• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Bədən üçün dezodorant

Bədən üçün dezodorant, 60 ml

ENDEMIX™ kompleksi ilə kosmetika
Alüminium-kalium zəyləri ilə dezodorant həddindən artıq tərləməni təsirli şəkildə tənzimləyir. Təbii komponentləri sayəsində məhsul məsamələri tıxamır və, dəriyə nəfəs almağa imkan verərək, qıcıqlanmaların qarşısını alır. Sink qlükonatı və çay ağacı, sürvə və lavanda hidrolatları xoşagəlməz qoxu əmələ gətirən bakteriyaların inkişafının qarşısını alır.
Artikul: 427519
Həcm: 60 ml
Qalıb: 100+ əd.
13 ₼
11 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Təhlükəsiz təsir
    Alüminium-kalium zəyləri - güclü hopdurucu xüsusiyyətlərə malik təbii mənşəli mineral. İnsan üçün təhlükəsizdir, dəriyə nüfuz etmir və orqanizmdə toplanmır.
  • Qoxudan etibarlı müdafiə
    Hətta fəal yüklənmələr zamanı xoşagəlməz qoxunun əmələ gəlməsinin qarşısını alır.
  • Dəri üçün neytraldır
    Məsamələri tıxamır, qıcıqlanmaların, iltihabların və qaşınmanın əmələ gəlməsini istisna edir.

İstənilən vəziyyətdə əminlik
Təbii dezodorant ilə sizin üçün nə yayın istisi, nə də intensiv məşqlər qorxulu deyil!
   • Qoxunun inkişafının qarşısını alır.
   • Tər vəzilərinin fəaliyyətini normallaşdırır.
   • İltihabların və qıcıqlanmanın inkişafının qarşısını alır.

Hər kəs üçün maksimal müdafiə!
Təbii dezodorant fəal həyat tərzi sürən istənilən müasir insana mükəmməl uyğundur.

  • Neytral qoxuya malikdir.
  • Həm kişilərə, həm qadınlara uyğundur.
  • Dərini yumşaldır və nəmləndirir.

Sənin dəstək komandan
   • Alüminium-kalium zəyləri - vulkan mənşəli təbii məhsul. Büzücü, hopdurucu, mikroblar və iltihablar əleyhinə xüsusiyyətlərə malikdir.
   • Sink qlükonatı iltihablar əleyhinə xüsusiyyətlərə malikdir, taraş və ya sürtünmə nəticəsində əmələ gələn mikro-zədələrin sağalmasına səbəb olur.
   • Çay ağacı, lavanda, rozmarin və sürvə hidrolatları kompleksi güclü bakterisid təsirə malikdir, məsamələri daraldır. Tərləmənin azalmasına səbəb olur, tər vəzilərinin fəaliyyətini tənzimləyir.

Tətbiq edilmə

Təmiz, quru dəriyə çəkin (diyircəkli dozalayıcı vasitəsi ilə 2-3 dəfə çəkməklə); paltar geyinmədən əvvəl bir neçə dəqiqə gözləyin.

Tərkib

Fəal komponentlər: vulkan mənşəli alüminium-kalium zəyləri; arpa unu; sink qlükonatı; lavanda, çay ağacı, rozmarin, sürvə distillyatları; sibir endemikləri komleksi (saqaan-dali, eleuterokokk, dördbuğumlu rodiola, maral kökü, baykal başlıqotu cövhərləri).

Tərkib: su, alüminium-kalium zəyləri, maqnezium stearatı, qliseret-26, arpa unu, C12-13 paret-9, benzil spirti, hidroksietilsellüloz, sink qlükonatı, sitronelilmetilkrotonat, 2-metil-5-sikloheksilpentanol, dimetilfenilbutanol, lavanda distillyatı, çay ağacı distillyatı, rozmarin distillyatı, sürvə distillyatı, qliserin, qliserillaurat, ətirləndirici, betain, baykal başlıqotu cövhəri, eleuterokokk cövhəri, saflorabənzər levzeya (maral kökü) cövhəri, dördbuğumlu rodiola cövhəri, saqaan-dali cövhəri, natrium benzoatı, kalium sorbatı, dehidrosirkə turşusu.

Ингредиенты (INCI): aqua (water), potassium alum, magnesium stearate, glycereth-26, hordeum vulgare (barley) seed flour, C12-13 pareth-9, benzyl alcohol, hydroxyethylcellulose, zinc gluconate, citronellyl methylcrotonate, 2-methyl 5-cyclohexylpentanol, dimethyl phenylbutanol, lavandula angustifolia (lavender) flower water, melaleuca alternifolia (tea tree) leaf water, rosmarinus officinalis (rosemary) leaf water, salvia officinalis (sage) leaf water, glycerin, glyceryl laurate, parfum, betaine, scutellaria baicalensis extract, eleutherococcus senticosus (eleuthero) root extract, rhaponticum carthamoides (maral root) root extract, rhodiola quadrifida extract, rhododendron adamsii extract, sodium benzoate, potassium sorbate, dehydroacetic acid.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.