• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
White Tea & Mimosa ətriyyat suyu (Ağ çay və Mimoza)

White Tea & Mimosa ətriyyat suyu (Ağ çay və Mimoza), 50 ml

Aromapolis Olfactive Studio
Saflıq ətri - yüngül, universal və incə. Onu hər zaman və hər yerdə istifadə etmək xoşdur (ən əsası isə - münasibdir)!
Ən parlaq çalarlar: ağ çay, mimoza, qaysı, süsən, kirşan akkordu, vanil.
Artikul: 427649
Həcm: 50 ml
Qalıb: 19 əd.
57 ₼
52 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Nəfislik və zəriflik
    Yüngül kompozisiya duşdan sonra məxməri dəri hissi bəxş edir.
  • Ağ çay
    Təravətləndirici çalar sakitlik və ahəng ab-havası yaradır.
  • Təbii əsas
    Buğdadan əldə edilən spirtli əsas bu sahənin ən qədim təşkilatlarından biri tərəfindən hazırlanıb.
  • GMP keyfiyyət nişanı
    Cənubi-Şərqi Asiya ölkələrində aparıcı sertifikatlaşdırma orqanı, IAF, APAC, IAAC, ILAC Beynəlxalq akkreditasiya üzvü tərəfindən zəmanət.

Özünlə keçirəcəyin anlar üçün mükəmməl ətir

Zəriflik və ahəng mücəssəməsi
Fəsilə: çiçəkli, müşkin
İlkin çalarlar: qaysı, ağ çiçəklər, ağ çay
Mərkəzi çalarlar: mimoza, süsən, sidr
Şleyf çalarları: müşk, kirşan akkordu, vanil

Ətriyyatçı:
Anjelin Leporini (Angeline Leporini)
Məşhur fransız ətriyyatçısı, bir çox niş (fr. la niche - rəf, ətriyyatda "xüsusi, seçilmiş" mənasında işlədilir) brendlər üçün sənət əsərlərinin müəllifi. Eurofragance (Barselona) komandasının baş ətriyyatçısı. Aromapolis Olfactive™ Studio-nun lüks və niş ətirlərinin müəllifi.

Ətrin xasiyyəti
Zərif ağ süsən, mimoza, məxməri qaysı çiçəklərinin və xəfif ağ çay ətrinin incə birləşməsi ilə fərqlənir. Kompozisiyanın şleyfində müşk və kirşan akkordu duşdan sonra məxməri dəri təəssüratı yaradır.

  • İlkin çalarlar
       • Qaysı - qədərincə şirin, zərif və xəfif, nəfis və lətafətli qadın gözəlliyini təsvir etməyə imkan verir.
       • Ağ çiçəklər - zövqlü və zərif, kompozisiyaya təravət və incə tərz qatır, romantiklik və saflıq əlavə edir.
       • Ağ çay - yüngül və nəfis, ətrə sakitləşdirici və təravətləndirici çalar bəxş edərək, dinc və ahəngdar ab-hava yaradır.
  • Mərkəzi çalarlar
       • Mimoza havanı incə ballı-kirşanlı ətir ilə doldurur.
       • Süsən - nəcib və kirşanlı, ətrə incə dərinlik və nəfislik, bənzərsiz zərif tərz bəxş edir.
       • Sidr - isti, zəngin, oduncaqlı, iynəyarpaq meşələrin qoxusunu xatırladır.
  • Şleyf çalarları
       • Kirşan akkordu - zərif, məxməri və həyəcanlandıran; yüngüllük və nəfislik ilə bürüyür; ətrə havalı tekstura bəxş edir.
       • Vanil - isti və şirin; kompozisiyaya hissiyyatlıq və rahatlıq əlavə edərək, cəlbedici şleyf yaradır.
       • Müşk - zərif tərzli və cazibədar; ətrə dərinlik və davamlılıq qataraq, ətri tamamlayır; incə və yaddaqalan təəssürat yaradır.

Çay ənənələri
Öz ətirli mərasiminizi yaradın!
Aromapolis Olfactive™ Studio by Siberian Wellness ətirlər kolleksiyası
İlham mənbəyi - bütün dünyadan çay içkilərinin parlaq dadı
Çayiçmə ənənələrinin ətirli tarixini kəşf edin və hər bir flakonun daxilindəki maraqlı olfaktiv (ətirlərin duyulması ilə bağlı) səyahətə yola düşün.
   • Özünüz üçün zaman
Çay - diqqətimizi tələb edən içkidir, axı onun ətrindən və dadından həqiqətən də həzz almaq üçün, yavaşımaq və anı yaşamaq lazımdır.
   • Birlik
Çay mədəniyyəti, müəyyən dərəcədə, hər bir millətə xasdır. Dünyanın, demək olar ki, bütün dillərində çay - ya chai sözünə bənzəyir, ya da tea sözünə uyğun səslənir. Birinci halda çay ölkəyə Çindən quru yolları ilə gəlib, ikinci halda isə Çinin cənubundan - dəniz yolları ilə.
   • Miras
Siberian Wellness 25 ildən çoxdur ki, çay ənənələrinin yaranması və inkişafı tarixini tədqiq edərək, zaman və yüz minlərlə Müştəri tərəfindən yoxlanılmış əfsanəvi Baikal Tea Collection fito-çaylar seriyasını istehsal edir.

Kimlər üçündür?
∙ Zərif tərzə və nəfisliyə dəyər verən qadınlar üçün.
∙ Kirşan çalarlı çiçəkli-müşkin ətirlərə üstünlük verənlər üçün.
∙ Yumşaq və xəfif müşk və vanil şleyf ilə ətir axtaranlar üçün.
∙ Rahatlıq hissi bəxş edən çalarlar ilə ətirlər sevənlər üçün.
∙ Öz zərifliyini və romantikliyini ətir vasitəsilə ifadə etmək arzusunda olan qadınlar üçün.

Hər bir flakonda:
   • 3-4 saata qədər
Ətrin davamlılığı.
   • 100% təbii spirtli əsas
Buğda, arpa, çovdardan hazırlanmış (Rusiya bölgələri).
   • 50 ml tamformatlı məhsul
3-5 ay boyu gündəlik istifadə.
   • 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.

Tətbiq edilmə

Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur.

Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın.

Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq bir yerdə saxlayın.

Tərkib

(INCI): Alcohol (83% Vol.), Parfum (Fragrance), Water (Aqua), Benzyl Salicylate, Geraniol, Limonene, Linalool, Farnesol, Coumarin, Citral, Benzyl Benzoate, Citronellol, Alpha-Isomethyl Ionone.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.