• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Ağardıcı üz maskası

Ağardıcı üz maskası, 50 ml

Siberian Wellness
Şəffaflaşdırıcı təsirə malik gecə maskası piqment ləkələrin intesivliyini azaltmağa, dəri tonunu və teksturasını bərabərləşdirməyə kömək edir.
Artikul: 425385
Həcm: 50 ml
Qalıb: 100+ əd.
14,3 ₼
12.4 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

Müntəzəm tətbiq edilkdə, niasinamid və alfa-arbutin ilə gecə maskası melaninin həddindən artıq ifrazının qarşısını alır, şəffaflaşdırıcı təsirə səbəb olur, piqment ləkələrin intensivliyini azaltmağa, dəri tonunu və teksturasını bərabərləşdirməyə kömək edir, kollagen sintezini fəallaşdırır və nəmlənmənin optimal səviyyəsini dəstəkləyir.

  • Niasinamid - olduqca təmizlənmiş vitamin B3 - dərinin hüceyrə səviyyəsində yenilənməsinə görə cavabdeh olan, yeni nəsil kosmetik vasitələrin fəal tərkib hissəsidir. Dərinin elastikliyini artırır, yaşla əlaqədar ləkələrdən, çillərdən və akne nəticələrindən qurtulmağa kömək edir, dərinin rəngini və teksturasını bərabərləşdirir.
  • Alfa-arbutin melanin istehsalını təsirli şəkildə yatırır, hormonal qeyri-tarazlıq, uzun müddət günəşdə qalmaq və ya yaşlanma nəticəsində yaranan çilləri və piqment ləkələri ağartmağa qadirdir, immuniteti artırır, dəriyə antiseptik və iltihab əleyhinə təsir göstərir.
  • Allantoin - nəmləndirici və yumşalıdıcı xüsusiyyətlərə malik olduqca güclü antioksidant, ölmüş hüceyrələrin aşınmasına, zədələnmiş və qıcıqlanmış dərinin sürətli bərpasına kömək edir.

Nail olunan nəticəni uzun müddət saxlamağa günəşdən müdafiə üçün kremlər kömək edir. Gündüz saatlarında, xüsusilə də yayda, aydın və isti havada onlardan mütləq istifadə etmək lazımdır.

Maskanı boyun, dekolte nahiyəsi və əllər üçün istifadə etmək olar.

Tətbiq edilmə

Axşam təmiz dəriyə nazik qatla çəkin, 30 dəqiqə saxlayın. Qalıqlarını salfetlə təmizləyin. Yumayın. Daha intensiv təsir üçün hər axşam istifadə edin (kurs müddəti - 30 gün).

Tərkib

Faydalı inqrediyentlər: niasinamid, alfa-arbutin, allantoin, betain, asiya sentellası, baykal başlıqotu və adi zirinc kökünün cövhərləri.

Tərkib: su, qliserin, setearil spirt, qarğıdalı rüşeymlərinin yağı, niasinamid, stearin turşusu, arbutin, palmitin turşusu, qliserilstearat, benzil spirt, turpəng toxumlarının yağı, allantoin, betain, saflorabənzər rapontikum kökünün cövhəri, baykal başlıqotu cövhəri, tikancıqlı eleuterokokk cövhəri, asiya sentellası yarpaqlarının cövhəri, baykal başlıqotu kökünün cövhəri, əjdaha meyvəsi (pitaya) cövhəri, çin kameliyası (çay) yarpaqlarının cövhəri, şirin biyan kökünün cövhəri, adi zirinc kökünün cövhəri, dərman rozmarini yarpaqlarının cövhəri, tokoferol, poliqliseril-6, propandiol, natrium poliakrilatı, qliserillaurat, natrium hidroksidi, ətirləndirici.

(INCI): Aqua, Glycerin, Cetearyl Alcohol, Zea Mays Germ Oil, Niacinamide, Stearic Acid, Arbutin, Palmitic Acid, Glyceryl Stearate, Benzyl Alcohol, Brassica Campestris Seed Oil, Allantoin, Betaine, Rhaponticum Carthamoides Root Extract, Scutellaria Baicalensis Extract, Eleutherococcus Senticosus Extract, Centella Asiatica Leaf Extract, Scutellaria Baicalensis Root Extract, Hylocereus Undatus Fruit Extract, Camellia Sinensis Leaf Extract, Glycyrrhiza Glabra Root Extract, Berberis Vulgaris Root Extract, Rosmarinus Officinalis Leaf Extract, Tocopherol, Polyglycerin-6, Propanediol, Sodium Polyacrylate, Glyceryl Laurate, Sodium Hydroxide, Parfum.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.