• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Saçların uzanması üçün zərdab

Saçların uzanması üçün zərdab, 100 ml

ENDEMIX™ kompleksi ilə kosmetika
Amin turşuları və Baicapil™ bitki kompleksi ilə innovativ vasitə saç tökülməsinə qarşı mübarizə aparır və güclü saçların uzanmasını stimullaşdırır. Müntəzəm şəkildə tətbiq edildikdə saçların ömrünü uzadır və baş dərisini nəmləndirir.
Artikul: 427522
Həcm: 100 ml
Qalıb: 100+ əd.
24,5 ₼
22 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Uzanmanın aktivləşdirilməsi
    Güclü saçların uzanmasını stimullaşdırır və sürətləndirir
  • Tökülmədən müdafiə
    Saçların ömrünü uzadır, onları daha möhkəm edir.
  • Kompleks qulluq
    Amin turşuları, B6 vitamini və süd turşusu baş dərisini və saçları nəmləndirir.

Saçlarınızın sıxlığını və gücünü bərpa edin!
Siberian Wellness mütəxəssis innovasiyaları

Saçlarınız sıxlığını itirib? Daraqda çox saç qalır? Qulluq vasitələri öhdəsindən gəlmir? Siz özünüzə güvəni və situasiyaya nəzarəti itirirsiniz? Siberian Wellness, sizin saçlarınıza həyat gücünü qaytara, onları sağlamlıq və enerji ilə dolğunlaşdıra biləcək məhsul yaratmaq üçün elmi bilikləri və innovasiyaları birləşdirdi
İnnovativ Baicapil™ kompleksi ilə saçların uzanması üçün zərdab müntəzəm olaraq kurs şəklində tətbiq edildikdə saçların tökülməsi ilə mübarizə aparır, fəal böyümə fazasında olan saçların miqdarını artırır, saçların köklərini bərkidir, yeni saçların əmələ gəlməsini stimullaşdırır. Amin turşuları komleksi baş dərisinin qabıqlanması ehtimalını azaldır, zədələnmələrdən qoruyur, dərini və saçları nəmləndirir.
Zərdabın tətbiqi çox asandır: yuyulma tələb etmir və baş dərisinə damcısalan-dozator vasitəsi ilə çəkilir.

Saçların uzanması üçün fayda konsentratı

  • Saçların miqdarını artırır və onların keyfiyyətini yaxşılaşdırır
    Baicapil™ kompleksi - üç bitki cövhərinin birləşməsidir (baykal başlıqotu, buğda və soya rüşeymlərinin cövhərləri). Hüceyrə enerjisini artırır və follikulların kök hüceyrələrini aktivləşdirir, onları yaşlanmadan qoruyur. Zərdabın tərkibində maksimal qatılıqdadır - 4%.
       • Baicapil™ kompleksi
    Üç bitki cövhərinin birləşməsi (baykal başlıqotunun, buğda və soya rüşeymlərinin). Hüceyrə enerjisini artırır və follikulların kök hüceyrələrini aktivləşdirir, onları yaşlanmadan qoruyur. Zərdabın tərkibində maksimal qatılıqdadır - 4%.
    • Böyümə fazasında olan saçların miqdarını artırır.
    • Saç follikullarının və onların mikro-çevrəsinin vəziyyətini yaxşılaşdırır.
    • Follikulların baş dərisində bərkiməsini yaxşılaşdırır, saçların tökülməsini azaldır.
    • Saçların sıxlığını, nəzərə çarpacaq dərəcədə onların miqdarını artırır və keyfiyyətini yaxşılaşdırır.
    • Follikulları yaşlanmadan və oksidləşmə stressindən qoruyur.
    • Saçlar daha cavan və sağlam görünür.
       • Baykal başlıqotu
    Çoxillik bitkidir, hündürlüyü 1,2 metrə çatır, mavi-bənövşəyi rəngdə çiçək açır (çiçəklənmə dövrü - maydan avqusta qədər). Onun adı Orta əsrlərdə istifadə olunan dəbilqələri xatırladan çiçək kasacığının şəklini təsvir edir. Meyvələr avqustun axırlarında əmələ gəlir. Asıya başlıqotu köklərinin kimyəvi tərkibi yüksək miqdarda flavonoidlərin mövcudluğu ilə fərqlənir.
       • Soya və buğda rüşeymləri
    Karbohidratlar, zülallar, lipidlər və mineral maddələr ilə zəngindir. Baicapil™ kompleksinə daxil soya və buğda rüşeymləri cövhərinin tərkibində pestisid və digər kimyəvi birləşmələr mövcud deyil.
  • Uzanmanı aktivləşdirir
       • Vitamin B (niasinamid) mikrosirkulyasiyanı, follikulların qidalanmasını yaxşılaşdırır, yatmış saç follikullarını oyadır, saçların uzanmasına səbəb olur və tökülməsinin qabağını alır.
  • Saçları zədələnmədən qoruyur
    17 əvəzolunmaz amin turşularından ibarət formul saçları zədələnmədən qoruyur, nəm səviyyəsini bərpa edir, baş dərisinin vəziyyətini yaxşılaşdırır, qabıqlanmanı azaldır.
       • 17 amin turşularından ibarət kompleks
    Tərkibində saçları zədələnmədən qoruyan və nəm səviyyəsini bərpa edən əvəzolunmaz amin turşuları mövcuddur (lizin, gistidin, arginin, asparagin turşusu, treonin, serin, qlutamin turşusu, prolin, qlisin, alanin, valin, metionin, izoleysin, leysin, tirozin, fenilalanin, sistein). Baş dərisinin vəziyyətini yaxşılaşdırır, qabıqlanmanı azaldır.
  • Sağlam parıltı bəxş edir və qulluq edir
    Vitamin B6 baş dərisini sakitləşirir, quruluq ilə bağlı narahatlıq hissindən qurtulmağa kömək edir, piy vəzilərinin fəaliyyətini normallaşdırır və baş dərisinin yağlılığını sabitləşdirir. Süd turşusu saçların elastikliyini və gücünü bərpa edir.
       • Vitamin В6
    Baş dərisini sakitləşdirir, quruluqla bağlı narahat hisslərdən qurtulmağa kömək edir, piy vəzilərinin işini normallaşdırır və baş dərisinin yağlılığını sabitləşdirir. Saçlara canlı görünüş və sağlam parıltı bəxş edir.
       • Süd turşusu
    Kifayət qədər yumşaq şəkildə təsir göstərir, çünki böyük molekula sahibdir və dərinə nüfuz etmir. Gündəlik qulluq zamanı saçları nəmləndirir və hamarlaşdırır, onları daha sözəbaxan edir. Saçların elastikliyini və gücünü bərpa edir, digər fəal bərpaedici maddələrin nüfuz etmək qabiliyyətini yaxşılaşdırmaq üçün keçirici qismində çıxış edir.
       • ENDEMIX™ - endemik Sibir bitkilərinin fəal maddələri kompleksidir.
    Oksidləşmə əleyhinə müdafiəni təmin edir, fəal maddələrin nüfuz etmə dərinliyini artırır, hüceyrələrin bərpasını və həyat qabiliyyətini gücləndirir, dərinin cavanlığını hüceyrə səviyyəsində uzadır.

Kimlər üçündür?
• Kişilər və qadınlar üçün.
• Gündəlik olaraq tökülən saçların miqdarının artdığını müşahidə edənlər üçün.
• Saçların uzanmasını sürətləndirmək istəyənlər üçün.

Hər bir məhsulda:
   • 4% Baicapil™
Maksimal qatılıqda (4%) olan innovativ kompleks səmərəli şəkildə hüceyrə enerjisini artırır və follikulların kök hüceyrələrini aktivləşdirir, onları yaşlanmadan qoruyur.
   • 17 növ amin turşuları
Baş dərisinə və saçlara qulluq edir: nəm səviyyəsini bərpa edir, qabıqlanmanı azaldır.
   • 2 növ B qrupu vitamini
B3 və B6 vitaminləri baş dərisini sakitləşdirir, mikrosirkulyasiyanı stimullaşdırır və saçların uzanmasına səbəb olur.
   • kurs şəklində tətbiqdən sonra 12,7% çox təzə saçlar
2 ay davam edən tədqiqat nəticəsində böyümənin fəal fazasında (anagen) olan saçların miqdarı - 12,7%, saçların sıxlığı isə - 18% artdı.

Tətbiq edilmə

Axşamlar dozator vasitəsilə saç ayrımları üzrə baş dərisinə çəkin, ehmalca massaj edin. Yumayın. Nəticələrin əldə edilməsi üçün iki ay ərzində kurs şəklində tətbiq etmək lazımdır.

Saçların tökülməsini azaltmaq və onların sıxlığını artırmaq üçün bir neçə tövsiyə:
   • Başınızı massaj edin
Saçların daha sürətlə uzanması və həddən artıq tökülməməsi üçün, onların follikulları qan dövranı vasitəsi ilə kifayət qədər oksigen, minerallar və vitaminlər almalıdır. Massaj follikulların qidalanmasını normallaşdırır və onların sağlam fəaliyyətini təmin edir.
   • Saç düzümü və üslubları
Baş dərisində mikrosirkulyasiyaya saç düzümləri birbaşa təsir göstərir. Sıx bir at quyruğuna yığılmış saçlara nisbətən rahat boş saç düzümlərinə üstünlük vermək daha yaxşıdır (saçların sıxılmasına səbəb olan hörüklər, at quyruğu və digər saç düzümləri gecə istisna olunur).
Termo-düzüm, rəngsizləşdirmə və boyama, həmçinin səliqəsiz darama saçın strukturasına mənfi təsir göstərir, onu zədələyir. Vəziyyətə laqeyd yanaşılsa, saçların kövrəkliyi onların sıxlığının azalmasına səbəb olacaq.
   • Tamdəyərli qidalanma
Saçlarınız sıx və gözəl olması üçün (öz genetik proqramı çərçivəsində), ilk etməli olduğunuz şey - pəhrizinizi yoxlamaqdır. Ola bilsin o, çox sərtdir və ya rasionun əksər hissəsini "sürətli" karbohidratlar təşkil edir.
   • Vitamin kompleksləri
Zülal, yağlı turşular, B qrupu vitaminləri, kalsium, maqnezium, dəmir və antioksidantlar çatışmazlığı həmçinin saç vəziyyətinin pisləşməsində və onların tökülməsinin artmasında da əks oluna bilər.

Tərkib

Fəal maddələr: Baicapil ™(4%), 17 növ amin turşuları, niasinamid (B3), vitamin B6, ENDEMIX™ bitki cövhərləri kompleksi (saqaan-dali, eleuterokokk, dördbuğumlu rodiola, maral kökü, baykal başlıqotu cövhərləri).

INCI: aqua (water), propanediol, niacinamide, ethoxydiglycol, polysorbate 20, arginine, lactic acid, scutellaria baicalensis root extract, pyridoxine HCl, triticum vulgare (wheat) germ extract, algin, betaine, gluconolactone, benzyl alcohol, cellulose gum, glycine soja (soybean) germ extract, glycerin, glyceryl laurate, eleutherococcus senticosus (eleuthero) root extract, rhaponticum carthamoides (maral root) root extract, rhodiola quadrifida extract, rhododendron adamsii extract, calcium gluconate, alanine, aspartic acid, valine, histidine, glycine, glutamic acid, isoleucine, leucine, lysine, methionine, proline, serine, tyrosine, threonine, phenylalanine, cysteine, 1,2-hexanediol, sodium benzoate, potassium sorbate.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.