Dərinizin cavanlaşması üçün güclü formul. Xüsusi peptid kompleksi, hidrolizə olunmuş dəniz kollageni və niasinamid qırışlar, dəri tonusunun azalması, qeyri-bərabərlik və solğun dəri tonu kimi yaşlanma əlamətlərini azaltmağa kömək edir. Zərdab dərinin yenilənməsi proseslərini dəstəkləyir, onun elastikliyinin qorunmasına və mikrorelyefinin yaxşlaşmasına səbəb olur.
Dəriyə elastikliyini, üz ovalına isə qətiliyini qaytarırıq
Dəri sıxlığını itirdikdə, dəri tonu solğunlaşdıqda və üz konturlarının qətiliyi azaldıqda, bir neçə istiqamətdə fəaliyyət göstərən yaşlanma əleyhinə qulluq kömək edir.
Multipeptidli zərdab-buster dərinin elastikliyini dəstəkləyir, yaşlanma əlamətlərinin azalmasına və mikrorelyefin yaxşılaşmasına səbəb olur. Dəri daha hamar, təravətli olur və daha dolğun görünür.
• Multipeptid kompleks WKPep® SRMPeptides
Beş peptidin kombinasiyası bir neçə yaşlanma əleyhinə istiqamətdə fəaliyyət göstərir: qırışların ifadəliliyini azaltmağa, dərinin elastikliyini artırmağa və onun mikrorelyefini hamarlaşdırmağa kömək edir.
Tədqiqatların nəticələrinə görə, 4 həftəlik istifadədən sonra qırışların orta dərinliyi 10,4% azalır*, ilk nəzərəçarpan dəyişikliklər isə artıq 7 gündən sonra müşahidə olunur. Bundan əlavə, kompleks I tip kollagenin sintezini 77,4%-dək artırmağa* və dərinin kollagen karkasını parçalayan ferment olan MMP-1-in aktivliyini azaltmağa kömək edir.
• 5% niasinamid
Vitamin B3-ün aktiv forması olan niasinamid effektiv konsentrasiyada dəri tonunu bərabərləşdirməyə, solğunluq əlamətlərini azaltmağa və dəri baryerini dəstəkləməyə kömək edir. Niasinamid hüceyrələrin enerji proseslərində iştirak edir, dərinin stress faktorlarına daha yaxşı müqavimət göstərməsinə kömək edir və onun daha təravətli və parlaq görünüşünü dəstəkləyir.
Tədqiqatların nəticələrinə görə, formulda 5% niasinamidin olması 4 həftə ərzində dəri baryerinin göstəricilərini 10% yaxşılaşdırmağa* kömək edir.
• Hidrolizə olunmuş dəniz kollageni
Dərini kollagen oliqopeptidləri ilə təmin edir və onun elastikliyinin, eləcə də komfortlu nəmlik səviyyəsinin qorunmasına kömək edir. Dərinin hamar, yumşaq və vizual olaraq dolğun görünüşünü dəstəkləyir.
Xammal üzrə aparılan tədqiqatlara əsasən, SeaStars Collagen öz çəkisindən 15 dəfəyə qədər çox nəmi saxlaya və dərinin sıxlığı və elastikliyinə cavabdeh hüceyrələrin aktivliyini in vitro 140,4%-dək* dəstəkləyə bilər.
• Betain, skvalan və qidalandırıcı yağlar
Betain, skvalan, makadamiya və şirin badam yağları nəmi saxlamağa, dərini yumşaltmağa və quruluq hissini azaltmağa kömək edir. Onlar aktiv yaşlanma əleyhinə formulun müntəzəm istifadəsi zamanı komfortu dəstəkləyərək dərinin yumşaq, hamar və qorunmuş qalmasına kömək edir.
Nəticə üçün çalışan beş peptid
zərdabın əsasını WKPep® SRMPeptides çoxpeptidli kompleksi təşkil edir. Beş peptidin kombinasiyası dərinin öz bərpa proseslərini dəstəkləyərək onun daha hamar, elastik və sıx olmasına kömək edir.
Tədqiqatlar nə göstərdi?
WKPep® SRMPeptides kompleksinin istehsalçısı tərəfindən aparılmış in vitro testlərin nəticələrinə əsasən:
• qırışların orta dərinliyi 4 həftə ərzində 10,4% azalır*;
• qırışların ifadəliliyində ilk nəzərəçarpan dəyişikliklər artıq 7 gündən sonra müşahidə olunur*;
• öz I tip kollageninin sintezi 77,4%-dək artır*, bu da dərinin sıxlığını və elastikliyini qorumağa kömək edir;
• MMP-1 fermentinin aktivliyi 72,8% azalır*.
Bu ferment zaman keçdikcə dərinin kollagen liflərini parçalayır. Onun aktivliyi nə qədər yüksək olarsa, dəri elastikliyini bir o qədər tez itirir və qırışlar yaranır. MMP-1 aktivliyinin azalması dərinin təbii kollagen karkasını daha yaxşı qorumasına kömək edir.
Bu, dəri üçün niyə vacibdir?
Yaş artdıqca dəri nəinki yeni kollageni daha yavaş istehsal edir, həm də mövcud kollageni daha sürətlə itirir. WKPep® SRMPeptides eyni zamanda yeni kollagenin yaranmasını dəstəkləməyə və mövcud kollagenin parçalanmasını ləngitməyə kömək edir. Məhz bu xüsusiyyət yaşlanma əleyhinə effektin daha nəzərəçarpan və uzunmüddətli olmasına şərait yaradır.
Kimlər üçün?
• Dərinin elastikliyini itirdiyini hiss edənlər üçün: dərinin sıxlığını, hamarlığını və təravətini bərpa etməyə kömək edir.
• Daha gənc görünüşlü dəri istəyənlər üçün: dərinin elastikliyini və parlaqlığını dəstəkləməyə kömək edir.
• Mürəkkəb qulluq sxemləri olmadan yaşlanma əleyhinə nəticə istəyənlər üçün: zərdab gündəlik qulluğa asanlıqla əlavə olunur.
• Dərisi stress və yaşlanmadan yorulmuş insanlar üçün: komfort hissini və baxımlı görünüşü bərpa etməyə kömək edir.
• Üz konturlarının aydınlığını daha uzun müddət qorumaq istəyənlər üçün: dərinin daha yığcam və hamar görünüşünü dəstəkləyir.
Hər qablaşdırmada:
• Bir aktivdə beş peptid
Dərinin elastikliyini və sıxlığını artırmaq, qırışların ifadəliliyini azaltmaq üçün.
• 5% niasinamid
Dəri tonunu bərabərləşdirmək və onun qoruyucu baryerini dəstəkləmək üçün optimal miqdar.
• Dəniz kollageni
Dərinin effektiv və intensiv nəmləndirilməsi üçün.
* Aktiv komponentlərin test nəticələrinə əsasən.
Səhər və/və ya axşam təmiz üz və boyun dərisinə bir neçə damcı zərdab çəkin və masaj xətləri boyunca yüngül hərəkətlərlə yayın. Bir qədər gözləyin. Yuyulmur. Məhsul hopduqdan sonra sevdiyiniz kremi tətbiq edin.
Yalnız xarici istifadə üçün. Uşaqlar üçün uyğun deyil. Kosmetik vasitələrə qarşı allergiyanız olubsa, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.
Faydalı məsləhətlər
Yaşlanma əleyhinə effekti gücləndirin
zərdabı ən azı 28 gün kurs şəklində istifadə edin — məhz bu müddət ərzində dəri təbii yenilənmə dövründən keçir və formula öz potensialını maksimum dərəcədə ortaya qoyur.
Kremin altına buster
Daha effektiv yaşlanma əleyhinə qulluq üçün zərdabı Experalta PRO Anti-Age Solutions / Experalta® PRO Anti-Age Solutions xəttinin kremlərindən əvvəl tətbiq edin. Beləliklə, aktiv komponentlərin təsirini gücləndirə bilərsiniz.
Səhərdən parlaq dəri effekti!
Səhər istifadəsi müntəzəm qulluğun ilk günlərindən dərinin daha təravətli, hamar və parlaq görünməsinə kömək edir.
Tərkib: Su, niasinamid, qliserin, betain, 1,2-heksandiol, pentilenqlikol (təbii mənşəli), skvalan, makadamiya yağı, dikaprilil karbonat, hidrolizə olunmuş dəniz kollageni, şirin badam yağı, tokoferol (E vitamini), lesitin, ksantan saqqızı, natrium poliakrilat, ammonium akriloildimetiltaurat / VP kopolimeri, soya yağı, beta-sitosterol, skvalen, hidroksiasetofenon, süd turşusu, polisorbAt 20, tripeptid-1, heksapeptid-9, palmitoil tripeptid-5, palmitoil pentapeptid-4, palmitoil tetrapeptid-7, mərcanı meyvələrinin ekstraktı, ətir kompozisiyası, maltodekstrin.
(INCI): Aqua / Water, Niacinamide, Glycerin, Betaine, 1,2-Hexanediol, Pentylene Glycol, Squalane, Macadamia Ternifolia Seed Oil, Dicaprylyl Carbonate, Hydrolyzed Collagen, Prunus Amygdalus Dulcis Oil, Tocopherol, Lecithin, Xanthan Gum, Sodium Polyacrylate, Ammonium Acryloyldimethyltaurate / VP Copolymer, Soybean Oil, Beta Sitosterol, Squalene, Hydroxyacetophenone, L-Lactic Acid, Polysorbate 20, Tripeptide-1, Hexapeptide-9, Palmitoyl Tripeptide-5, Palmitoyl Pentapeptide-4, Palmitoyl Tetrapeptide-7, Vaccinium Oxycoccos Fruit Extract, Parfum, Maltodextrin.