İlk baxışdan sevgi
Çoxcəhətli Nuage
Ətir, cəsur və ünsiyyətli, məqsədyönlü və özünə əmin insanlara mükəmməl yaraşır. Həmin o əminliyiniz çatışmırsa, Nuage ətrinə güvənin, o, sizə güc və qətiyyət bəxş edəcək özü də tamamilə təngə gətirmədən, alicənab şəkildə.
Bu ətriyyat kompozisiyası o qədər çoxcəhətlidir ki, yaşından və məzacından asılı olmayaraq, hər bir qadın onda öz eksklüziv, yalnız ona aydın olan nüansı tapacaq. Lakin bu ətrin bütün pərəstişkarlarını bir məqam birləşdirir - İlk tanışlıqdan Nuage ətrinə sevgi.
Nuage ətirli dəbdəbə buludu
Ətrin portreti
Başlanğıcda ətir qəmzəli freziya gülünün təravətli notları ilə qarışmış qırmızı istiotun ədviyyəli acılığı ilə açılır.
Mərkəzi çalarlar jasmin, hibiskus və qızılgüldən ibarət alicənab-təmkinli gül dəstəsi ilə özünə cəlb edir. Ətrin tam ürəyində isə - kompozisiyanı təkrarolunmaz ləziz darçın və vanil ətirləri ilə bəzəyən incə günçiçəyi yer alır.
Şleyfdə - gül dəstəsini məxməri dəri yarımçalarlı şirinlik ilə xəfifcə vurğulayan isti oduncaqlı nüanslar.
Nuage - möhtəşəm ətirdir, müasir qadının çoxtərəfli siması kimi misilsiz və gözlənilməz.
Fəsilə: çiçəkli-oduncaqlı
İlkin çalarlar: qırmızı istiot, freziya
Mərkəzi çalarlar: günçiçəyi, jasmin, hibiskus toxumlarının yağı, efir qızılgül
Təməl çalarlar: sidr, müşk, səndəl
• Hibiskus
Hündürlüyü bir yarım metrə çatan həmişəyaşıl kol. Hibiskusun vətəni - Hindistandır. Hibiskusu bir çoxları, ətri tamamilə açılsın deyə uzun müddət qaranlıq yerdə saxlanılmalı olan çaxır ilə müqayisə edir. Bu bitki də dərhal nəfis ətrin tərkibinə daxil olmağa hazır deyil.
Sən demə, buxar distilləsi yolu ifraz edilən efir yağ qoxuya malik deyil. Qoxu yalnız uzun müddət saxlandıqdan sonra yaranır. Bu çoxşahəli ətir eyni zamanda həm çiçək, həm oduncaq, həm ədviyyat, həm müşk və çaxır ətridir, lakin hər zaman xoş və zəngindir.
Hibiskus çalarlı ətirləri fərqləndirən cəhət - onlar afrodiziaklar kimi təsir göstərərək, əks cinsi cəlb edir, axı bu ətir hormonların ifrazını fəallaşdırır. Təsadüf deyil ki, bu bitki universaldır - o, eyni dərəcədə uğurla həm qadın, həm də kişi ətriyyatının yaradılmasında istifadə edilir.
• Günçiçəyi
Kim bilə bilərdi ki, bu təvazökar çiçək qədim zamanlarda sədaqət və əbədi sevgi rəmzi hesab edilirdi? XVIII əsrdə o, ilk baxışdan kübar cəmiyyətə aid xanımların ürəklərini fəth edir, sevgili qadın üçün ən yaxşı hədiyyələrdən biri hesab edilirdi, romanlarda onun adını çəkir, hətta ona sehrli xüsusiyyətlər də isnad edirdilər. Bugün də günçiçəyinə xeyli diqqət ayırırlar: o, dizaynerləri, rəssamları, ətriyyatçıları ilhamlandırır, və tez-tez kompozisiyalarda əsas olmasa da, ən vacib çalarlardan biri olur. Peru günçiçəyinin hamaşçiçəkləri müxtəlif ləziz ətirlər ilə müqayisə edilən çoxtərəfli, dərin ətrə malikdir: badam qırıntıları ilə qaymaqlı pirojna, qaymaqlı krem ilə gilənarlı piroq, çalınmış qaymaq ilə marsipan, yasəmənli vanilli bişmiş krem.
Daha peşəkar nöqteyi-nəzərdən günçiçəyinin qoxusunu təsvir etsək, onu xəfif ədviyyəli mixək çalarları və südlü-badamlı vurğular ilə çiçəkli-məlhəmi ətir kimi səciyyələndirmək olar.
Ətirlərdə günçiçəyi digər çiçək notları ilə çox gözəl uyğunlaşır, həmçinin müşk, oduncaq, ənbər, paçuli, çəhrayı istiot çalarları ilə mükəmməl şəkildə ahəng yaradır. Günçiçəyi çalarlı ətirlərə, daxilində tez-tez cəlbedici ləziz-şərqi vurğular hiss olunan, isti, məxməri səslənmə xasdır.
• Səndəl
Nəfis səndəl ətriyyatda - ətriyyat suyuna xüsusi dərinlik və davamlılıq bəxş edən ən dəyərli aroma-komponentlərdən biridir.
Efir yağını səndəl ağacından - gözəl oduncağa və səciyyəvi zərif-qaymaqlı ətrə malik həmişəyaşıl tropik bitkidən - əldə edirlər.
Səndəl ilə ətirlər nəfis, zərif və bir qədər kəskin səslənmə ilə fərqlənir.
İsidən, səciyyəvi oduncaq çalarlı, şirinlik damlaları və duyulan müşk notlu səndəl qoxusu ətrə mürəkkəblik və dərinlik bəxş edir. Bundan savayı, səndəl qoxulu ətir çox güclü afrodiziak hesab edilir: bu cür ətirlər təxəyyülü oyadır, hissiyyatı kəşf etməyə və həqiqətən cazibədar bir üslub yaratmağa kömək edir.
Kimlər üçündür?
- Daxilində bir sirr gizlədən və hər dəfə şəxsiyyətinin yeni cəhətlərini büruzə verən xanımlar üçün. Belə bir qadın hər zaman maraq oyadır və öz kişisini qeyri-adiliyi və gözəlliyi ilə fəth edir.
- Dəbli klassik ətir bir çox qadınların zövqünə uyğun olacaq, bu səbəbdən o, mükəmməl hədiyyə ola bilər.
Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur.
Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın.
(INCI): Alcohol (80% vol.), Parfum (Fragrance), Water (Aqua), Linalool, Alpha-Isomethyl Ionone, CI 14720, CI 19140.