərinə güvənən qadınlar üçün.
∙ Dərin və zəngin çalarlı çiçəkli ətirləri sevənlər üçün.
∙ Hər bir xırdalıqda belə dəbdəbə və incəliyə dəyər verənlər üçün.

Hər bir flakonda:
   • 4-6 saata qədər
Ətrin davamlılığı.
   • 100% təbii spirtli əsas
Buğda, arpa, çovdardan hazırlanmış (Rusiya bölgələri).
   • 55 ml tamformatlı məhsul
3-5 ay boyu gündəlik istifadə.
   • 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.

Heyvanlar üzərində sınaqdan keçirilmir.

Tətbiq edilmə

Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur.
Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın.

Tərkib

Alcohol (80% vol.), Parfum (Fragrance), Water (Aqua), Citronellol, Linalool, Geraniol, Benzyl Benzoate, Citral, Eugenol, Benzyl Alcohol.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.