• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Sibir çaqası, təbii profilaktik diş məcunu

Sibir çaqası, təbii profilaktik diş məcunu, 75 ml

Diş məcunları
Çaqa cövhəri və hidroksiapatit ilə remineralizasiya edici diş məcunu diş minasını möhkəmləndirir, kariyesdən müdafiə edir, diş ətinin qayğısına qalır və tənəffüsə uzunmüddətli təravət bəxş edir. Uzun illər boyu qüsursuz təbəssüm!
Artikul: 425534
Həcm: 75 ml
Qalıb: 100+ əd.
8,4 ₼
7 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Təbii formul
İnqrediyentlər 98,3% təbii mənşəlidir - çaqa cövhəri, hidroksiapatit, nanədən mentol və bitki efir yağları.
Remineralizasiya və kariyesdən müdafiə
Hidroksiapatit diş minasını bərpa edir və həssaslığı azaldır, çaqa cövhəri isə bakteriyaların qarşısını alır və turşuları neytrallaşdırır.
Diş əti sağlamlığının dəstəklənməsi
Möhkəm diş ətləri üçün kompleks qulluq. Çaqa cövhəri və nanə və rozmarin efir yağları toxumaları möhkəmləndirməyə, iltihabları azaltmağa kömək edir, nəfəsə təravət bəxş edirlər.
Zədəsiz qayğılı təmizləmə
Silisium dioksidi əsasında yumşaq abraziv sistem, diş minasını zədələmədən, zərif şəkildə diş ərpini və daşını təmizləyir. Həssas dişlər üçün mükəmməl seçim.
Dişlərin sağlamlığına şüurlu yanaşma Təbiətin gücü, sübut edilmiş nəticə!
Dişlərin və diş ətinin sağlamlığı - bizim gündəlik rahatlığımızın və əminlik hissimizin təməlidir. Çaqa cövhəri və hidroksiapatit ilə remineralizasiyaedici diş məcunu təbii komponentləri və müasir texnologiyaları birləşdirən səmərəli zərif qulluq təklif edir. Formul diş minasının bərpasına, həssaslığın azalmasına və kariyesdən müdafiəyə səbəb olur, çaqa göbələyinin və efir yağların iltihabəleyhinə xüsusiyyətləri isə diş ətinin sağlamlığını dəstəkləyirlər. Səmərəlilik tədqiqatlar ilə təsdiq edilib: "Sibir Çaqası" təbii diş məcununun müntəzəm istifadəsinin cəmi bir ayı ərzində diş minası və diş ətlərinin vəziyyəti olduqca yaxşılaşır.
Təbiətin saflığı, elmin gücü
Sinergiya fəaliyyətdə!
Ağız boşluğuna səmərəli kompleks qulluq - təbii komponentlərin və innovativ formulların biri birini tamamlayan təsiri sayəsində.
Diş minasının remineralizasiyası
Kalsium hidroksiapatiti mikro-çatları doldurur, diş minasının strukturunu bərpa edir və dişlərin həssaslığını azaltmağa kömək edir.
Kariyesdən müdafiə
Çaqa cövhəri və efir yağları kariyes əmələ gətirən bakteriyaların azalmasına, turşuların neytrallaşmasına və qoruyucu səddin yaradılmasına səbəb olur.
Diş əti sağlamlığının dəstəklənməsi
Çaqa cövhəri iltihabəleyhinə təsirə malikdir, nanə və rozmarin efir yağları isə diş əti toxumalarına möhkəmləndirici və canlandırıcı təsir göstərir.
Həssaslığın azalması
Kalium sitratı ağrı impulslarının ötürülməsinin qarşısını alır, hidroksiapatit isə diş toxumalarının daxildən möhkəmlənməsinə səbəb olur.
Qayğılı şəkildə təmizləmə
Silisium əsaslı yumşaq abraziv sistem, diş minasını və ətini zədələmədən, səmərəli şəkildə ərpi aradan qaldırır.
Sübut olunmuş təsirlilik
Aparılan tədqiqatlar təsdiqləyir: "Sibir çaqası" diş məcunundan istifadənin 4 həftəsi ərzində remineralizasiyaedici təsirlilik - 2,9 dəfə, kariyes əleyhinə təsirlilik isə 4,7 dəfə artıb*.
* Akademik İ. P. Pavlov adına İSPDTU profilaktik stomatologiya kafedrası tərəfindən keçirilən diş məcununun təsirliliyinə dair klinik sınaqların nəticələrinə əsasən
Kimlər üçündür?
  • Ağız boşluğuna təbii qulluq axtaranlar üçün.
  • Dişlərin həddindən artıq həssaslığından əziyyət çəkənlər üçün.
  • Kariyes problemi ilə tez-tez diş həkiminə müraciət edənlər üçün.
  • Diş əti ilə bağlı problemlər yaşayanlar, diş əti qanamasını və diş əti iltihabının əlamətlərini müşahidə edənlər üçün.
  • Kariyesin profilaktikasına ehtiyac duyanlar üçün.
  • Təravətli nəfəsin qayğısına qalanlar üçün.
Tərkib

(INCI): Aqua / Water, Sorbitol, Hydrated Silica, Cellulose Gum, Hydroxyapatite Сalcium (nano), Sodium Lauroyl Sarcosinate, Calcium Pantothenate, Xanthan Gum, Menthol, Potassium Citrate, Inonotus Оbliquus (Birch Polypore) Extract, Rosmarinus Officinalis (Rosemary) Leaf Oil, Mentha Arvensis Leaf Oil, Sodium Benzoate, Aroma, o-Cymen-5-ol, Sodium Saccharin, Limonene.

İstifadəsi
Dişləri və onlara yanaşıq diş ətini gündə iki dəfədən az olmayaraq təmizləyin.
Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.