• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Siberian Herbs saçlar üçün bərpaedici maska

Siberian Herbs saçlar üçün bərpaedici maska, 200 ml

Siberian Wellness
Möhtəşəm bərpaedici maska dərindən qidalandırır, saçlara qulluq edir, onları hamar və ipək kimi zərif edir. Seramidlər və bitki proteinləri ilə formul saçları möhkəmləndirir, onları həyat gücü ilə dolğunlaşdırır. Bitki yağları təbii parlaqlıq bəxş edir.
Artikul: 427531
Həcm: 200 ml
Qalıb: 100+ əd.
19,8 ₼
17.8 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Güc və bərpa
    Saç strukturunda zədələnmiş nahiyələri bərpa edir.
  • Rəngin müdafiəsi
    Rənglənmədən sonra rəngin parlaq saxlamağa kömək edir.
  • Parlaqlıq və hamarlıq
    Saçları hamarlaşdırır, elektrikləşməni aradan qaldırır, parlaqlıq bəxş edir.

Sağlam və parlaq saçlar
Möhtəşəm saçların sirri!
Möhtəşəm bərpaedici maska dərindən qidalandırır, saçlara qulluq edir, onları hamar və ipək kimi zərif edir. Seramidlər və bitki proteinləri ilə formul saçları möhkəmləndirir, onları həyat gücü ilə dolğunlaşdırır, bitki yağları isə təbii parlaqlıq bəxş edir.

  • Saç quruluşunun bərpası
    Seramidlər və bitki proteinləri ilə kompleks susuzlamış, quru, kövrək və solğun saçları intensiv şəkildə bərpa edir.
       • Seramidlər (AquaCera 5)
    Seramidlər saçları kövrəklikdən qoruyur, onların strukturunu yaxşılaşdırır, əsasən də rənglənmədən və termik təsirdən sonra. Saç gövdəsini bərpa edərək, onlar birçəklərə dözümlülük və parlaqlıq bəxş edir.
       • Bitki proteinləri (buğda, soya, qarğıdalı)
    Buğda, soya və qarğıdalının hidroliz edilmiş proteinlərindən aktiv quru və zədələnmiş saçları qidalandırır, nəm itkisini azaldır və haçalanmış saç ucları problemini həll edir. Saçları hamar və elastik edir.
  • Dərindən nəmləndirmə və rahat üslublandırma
    Hind qozu yağı dərindən qidalandırır və saç kutikulunun müdafiə qatını yenidən bərpa edir, hamarlaşdırır, daramanı asanlaşdırır və üslublandırma zamanı saçları ağırlaşdırmır.
       • Hind qozu yağı
    Nəmi saçın daxilində "qapadaraq", saç strukturunu bərpa etməyə kömək edir, bunun sayəsində saç birçəkləri daha parlaq və ipək kimi yumşaq olur.
  • Rəng parlaqlığı
    Həbəş xardalının yağı saç pulcuqlarını saçın bütün uzunluğu boyu bağlamağa kömək edir, saçların hamarlığını və rəng dayanıqlığını təmin edir.
       • Həbəş xardalının yağı (krambe)
    Çətənə yağı zədələnmiş saçları mənfi təsirdən sonra bərpa edir, onları qidalandırır və gücləndirir, quru saçları nəmləndirir, daha elastik edir, kövrəkliyi və elektrikləşməni azaldır.
  • Etibarlı müdafiə
    Termik təsirin və UB-şüaların mənfi təsirlərindən müdafiə edir.
       • Makadamiya yağı
    Baş dərisinin vəziyyətini yaxşılaşdırır, sağlam saçların uzanmasına kömək edir, tökülməsinin qarşısını alır. Zədələnmiş, quru, məsaməli rənglənmiş saçları qidalandırır və bərpa edir.

 

Kimlər üçündür?
• Tez-tez kimyəvi/temperatur təsirinə məruz qalan, zədələnmiş saçların sahibləri üçün.
• İlin istənilən fəslində saç gözəlliyinin qayğısına qalanlar üçün.
• Möhtəşəm teksturaları və SPA-prosedurları sevənlər üçün.

Tətbiq edilmə

Yuyulmuş nəm saçlara çəkin, saçların bütün uzunluğu boyu yayın. 3-5 dəqiqə saxlayın, bol miqdarda sərin su ilə yuyun.

Tərkib

Fəal maddələr: seramidlər, buğda, qarğıdalı və soya proteinləri, həbəş xardalı, hind qozu və badam yağları, sibir bitkilərinin cövhərləri.

Aqua (Water), Cetearyl Alcohol, Dipalmitoylethyl Hydroxyethylmonium Methosulfate, Сetrimonium Сhloride, Glycerin, Crambe Abyssinica Seed Oil, Cocos Nucifera (Coconut) Oil, Prunus Amygdalus Dulcis (Sweet Almond) Oil, Isopropyl Palmitate, Parfum, Hydroxyethylcellulose, Hydrolyzed Collagen, Benzyl Alcohol, Guar Hydroxypropyltrimonium Chloride, Hydrolyzed Corn Protein, Hydrolyzed Wheat Protein, Hydrolyzed Soy Protein, Hydroxypropyltrimonium Honey, Isopropyl Alcohol, Leuconostoc/Radish Root Ferment Filtrate, Macadamia Ternifolia Seed Oil, Polyglyceryl-10 Stearate, Candida/Garcinia Cambogia Ferment, Galactoarabinan, Humulus Lupulus (Hops) Extract, Thymus Serpyllum (Thyme) Extract, Trifolium Pratense (Red Clover) Extract, Amaranthus Cruentus (Amaranth) Extract, Salvia Officinalis (Sage) Leaf Extract, Glyceryl Laurate, Ceramide NP, 1,2-Hexanediol, Sodium Stearoyl Glutamate, Sorbic Acid, Hexyl Cinnamal, Linalool.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.