• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Neroli Tea & Bergamot ətriyyat suyu (Neroli çayı və Berqamot)

Neroli Tea & Bergamot ətriyyat suyu (Neroli çayı və Berqamot), 50 ml

Aromapolis Olfactive Studio
Sakit dəbdəbə ətri - lakonik, nəzərə çarpmayan və eyni zamanda bahalı səslənməyə malik. Zərif tərzli, zamana tabe olmayan və, eyni vaxtda, çox aktual: tələsmədən, çox gözəl şəkildə və dərindən açılır. Gündəlik istifadə üçün uyğundur.
Ən parlaq çalarlar: aromatik çalarlar, berqamot, yaşıl çay, neroli, ənbər, müşk, oduncaq çalarları.
Artikul: 427651
Həcm: 50 ml
Qalıb: 28 əd.
57 ₼
52 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Sakit dəbdəbə
    Dəbdəbə mücəssəməsi olan lakonik və zərif tərzli kompozisiya.
  • Neroli çayı
    Sitrus meyvələrinin təravəti, çiçək şirinliyi, bir qədər ədviyyəli və oduncaqlı vurğular - zərif təəssürat.
  • Təbii əsas
    Buğdadan əldə edilən spirtli əsas bu sahənin ən qədim təşkilatlarından biri tərəfindən hazırlanıb.
  • GMP keyfiyyət nişanı
    Cənubi-Şərqi Asiya ölkələrində aparıcı sertifikatlaşdırma orqanı, IAF, APAC, IAAC, ILAC Beynəlxalq akkreditasiya üzvü tərəfindən zəmanət.

Qüsursuz məqamlara dəyər verənlər üçün
Sakitlik, zəriflik, ziyalı dəbdəbə

Fəsilə: təravətli, sitrus, aromatik
İlkin çalarlar: aromatik notlar, berqamot, sitrus notları, limon, yaşıl çay
Mərkəzi çalarlar: çiçəkli notlar, təravətli notlar, büxur, neroli, ədviyyatlar
Şleyf çalarları: ənbər, müşk, oduncaq

Ətriyyatçı:
Suazik Bokur (Soizic Beaucourt)
Eurofragance (Barselona) komandasının iştirakçısı.
Aromapolis Olfactive™ Studio-nun lüks və niş ətirlərinin müəllifi.

Ətrin xasiyyəti
Berqamot və ətirli otların təravətli çalarları kompozisiyanı səhər sərinliyi və yenilənmə hissi ilə dolğunlaşdırır, zərif yüngüllük ilə axar şəkildə açılır. Ətrin ürəyində neroli səslənir - xəfif ədviyyəlik və yüngül şirinlik qatan nəfis portağal çiçəyi. Onun yaşıl çay ilə birləşməsi kompozisiyaya incə yumşaqlıq bəxş edir, sanki siz sakit, rahat mühitdə bir fincan ləziz çaydan həzz alırsınız. Tamamlayıcı akkordlar isti şleyf ilə bürüyür, ətrin əsasında olan nəcib oduncaq çalarları isə dərin və nəfis dəbdəbə ab-havası yaradır.

  • İlkin çalarlar
    Aromatik çalarlar yaşıl və ot ətirləri ilə bağlıdır. Onlar lavanda, rozmarin, reyhan, sürvə və s. kimi inqrediyentləri ehtiva edə bilər. Ətrə təravət və saflıq əlavə edir, müəyyən ədviyyəlik və ya yaşıl çalar qata bilər. Aromatik çalarlar yüngüllük və açıqlıq hissi yaradır, tez-tez ahəngdar və müvazinətli kompozisiyaların yaradılması üçün istifadə olunur.
       • Berqamot Təravətli və eyni zamanda büzüşdürücü berqamot kompozisiyaya nəcibanə acılıq və kolorit qatır. Qısamüddətli, lakin qatı və təntənəli səslənməni təmin edir, əhval-ruhiyyəni yüksəldir və gümrahlıq və güc bəxş edir.
       • Sitrus çalarlar ruhlanmağa və gün boyu enerjili və nikbin olmağa imkan verir. Ənənəvi olaraq, sitruslar kompozisiyanın ilkin çalarlarına əlavə edilir, çünki qatı, amma davamsız ətrə malikdir. Onlar sanki mərkəzi çalarlardan öncə iy bilmə qabiliyyətini oyadır.
       • Yaşıl çay ilin hər bir fəslində mükəmməl olan, oduncaqlı nüanslar ilə incə tanınan ətrə malikdir. Büzüşdürücü, bir qədər acı, o, canlandırır, əhval-ruhiyyəni yüksəldir, gümrahlıq və güc bəxş edir.
  • Mərkəzi çalarlar
    Təravətli çalarlar sərinlədir, canlandırır, gümrahlıq və enerji bəxş edir.
       • Büxur - zəngin, qatı, şirin, məlhəmi nüanslar ilə. O, sakitləşdirir və yaradıcılığa kökləyir, dincəldir və maraq oyadır.
       • Neroli, və ya portağal çiçəyi, kompozisiyanı dəyişdirərək, ona nəcibanə çalar və cəlbedici təsir bəxş edir.
       • Ədviyyatlar - yüngül ədviyyəli vurğular ətrə dərinlik və çoxcəhətlilik bəxş edərək, misilsiz xasiyyət yaradır.
  • Şleyf çalarları
       • Müşk və ənbər ətriyyat üslubuna hissiyyatlıq qataraq, onu ətrafdakıların gözündə bəzəyir. Dəridə isinərək, ətrin dəri ilə birliyini təmin edir. Bu arada, müşk qadınlıq əsası hesab edilir, ənbər isə - kişilik.
       • Oduncaq çalarları özündə günəş şüaları ilə hopdurulmuş oduncağın istiliyini, torpağın nəm ətrini və ağac qatranlarının məlhəmliyini gizlədir. İstənilən kompozisiyaya dərinlik bəxş etməyə qadirdirlər.

Çay ənənələri
Öz ətirli mərasiminizi yaradın!
Aromapolis Olfactive™ Studio by Siberian Wellness ətirlər kolleksiyası
İlham mənbəyi - bütün dünyadan çay içkilərinin parlaq dadı
Çayiçmə ənənələrinin ətirli tarixini kəşf edin və hər bir flakonun daxilindəki maraqlı olfaktiv (ətirlərin duyulması ilə bağlı) səyahətə yola düşün.
   • Özünüz üçün zaman
Çay - diqqətimizi tələb edən içkidir, axı onun ətrindən və dadından həqiqətən də həzz almaq üçün, yavaşımaq və anı yaşamaq lazımdır.
   • Birlik
Çay mədəniyyəti, müəyyən dərəcədə, hər bir millətə xasdır. Dünyanın, demək olar ki, bütün dillərində çay - ya chai sözünə bənzəyir, ya da tea sözünə uyğun səslənir. Birinci halda çay ölkəyə Çindən quru yolları ilə gəlib, ikinci halda isə Çinin cənubundan - dəniz yolları ilə.
   • Miras
Siberian Wellness 25 ildən çoxdur ki, çay ənənələrinin yaranması və inkişafı tarixini tədqiq edərək, zaman və yüz minlərlə Müştəri tərəfindən yoxlanılmış əfsanəvi Baikal Tea Collection fito-çaylar seriyasını istehsal edir.

Kimlər üçündür?
∙ Zərif və təravətli ətirlərə dəyər verənlər üçün.
∙ "Sakit dəbdəbə" tərzinə dəyər verənlər üçün.
∙ Öz ətrafında dinclik və rahatlıq ab-havasını yaratmaq istəyənlər üçün.
∙ Zərif və dəbli tərzə üstünlük verənlər üçün.
∙ Gündəlik həyat və ya xüsusi tədbirlər üçün ətir axtaranlar üçün.
∙ Fərdiliyini və zövqünü vurğulamaq istəyənlər üçün.

Hər bir flakonda:
   • 3-4 saata qədər
Ətrin davamlılığı.
   • 100% təbii spirtli əsas
Buğda, arpa, çovdardan hazırlanmış (Rusiya bölgələri).
   • 50 ml tamformatlı məhsul
3-5 ay boyu gündəlik istifadə.
   • 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.

Tətbiq edilmə

Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur.

Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın.

Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq bir yerdə saxlayın.

Tərkib

(INCI): lcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Limonene, Linalool, Hexyl Cinnamal, Citronellol, Geraniol, Hydroxycitronellal, Citral, Coumarin, Farnesol.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.