Saçların sağlamlığı dəridən başlayır!
Baş dərisi müntəzəm təmizlənməyə ehtiyac duyur, çünki saçların sağlamlığı və görünüşü bundan birbaşa asılıdır. Siberian Wellness pilinqi - epidermisin qərniləşmiş hissəciklərini, sebum, toz, tər artıqlarını və saçların üslublanması üçün vasitələrin qalıqlarını qayğılı şəkildə aradan qaldırmağa kömək edən birinci addımdır.
Təmiz dəri sayəsində digər qulluq məhsullarının - maskaların və zərdabların - fəal maddələri saç follikullarına daha yaxşı nüfuz edir. Yəni, qulluq daha təsirli olur və daha yaxşı nəticə verir!
Baş dərisinin təmizlənməsi üçün AHA-turşuların səmərəliliyi
• Qaragilə cövhəri (süd AHA-turşusunun mənbəyi)
Dərini əsaslı şəkildə təmizləyir və aşındırır, nəmləndirir, qidalandırır, canlandırır, vitaminlər ilə zənginləşdirir, damarları möhkəmləndirir, piy vəzilərinin fəaliyyətini tənzimləyir, məsamələri daraldır, iltihabları aradan qaldırır.
• Şəkər qamışının cövhəri (qlikolik turşunun mənbəyi)
Epidermis hüceyrələri arasında əlaqələri zəiflədir, qayğılı şəkildə təmizlənməyə və qidalı maddələrin dərinin dərin qatlarına nüfuz etməsinə səbəb olur.
• Portağal və limon cövhərləri (limon turşusunun mənbələri)
Dəri səthini qərniləşmiş hüceyrələrdən təmizləyir, piy mantarlarını və komedonları aradan qaldırır, baş dərisinə detoks-təsir göstərir, dərinin pH müvazinətini sabitləşdirir, kövrək saçların bərpasına səbəb olurlar.
• Şəkər ağcaqayını cövhəri (alma və üzüm turşularının mənbəyi)
Yumşaq aşındırıcı təsirə malikdir, dəridə mübadilə prosesilərini işə salmağa kömək edir, canlandırır, qidalandırır, turşuluq səviyyəsini normallaşdırır, saçların pulcuqlarını bağlayaraq, onlara sağlam parıltısını qaytarır.
• Kəhrəba turşusu
Antioksidant və berpaedici xüsusiyyətlərə malikdir, saç telini daxildən qalınlaşdırır, saçların uzanmasını fəallaşdırır, hüceyrədaxili mübadilə proseslərini yaxşılaşdırır.
• Süd turşusu
Mikrob əleyhinə təsir göstərir, hüceyrələrin yenilənməsi prosesini stimullaşdırır, qərni qatın hüceyrələri arasında zülal əlaqələrini parçalayır, dəri səthini daha hamar edir, digər fəal maddələr üçün səthin nüfuz etmə qabiliyyətini artırır.
• Betain
Saç pulcuqlarını bağlayır və bərpa edir, onları daha qalın, parlaq, itaətkar edir, baş dərisini nəmləndirir, hidrolipid müvazinəti normallaşdırır və nəm itkisinin qarşısını alır.
• Allantoin
Kəpəyi aradan qaldırır, dəri piyinin ifrazını normallaşdırır, saçları və baş dərisini nəmləndirir.
• Sibir endemiklərinin cövhərləri kompleksi
Oksidləşmə əleyhinə müdafiəni təmin edir, fəal maddələrin nüfuz etmə dərinliyini artırır, hüceyrələrin bərpasını və həyat qabiliyyətini gücləndirir, dərinin cavanlığını hüceyrə səviyyəsində uzadır.
- Baş dərisinin təsirli şəkildə təmizlənməsi
- Kəpəyin, qaşınmanın, saç tökülməsinin profilaktikası
- Mikrosirkulyasiyanın yaxşılaşdırılması
- Qidalı maddələrin daha yaxşı nüfuz etməsi
- Saçların təravətli və sağlam görünüşü
Nəzərə çarpan təsir üçün pilinqi iki-üç həftədən bir istifadə edin, təsirini əlavə qidalandırıcı qulluq ilə gücləndirin.
Aşağıda sadalanan şəxslər üçün:
• baş dərisinin yüksək yağlılığına, seboreyaya və qabıqlanmaya meylli olanlar üçün;
• saçların uzanmasını sürətləndirmək istəyənlər üçün;
• müntəzəm şəkildə üslublandırma vasitələrindən istifadə edənlər üçün;
• saçlara qulluğu daha təsirli etmək istəyənlər üçün.
Hər bir məhsulda:
• meyvə və təbii turşuların 5% qatılığı
• əsaslı təmizlənmə üçün 4,5% 5 AHA-turşu
• saçların uzanması üçün 3% kəhrəba turşusu
• kəpəkdən və qabıqlanmadan müdafiə üçün 2,5% süd turşusu
Saçları yumadan öncə dozalayıcı vasitəsilə az miqdarda pilinqi saç ayrımları üzrə quru baş dərisinə çəkin və daha yaxşı yayılması üçün kökyanı nahiyəni masaj edin. 15 dəqiqə saxlayın, əsaslı şəkildə su ilə, sonra isə saçları şampun ilə yuyun.
Daha yaxşı təsir üçün əlavə qulluq vasitələrindən istifadə edin (kondisioner, zərdab, maska və s.). Ayda 1-2 dəfə istifadə edin.
Fəal komponentlər: AHA-turşular (qaragilə, şəkər qamışı, portağal, limon və şəkər ağcaqayını cövhərlərindən), süd turşusu, kəhrəba turşusu, betain, allantoin, sibir endemikləri kompleksi (saqaan-dali, eleuterokokk, dördbuğumlu rodiola, maral kökü, baykal başlıqotu cövhərləri).
Tərkib: su, qliserin, polisorbat-20, kəhrəba turşusu, süd turşusu, propandiol, natrium hidroksidi, mentillaktat, allantoin, sibir endemikləri kompleksi (Adams rododendronu (saqaan-dali) cövhəri, tikancıqlı eleuterokokk köklərinin cövhəri, saflorabənzər rapontikum (maral kökü) köklərinin cövhəri, dördbuğumlu rodiola cövhəri, baykal başlıqotu cövhəri), qaragilə meyvələrinin cövhəri, betain, salisil turşusu, şəkər qamışı cövhəri, benzil spirt, hidroksietilsellüloza, şəkər ağcaqayını cövhəri, ətirləndirici, limon məyvələrinin cövhəri, portağal meyvələrinin cövhəri, qliserillaurat, natrium benzoatı, kalium sorbatı, benzilsalisilat, limonen.
(INCI): aqua (water), glycerin, polysorbate-20, succinic acid, lactic acid, propanediol, sodium hydroxide, menthyl lactate, allantoin, комплекс сибирских эндемиков (rhododendron adamsii extract, eleutherococcus senticosus (eleuthero) root extract, rhaponticum carthamoides (maral root) root extract, rhodiola quadrifida extract, scutellaria baicalensis extract), vaccinium myrtillus fruit/ leaf extract, betaine, salicylic acid, saccharum officinarum (sugar cane) extract, benzyl alcohol, hydroxyethylcellulose, acer saccharum (sugar maple) extract, parfum, citrus medica limonum (lemon) fruit extract, citrus aurantium dulcis (orange) fruit extract, glyceryl laurate, sodium benzoate, potassium sorbate, benzyl salicylate, limonene.