• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Dino Dent - ksilitol tərkibli uçaq diş məcunu "Şaftalı"

Dino Dent - ksilitol tərkibli uçaq diş məcunu "Şaftalı", 50 ml

Diş məcunları
Yosunlardan əldə edilmiş kalsium, inulin prebiotiki və ksilitol (10%) ilə təhlükəsiz və təbii diş məcunu ağız boşluğunun kompleks gigiyenası üçün yaradılıb. Təbii formul kariyesin profilaktikasına səbəb olur, diş minasını möhkəmləndirir və yumşaq şəkildə cilalayır. Zərif şaftalı dadı hətta ən şıltaq balacanın xoşuna gələcək!
Artikul: 425758
Həcm: 50 ml
Qalıb: 8 əd.
8,4 ₼
7 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Olduqca təhlükəsiz
    Formulun tərkibində ftor, xlorheksidin və aqressiv SFM-lər mövcud deyil. Məcunun tərkibinə yumşaq abraziv maddələr və uşaq dişlərinin həddindən artıq həssas minasının müdafiəsi üçün təbii fəal maddələr daxildir.
  • Diş minasının təbii dəstəklənməsi və mineralizasiyası
    Yosunlardan əldə edilən orqanik kalsium süd və azı dişlərinin həssas minasını möhkəmləndirir və onu xarab olmaqdan müdafiə edir.
  • Ərp və bakteriyalardan etibarlı müdafiə
    Ksilitol (10%), çobanyastığı çiçəklərinin suyu və maqnoliya cövhəri ağız boşluğunu təravətləndirir, kariyesin və diş daşının yaranmasının qarşısını almağa kömək edir.

Dino Dent
Hər bi balaca dişin müdafiəsində!
Ağız boşluğu sağlamlığının təməlində 85-90% əsaslı gigiyena durur, və onu olduqca tez başlamaq lazımdır. Vitamama komandası məsələnin dadlı, təbii və təsirli həllini təklif edir - o, süd dişləri quruluşunun xüsusiyyətlərini nəzərə alır və, üç yaşından başlayaraq, bütün uşaqlar üçün uyğundur.

   • Uşaqlar üçün təhlükəsizdir
Dino Dent diş məcunlarının tərkibində ftor, parabenlər, SLES, triklozan, xlorheksidin, sintetiq boyaq maddələri və ətirləndiricilər, PEQ, neft emalı məhsulları mövcud deyil.
   • Kariyesin profilaktikası və bakteriyalardan müdafiə
Səmərəliliyi təsdiq edilmiş faydalı maddələr uşaq diş məcunun qarşısında duran əsas məsələləri həll edir: ağız boşluğunun gündəlik gigiyenası dəstəkləyir, kariyes əmələ gətirən bakteriyaların qarşısını alır, və həssas minanı xarab olmaqdan qoruyur.
   • Gəl, dinozavr kimi "R-r-r-r-r" edək!
Xoş dadlar (karamel və şaftalı) və cəlbedici dino-dizayn gündəlik diş təmizlənməsini bir iyuna çevirəcək. Fantaziyanızı işə salın və körpəniz ilə birlikdə yeni maraqlı dünyanı kəşf edin!

Düzgün tərkibli uşaq diş məcunu

  • Yumşaq abraziv
    Təbii silisium (silisium dioksidi) həssas uşaq diş minası üçün mükəmməl şəkildə uyğundur, dişlərin təmizlənməsi zamanı onun zədələnməsini istisna edir.
  • Bakteriyalardan müdafiə
    Ksilitol (10%) kariyes əmələ gətirən Streptococcus mutans bakteriyaların antaqonistidir. O, kariyesin yaranmasının qarşısını almaqla yanaşı, artıq zədələnmiş dişlərin vəziyyətini yaxşılaşdırır. Çobanyastığı çiçəklərinin suyu və maqnoliya cövhəri ksilitolun təsirini gücləndirir, iltihabı və qıcıqlanmanı aradan qaldırmağa kömək edir.
  • Diş minasının mineralizasiyası
    Yosunlardan əldə edilən orqanik kalsium süd dişləri minasının möhkəmlənməsinə kömək edir, onun nazilməsinin qarşısını alır.
  • Ağız boşluğu mikroflorasının dəstəklənməsi
    İnulin prebiotiki faydalı bakteriyaları qidalandırır və patogen bakteriyaların artmasının qarşısını alır. Xoşagəlməz qoxunu azaldır.
  • Təhlükəsiz ətirləndiricilər
    Uşaq diş məcunlarının tərkibinə yalnız uşaqlara icazə verilən, təhlükəsiz qida ətirləndiriciləri daxildir.

   • Ksilitol
Kariyes əmələ gətirən Streptococcus mutans bakteriyaların antaqonistidir. O, kariyesin yaranmasının qarşısını almaqla yanaşı, artıq zədələnmiş dişlərin vəziyyətini yaxşılaşdırır: diş minası tərəfindən mineralların mənimsənməsini olduqca sürətləndirir. Təsirli qatılıqda olan ksilitol (10%) kariyesi yaradan bakteriyalara qarşı sübut edilmiş fəallığa malikdir.
   • Silisium dioksidi
Yumşaq abraziv təbii mənşəyi haqqında sertifikata malikdir. Təmizlənmə zamanı diş minasının zədələnməsini istisna edir. Həssas diş minası üçün uyğundur.
   • Lithothamnium yosunundan əldə edilən Smalterol orqanik kalsiumu
Bioloji əlverişli kalsium diş minasını möhkəmləndirir və minerallaşdırır.
   • İnulin
Ağız boşluğu mikroflorasının balansını bərpa edir, faydalı bakteriyaları qidalandırır və patogen bakteriyaların artmasının qarşısını alır. Xoşagəlməz qoxunu azaldır.
   • Çobanyastığı və sürvə güllərinin suyu
Qıcıqlanmanı aradan qaldırmağa və diş əti iltihabının profilaktikasına kömək edir, ağız boşluğunun yerli immunitetini dəstəkləyir.
   • Maqnoliya cövhəri
Maqnoliya cövhəri iltihabəleyhinə təsir göstərir, kariyesə və xoşagəlməz ağız qoxusuna səbəb olan bakteriyalardan müdafiə edir.

Ana-ataların nəzərinə
Süd dişləri azı dişlərindən daha kövrəkdir, axı onların minası daha nazikdir. Və, təəssüf ki, onlar həmçinin kariyesə qarşı daha zəifdir. Bu səbəbdən ağız boşluğuna qulluğu ilk dişdən başlamaq lazımdır (sıradaki arxa dişləri unutmayın!) Üç yaşdan sonra stomatoloqda peşəkar təmizlənməyə etinasızlıq etməyin.

Kimlər üçündür?
Üç yaşdan sonra uşaqlar üçün.

Hər qablaşdırmada:
   • 99% təbii komponentlər
3+ uşaqlar üçün təhlükəsiz tərkib
   • 10% ksilitol
Kariyes əmələ gətirən Streptococcus mutans bakteriyaların antaqonistidir.

Məhsul heyvanlar üzərində sınaqdan keçirilməmişdir. Ftorsuz.

Tətbiq edilmə

Dişləri və onlara yanaşıq diş ətini gündə iki dəfədən az olmayaraq təmizləyin.

Diş məcunu tədricən rəngini dəyişə bilər, çünki onun tərkibində süni boyaq maddələri və rəng gücləndiriciləri yoxdur. Təsadüfən udulduqda təhlükəsizdir. Stomatoloqlar tövsiyə edir ki, məktəb yaşına qədər uşaqlar dişlərini təmizlədikdə, böyükər onların yanında olmalıdır. Arzuolunandır ki, valideynlər, uşağın 9-10 yaşı olana qədər ona dişlərini tam təmizləməyə kömək etsinlər.

Məhsulun 3 yaşdan başlayaraq uşaqların istifadəsinə icazə verilib.

Tərkib

Fəal maddələr: ksilitol 10%, orqanik kalsium, inulin, roma çobanyastığının hidrolatı, sürvə hidrolatı, maqnoliya cövhəri.

Tərkib: su, sorbitol, hidrotasiya edilmiş silisium dioksidi, ksilitol, bitki mənşəli pentilenqlikol, natrium lauril sarkosinat, karboskimetilsellüloz, dəniz yosunlarının minerallaşdırılmış cövhəri (orqanik kalsium), inulin, tripotasium sitratı, roma çobanyastığının hidrolatı, sürvə hidrolatı, qida ətirləndiricisi, maqnoliya cövhəri, izopropilmetilfenol, portağal efir yağı, benzil spirti, dehidrosirkə turşusu, limonen.

(INCI): Aqua, Sorbitol, Hydrated Silica, Xylitol, Pentylene Glycol, Sodium Lauroyl Sarcosinate, Cellulose Gum, Lithothamnion Calcareum Powder, Inulin, Potassium Citrate, Anthemis Nobilis Flower Water, Salvia Officinalis Leaf Water, Aroma, Magnolia Officinalis Bark Extract, O-Cymen-5-Ol, Citrus Aurantium Dulcis Oil, Benzyl Alcohol, Dehydroacetic Acid, Limonene.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.