• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Demi-Lune Ignis, kişilər üçün ətriyyat suyu

Demi-Lune Ignis, kişilər üçün ətriyyat suyu, 90 ml

Ciel ətirlər kolleksiyası
5.0
Zirvələri fəth etməyə hazır olan kişilər üçün ətir Enerji dolu, cəsarətli və mərd, istənilən vəziyyətdə qüsursuz incə tərzli qalanlar üçün.
Ən parlaq çalarlar: sitrus meyvələri, yaşıl alma, gavalı, darçın, oduncaq akkordu, ənbər, vanil.
Artikul: 425265
Həcm: 90 ml
Qalıb: 15 əd.
79 ₼
69 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Müasir klassika
    Alma və sitrus meyvələrinin təravətini darçın və vanilin istiliyi ilə birləşdirərək, istənilən hal üçün universal ətir yaradır.
  • Uğurun əksi
    Ətir əminlik və məqsədyönlülüyü təsvir edir, mövqe və tərzi vurğulayır.
  • Qüsursuz davamlılıq
    Zəngin əsası (oduncaq akkordu) sayəsində ətir davamlılığını bütün gün boyu saxlayır.
  • Ətir-fəlsəfə
    Boss Bottled Hugo Boss ətrindən xoşunuz gəlirsə, Demi-Lune Ignis seçin.

Uğur üçün dünyaya gələnlərə
Lider təbiətini göstər!

Fəsilə: oduncaqlı, ədviyyəli
İlkin çalarlar: alma, berqamot, darçın, limon
Mərkəzi çalarlar: gavalı, sabahgülü, oduncaq akkordu
Təməl çalarlar: ənbər, benzoin, müşk, vanil

Bu, zamanla ayaq-ayağa addımlayan, keyfiyyətə və tərzə dəyər verən, özünə əmin bir lider üçün ətirdir. Uğura doğru can atan və arzularını gerçəkləşdirməyə hazır olan şəxslər üçün mükəmməldir.

Ətrin xasiyyəti
Mərdlik və uğurun həqiqi rəmzidir, ətir təravətli almanın parlaq akkordu və dinamiklik bəxş edən berqamotun enerji dolu sitrus çalarları ilə açılır.
Kompozisiyanın ürəyində tərzi və zərif üslubu vurğulayan tünd gavalı, ədviyyəli darçın və oduncaqlı aksentlər birləşir.
Ənbər, vanil və benzoinin isti qatranlı örtüyün təməl çalarları kompozisiyanı tamamlayır, ona dərinlik və hissiyyatlılıq, mərdlilik şleyfi bəxş edir.

  • İlkin çalarlar
       • Alma
    Parlaq, gümrahlaşdırıcı və nikbin qoxu - əhval-ruhiyyəni yüksəldir və stressi aradan qaldırır. Onun "cingiltili, xırçıldayan" çalarları qızmar yay günündə sərin duşa bənzəyir.
       • Berqamot
    Eyni zamanda təravətli və kəskin berqamot kompozisiyaya nəcibanə acılıq və koloritli səslənmə bəxş edir.
       • Darçın
    İsti, rahat, bürüyücü. Bu qoxu nikbinliyə kökləyir, qanadlandırır və enerji bəxş edir.
       • Limon
    İynəyarpaq çalarlı misilsiz acımtıl-yaşıl ətir darıxmağa qoymaz və bütün gün boyu sevindirəcək.
  • Mərkəzi çalarlar
       • Gavalı
    Həcmli gözəl səslənməyə malik çox xoş, qatı və kəskin-şirin ətir.
       • Sabahgülü
    Yüngül sitrus çalarları ilə nəcibanə ədviyyəli ton.
       • Oduncaq akkordu
    Günəş şüaları altında qızmış oduncağın istiliyini, torpağın nəm ətrini və ağac qatranlarının məlhəmiliyini ötürür.
  • Şleyf çalarları
       • Ənbər və müşk
    Ətriyyat üslubunu xüsusi hissiyyatlılıq ilə tamamlayır, onu cazibədar və məftunedici edir. Dəridə isinərək, ətrin dəri ilə birliyini təmin edir.
       • Benzoin
    Bu qatranın ətrində aydın şəkildə şirinsov vanilli-qaymaqlı, ədviyyəli, məlhəmi, tüstülü və isti qatranlı çalarlar duyulur.
       • Vanil
    Ədviyyəli, ənbər-oduncaqlı, acıtəhər və hətta bir qədər likörlu ətrə malikdir.

Eurofragance - ətirlərin yaradılması və dünya üzrə satışı üzrə ətriyyat butik-evidir.
Cəmi bir nəsil əvvəl təşkil olunan bu şirkət İspaniyada yerləşir, çoxmədəniyyətli iş qüvvəsinə və qlobal iştiraka sahibdir. Eurofragance ətriyyat evinin uğuru əsasən onun sahibkarlıq ruhu və özünəməxsus biznes fəlsəfəsi ilə bağlıdır.

Kimlər üçündür?
• Öz məqsədlərini bilən və onlara doğru qətiyyətlə addımlayan, özünə güvənən kişilər üçün.
• Zərif zövqə malik, klassik, amma tərzli üslub seçən, dəbli və incə üslublu kişilər üçün.
• Fəallığı və həyatsevərliyi diqqət cəlb edən dinamik və enerji dolu kişilər üçün. O, hərdaim hərəkətdədir və yeni nailiyyətlərə doğru can atır.
• Ambisiyalı və məqsədyönlü biri üçün. O, çətinliklərdən qorxmur və uğura doğru aparan yolda maneyələri aşmağa hazırdır.
• Hissiyyatlı və tərzli biri üçün. O, həyatının hər bir detalında keyfiyyətə və tərzə diqqət yetirir, həmçinin, onun fərdiyyətini və cazibədarlığını vurğulayan ətrin seçimində.

Hər bir flakonda:
   • 6 saata qədər
Ətrin davamlılığı
   • 100% təbii spirtli əsas
Rusiya istehsalı olan buğda, arpa, çovdardan hazırlanıb.
   • 90 ml tamformatlı məhsul
4-6 aya qədər gündəlik istifadə.
   • 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.

Heyvanlar üzərində sınaqdan keçirilməyib.

Tətbiq edilmə

Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın. Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq bir yerdə saxlayın.

Tərkib

Etil spirti (80%), ətriyyat kompozisiyası, su, limonen, hidroksisitronellal, sitronellol, heksilsinnamal aldehidi, linalool, sitral, heraniol, izoevgenol.

(INCI): Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Linalool, Limonene, Citral, Citronellol, Eugenol, Geraniol, Cinnamal, Benzyl Benzoate, Isoeugenol.

Rəylər
5/5
1 qiymətləndirmə
5
4
3
2
1
Pİ
16 yanvar 2026
Paşayeva İlhame

Çox gözəl iydi var əla!