Dəniz təravətinin enerjisi
İrəli - azadlığa və sərgüzəştlərə doğru
Fəsilə: təravətli, sitrus
İlkin çalarlar: dəniz akkordu, aromatik çalarlar, limon, naringi
Mərkəzi çalarlar:: neroli, akvatik akkord, meyvə çalarları, oduncaqlı çalarlar
Təməl çalarlar: ənbər, mamır, müşk
Mineral-akvatik və duzlu çalarlar ilə zənginləşdirilmiş təravətli sitrus ətri sizi və hisslərinizi təravətin yeni ölçüsünə köçürür.
Ətrin xasiyyəti
Ətir azadlıq və sərgüzəştlər ruhunun mücəssəməsidir.
Kompozisiya ifadəli dəniz akkordu, ətirli otlar və gümrahlaşdırıcı sitrus çalarları ilə açılır.
Ürəyində - akvatik akkord ilə birləşən təravətli və zərif neroli, həyatsevərlik və parlaqlıq bəxş edir.
Ənbər, oduncaq və palıd mamırının təməl çalarları, dərin və davamlı şleyf yaradaraq, möhkəmliyi və mərdliyi təcəssüm edir.
Eurofragance - ətirlərin yaradılması və dünya üzrə satışı üzrə ətriyyat butik-evidir.
Cəmi bir nəsil əvvəl təşkil olunan bu şirkət İspaniyada yerləşir, çoxmədəniyyətli iş qüvvəsinə və qlobal iştiraka sahibdir. Eurofragance ətriyyat evinin uğuru əsasən onun sahibkarlıq ruhu və özünəməxsus biznes fəlsəfəsi ilə bağlıdır.
Kimlər üçündür?
• Müasir və dəbli kişi üçün. O, zərif tərzə və qüsursuz xarici görünüşə dəyər verir.
• Fəal və enerji dolu kişi üçün. O, fəal həyat tərzinə və parlaq təəssüratlara üstünlük verir.
• Təbiətə və təravətə dəyər verənlər üçün. O, açıq havada vaxt keçirməyə, dəniz küləyindən zövq almağa və ciyər dolusu nəfəs almağa xoşlayır.
• Özünə güvənən və sərbəst biri üçün. Onun güclü xasiyyəti var, o, öz məqsədlərinə nail olmağa can atır.
• Hissiyyatlı və cazibədar biri üçün. O, təbii cazibədarlığa və xarizmaya malikdir - ətrin misilsiz qoxusu ilə birləşmədə, dəyişməz olaraq, təəssürat bəxş edir və ətraf insanların diqqətini cəlb edir.
Hər bir flakonda:
• 6 saata qədər
Ətir davamlılığı.
• 100% təbii spirtli əsas
Rusiya istehsalı olan buğda, arpa, çovdardan hazırlanıb.
• 90 ml tamformatlı məhsul
4-6 aya qədər gündəlik istifadə.
• 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.
Heyvanlar üzərində sınaqdan keçirilməyib.
Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın. Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq bir yerdə saxlayın.
Etil spirti (80%), ətriyyat kompozisiyası, su, linalool, limonen, alfa-izometil ionon, benzil salisilat, heraniol, sitral, sitronellol, evgenol.
(INCI) / Ingredients: Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Linalool, Limonene, Alpha-Isomethyl Ionone, Benzyl Salicylate, Geraniol, Citral, Citronellol, Eugenol.