• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Bədən üçün qidalandırıcı krem

Bədən üçün qidalandırıcı krem, 250 ml

Siberian Wellness
Çaytikanı yağı ilə bədən üçün krem dərinin hidro-lipid müvazinətinin bərpasına səbəb olur, dərinin elastikliyini və hamarlığını təmin edir, onu qidalandırır və yumşaldır. Tez hopur, paltarda yağlı izlər saxlamır.
Artikul: 427264
Həcm: 250 ml
Qalıb: 100+ əd.
18,9 ₼
16.4 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

Çaytikanı yağı, bitki hidrolatları və cövhərləri ilə bədən üçün ətirli krem dərini intensiv şəkildə qidalandırır, onun lipid müvazinətini saxlayır, tonusunu və sağlamlığını dəstəkləyir.

Tarazlaşdırılmış formul zərif şəkildə günbəgün dərinin qayğısına qalır!

  • Çaytikanı yağı poli-doymamış yağlı turşular, karotin və vitaminlər ilə zəngindir. Quruluq və qabıqlanma əlamətlərini aradan qaldırmağa kömək edir, dəriyə zəriflik, təbii hamarlıq və baxımlı görünüş bəxş edir.
  • Yunan qozu yağı - rekord miqdarda güclü antioksidant olan E vitamini mənbəyidir. Tərkibində yüksək miqdarda doymamış yağ turşularının olması sayəsində o, yerli immunitetin güclənməsinə, daha sağlam xarici görünüşə və dərinin xoş məxməriliyinə səbəb olur.
  • Virciniya ardıcının efir yağı yağlı və problemli dəriyə qulluq üçün mükəmməldir, yetkin dəri üçün tövsiyə olunur. Bərpaedici təsir göstərir, kuperoz və ekzemalar zamanı dərinin xarici görünüşünün yaxşılaşmasına səbəb olur.
Tətbiq edilmə

Az miqdarda vasitəni yüngül masaj hərəkətləri ilə təmiz dəriyə tam hopana kimi çəkin.

Tərkib

Faydalı inqrediyentlər: çaytikanı yağı, yunan qozu yağı, ardıc efir yağı, hamamelis və solmazçiçəyi hidrolatları, bitki cövhərləri kompleksi: asiya sentellası, əjdaha meyvəsi (qırmızı pitaya), çay kolu, biyan, zirinc, rozmarin.

(INCI): Aqua, Cetearyl Alcohol, Caprylic/Сapric Triglyceride, Butyrospermum Parkii Butter, Juglans Regia Seed Oil, Glycerin, Hydroxyethyl Urea, Glyceryl Stearate, Potassium Cetyl Phosphate, Hippophae Rhamnoides Oil, Tocopheryl Acetate, Hamamelis Virginiana Water, Helichrysum Italicum Flower Water, Allantoin, Arginine, Centella Asiatica Leaf Extract, Scutellaria Baicalensis Root Extract, Hylocereus Undatus Fruit Extract, Camellia Sinensis Leaf Extract, Glycyrrhiza Glabra Root Extract, Berberis Vulgaris Root Extract, Rosmarinus Officinalis Leaf Extract, Propanediol, Polyglycerin-6, Juniperus Communis Wood Oil, Xanthan Gum, Carbomer, Chlorphenesin, Benzyl Alcohol, Dehydroacetic Acid, Phenoxyethanol, Ethylhexylglycerin, Parfum, Hexyl Cinnamal, Dimethyl Phenethyl Acetate, Hexamethylindanopyran, Linalyl Acetate, Linalool, Trans-Rose Ketone-3, Vanillin, Pinene.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.