Hər günü bayrama çevirən ətir
Hər anı parlaq emosiyalar və sevinc ilə dolu olan bir dünyanın açarı
Fəsilə: ləziz
İlkin çalarlar: likör, şəkərlənmiş meyvələr, quru meyvələr, qaysı
Mərkəzi çalarlar: çay ağacının çiçəkləri, kəşmir, büxur, nabat
Şleyf çalarları: müşk, vanil, peru məlhəmi
Ətriyyatçı: Culiya Rodriqez (Julia Rodríguez)
Eurofragance (Barselona) komandasının iştirakçısı. Nishane, Gallivant, Eurofragance, Fratelli Diamanti, Fiolas üçün öz işləri ilə məşhurdur.
Aromapolis Olfactive™ Studio-nun lüks ətirlərin müəllifi.
Ətrin xasiyyəti
Ətriyyat kompozisiyasını parlaq ilkin çalarların və hissiyyatlı şleyfin nəfis təzadı fərqləndirir. Ətir cəlbedici ləziz şəkərlənmiş və quru meyvələrin çalarları ilə açılır. Ətrin "ürəyində" çay ağacı çiçəyinin parlaq təravəti gül açır. Ətrin şleyfində isti hissiyyatlı vanil və qatı ədviyyəli Peru məlhəmi öz şirin nəfis səslənməsi ilə ovsunlayır.
Çay ənənələri
Öz ətirli mərasiminizi yaradın!
Aromapolis Olfactive™ Studio by Siberian Wellness ətirlər kolleksiyası
İlham mənbəyi - bütün dünyadan çay içkilərinin parlaq dadı
Çayiçmə ənənələrinin ətirli tarixini kəşf edin və hər bir flakonun daxilindəki maraqlı olfaktiv (ətirlərin duyulması ilə bağlı) səyahətə yola düşün.
• Özünüz üçün zaman
Çay - diqqətimizi tələb edən içkidir, axı onun ətrindən və dadından həqiqətən də həzz almaq üçün, yavaşımaq və anı yaşamaq lazımdır.
• Birlik
Çay mədəniyyəti, müəyyən dərəcədə, hər bir millətə xasdır. Dünyanın, demək olar ki, bütün dillərində çay - ya chai sözünə bənzəyir, ya da tea sözünə uyğun səslənir. Birinci halda çay ölkəyə Çindən quru yolları ilə gəlib, ikinci halda isə Çinin cənubundan - dəniz yolları ilə.
• Miras
Siberian Wellness 25 ildən çoxdur ki, çay ənənələrinin yaranması və inkişafı tarixini tədqiq edərək, zaman və yüz minlərlə Müştəri tərəfindən yoxlanılmış əfsanəvi Baikal Tea Collection fito-çaylar seriyasını istehsal edir.
Kimlər üçündür?
∙ Nəfis ətriyyat kompozisiyalarına dəyər verənlər və ətrin zənginliyindən və dərinliyindən zövq almağı sevənlər üçün.
∙ Özünə bayram əhval-ruhiyyəsi yaratmaq və istər şənliklərin, istər həyatın xüsusi məqamlarının, yəni əsas tədbirlərin vacibliyini vurğulamaq istəyənlər üçün.
∙ Seçilməyi və fərqlənməyi sevənlər, diqqəti cəlb edən və davamlı şleyf saxlayan parlaq kompozisiyalara dəyər verənlər üçün.
∙ Gündəlik həyata parlaqlıq və şənlik əlavə etmək istəyənlər üçün.
∙ Yaxınlarına mükəmməl hədiyyə axtaranlar üçün.
Hər bir flakonda:
• 3-4 saata qədər
Ətrin davamlılığı.
• 100% təbii spirtli əsas
Buğda, arpa, çovdardan hazırlanmış (Rusiya bölgələri).
• 50 ml tamformatlı məhsul
3-5 ay boyu gündəlik istifadə.
• 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.
Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur.
Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın.
Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq bir yerdə saxlayın.
(INCI): Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Coumarin, Limonene, Benzyl Alcohol, Benzyl Benzoate, Benzyl Cinnamate, Cinnamal, Linalool.