Nar fermentləri yumşaq şəkildə cilalanmanı təmin edir, ölü dəri hüceyrələrini çirklənmələr və dəri piyi artıqları ilə birlikdə parçalayır və təmizləyir. Polifenollar və vitaminlər ilə zəngin nar cövhəri dərini sıxlaşdırır, nəmləndirir və canlandırır, üz rəngini təravətli və bərabər edir. 7 bitki cövhərindən ibarət MULTI FEEL® kompleksi susuzlaşmanın qarşısını alır və intensiv şəkildə nəmləndirir, lipid səddi bərpa edir, həssas dərini sakitləşdirir, canlandırır və dəri tonunu bərabərləşdirir.
• Dərinin şığa qarşı həssaslığını artırmır, buna görə də il boyu istifadə üçün uyğundur.
• Hətta qıcıqlanmış dəri üçün də uyğundur, çünki, daha aqressiv turşu məhsullarından fərqli olaraq, "canlı" hissəciklərə toxunmadan, yalnız buynuzlaşmışlara təsir edir.
• Nar fermentləri dəri piyini tənzimləmək təsirinə malikdir, bu da yağlı dəriyə müsbət təsir göstərir.
• Müxtəlif mənşəli piqmentasiyanın və akne sonrası ləkələrin şəffaflaşmasına kömək edir.
Təmiz dəriyə nazik qatla çəkin, 7-10 dəqiqə saxlayın. Pilinqi bol miqdarda isti su ilə yuyun. Həftədə 1-2 dəfə istifadə edin.
Faydalı inqrediyentlər: laktobakteriyalar / nar meyvələrinin fermentli cövhəri, betain, nar meyvələrinin cövhəri, asiya sentellası, baykal başlıqotu və adi zirinc kökünün cövhərləri.
(INCI): Aqua, Lactobacillus/Punica Granatum Fruit Ferment Extract, Carbomer, Polysorbate-20, Benzyl Alcohol, Glycerin, Sodium Hydroxide, Glyceryl Laurate, Leuconostoc/Radish Root Ferment Filtrate, Betaine, Punica Granatum Fruit Extract, Rhaponticum Carthamoides Root Extract, Scutellaria Baicalensis Extract, Eleutherococcus Senticosus Extract, Centella Asiatica Leaf Extract, Scutellaria Baicalensis Root Extract, Hylocereus Undatus Fruit Extract, Camellia Sinensis Leaf Extract, Glycyrrhiza Glabra Root Extract, Berberis Vulgaris Root Extract, Rosmarinus Officinalis Leaf Extract, Polyglycerin-6, Propanediol, Sodium Benzoate, Potassium Sorbate, Parfum.