• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Masala Tea & Tobacco ətriyyat suyu (Masala çayı və Tütün)

Masala Tea & Tobacco ətriyyat suyu (Masala çayı və Tütün), 50 ml

Aromapolis Olfactive Studio
Öz sahibinin xasiyyətini mükəmməl şəkildə tamamlayan, kübaranə, cəlbedici və inanılmaz dərəcədə dəbdəbəli ətir. Özünü dünyaya tanıtdırmaqdan çəkinməyən və hər zaman yüksək məqsədlərə nail omağa can atanlar üçün yaradılıb.
Ən parlaq çalarlar: hil, ədviyyatlar, darçın, mixək, çay, müşk, tonka paxlaları, vanil, lakton çalarlar, tütün.
Artikul: 427653
Həcm: 50 ml
Qalıb: 22 əd.
57 ₼
52 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Dəbdəbə və cazibə
    Sahibinin parlaq xarizmasını və fərdiliyini vurğulayan cazibədar ətir.
  • Masala çayı (hind dilindən tərcümədə "ədviyyatlı çay")
    Zəngin və ətirli, özündə ədviyyəli darçın, hil, zəncəfil və mixək çalarlarını vanil və tonka paxlalarının şirinliyi ilə birləşdirir.
  • Təbii əsas
    Buğdadan əldə edilən spirtli əsas bu sahənin ən qədim təşkilatlarından biri tərəfindən hazırlanıb.
  • GMP keyfiyyət nişanı
    Cənubi-Şərqi Asiya ölkələrində aparıcı sertifikatlaşdırma orqanı, IAF, APAC, IAAC, ILAC Beynəlxalq akkreditasiya üzvü tərəfindən zəmanət.

Öz qaydalarınıza əsasən yaşayın!
Böyük işlərə ilhamlandıran ətir

Fəsilə: şərqi, ədviyyəli
İlkin çalarlar: təravətli çalarlar, hil, berqamot
Mərkəzi çalarlar: ədviyyatlar, bal, mate, darçın, mixək, çay
Şleyf çalarları: müşk, tonka paxlaları, vanil, şirinlik, süd, tütün

Ətriyyatçı:
Suazik Bokur (Soizic Beaucourt)
Eurofragance (Barselona) komandasının iştirakçısı.
Aromapolis Olfactive™ Studio-nun lüks və niş ətirlərinin müəllifi.

Ətrin xasiyyəti
Kompozisiyanın əvvəli isti ədviyyatların və həyəcanlandıran tütün yarpaqlarının cəlbedici akkordları ilə oynayır. Bir neçə dəqiqə sonra onlara mülayim darçın, məftunedici vanil, sirli tonka paxlaları və başgicəlləndirici tütün damcıları qatılır. Zəngin buketin şleyfi - qüsursuz zövqə sahib, zərif tərzli şəxslərin vizit kartı.

  • İlkin çalarlar
    Təravətli çalarlar ətirləri yüngül, gur və havalı edir. Təravətli ətirlər sərinlədir, canlandırır, gümrahlıq və enerji bəxş edir.
       • Hil - yüngül limon çalarları və evkalipt notları ilə ətir. Hil efir yağı şərqi kompozisiyalara bir qədər məlhəmilik və qatranlılıq qatır, oduncaq və çiçək ətirlərində isə o, kamfora təravəti ilə açılır.
       • Berqamot - təravətli və, eyni zamanda, büzüşdürücü, kompozisiyaya nəcibanə acılıq və kolorit qatır. Qısamüddətli, lakin qatı və təntənəli səslənməni təmin edir, əhval-ruhiyyəni yüksəldir və gümrahlıq və güc bəxş edir.
  • Mərkəzi çalarlar
    Ədviyyatlar kompozisiyaya istilik, dərinlik və qeyri-adilik qatır.
       • Bal - bal çalarları yumşaq, şirin-məlhəmi səslənməyə malikdir, mükəmməl şəkildə çiçək kompozisiyalarını tamamlayır, onlara yumşaqlıq və rahatlıq qatır.
       • Mate - Paraqvay şümşəsindən hazırlanan çay - ətir oduncaqlı-otlu, qəhvəli-şokoladlı və hətta acımtıl-tüstülü ola bilər. Kompozisiyaya yaşıl və tüstülü nüans qatır. Mate notları ilə ətir müxtəlif çalarlı dərin və həcmli qoxuya malikdir.
       • Darçın - istilik və rahatlıq əlavə edən ədviyyəli və şirin ətir.
       • Mixək - acımtıl-şirin çalarlı güclü, qatı ətir.
  • Şleyf çalarları
       • Müşk ətrə hissiyyatlıq və cazibədarlıq bəxş edir.
       • Tonka paxlaları - onların ətrində incə fındıqlı-karamelli çalarlar, təzə biçilmiş ot nüansları və başgicəlləndirici vanil qoxusu bilinir.
       • Vanil - isti, şirin və rahat bir qoxu, komfort və ev rahatlığı hissi əmələ gətirir. Tez-tez yumşaqlıq və hissiyyatlıq ilə assosiasiya edilir, kompozisiyanı kremli və bir qədər ədviyyəli çalarlar ilə tamamlayır.
       • Lakton çalarlar (süd) rahatlıq hissi bəxş edir, uşaqlıq dövrünə aparır və sakitləşdirir. Zərif və nəfis, rahat və yumşaq süd ətri ahəng və dinclik hissi əldə etməyə kömək edir.
       • Tütün nəcibanə, bahalı, torpaqlı-ədviyyəli və isti təsvir edilir.

Çay ənənələri
Öz ətirli mərasiminizi yaradın!
Aromapolis Olfactive™ Studio by Siberian Wellness ətirlər kolleksiyası
İlham mənbəyi - bütün dünyadan çay içkilərinin parlaq dadı
Çayiçmə ənənələrinin ətirli tarixini kəşf edin və hər bir flakonun daxilindəki maraqlı olfaktiv (ətirlərin duyulması ilə bağlı) səyahətə yola düşün.
   • Özünüz üçün zaman
Çay - diqqətimizi tələb edən içkidir, axı onun ətrindən və dadından həqiqətən də həzz almaq üçün, yavaşımaq və anı yaşamaq lazımdır.
   • Birlik
Çay mədəniyyəti, müəyyən dərəcədə, hər bir millətə xasdır. Dünyanın, demək olar ki, bütün dillərində çay - ya chai sözünə bənzəyir, ya da tea sözünə uyğun səslənir. Birinci halda çay ölkəyə Çindən quru yolları ilə gəlib, ikinci halda isə Çinin cənubundan - dəniz yolları ilə.
   • Miras
Siberian Wellness 25 ildən çoxdur ki, çay ənənələrinin yaranması və inkişafı tarixini tədqiq edərək, zaman və yüz minlərlə Müştəri tərəfindən yoxlanılmış əfsanəvi Baikal Tea Collection fito-çaylar seriyasını istehsal edir.

Kimlər üçündür?
∙ Öz nəfis zövqünü və zərif tərzini vurğulamaq istəyənlər, dəbdəbə və üsluba dəyər verənlər üçün.
∙ Əminlik ilə məqsədinə doğru irəliləyən, özünü dünyaya tanıtmaqdan çəkinməyən və ətirdə uğur rəmzini axtaranlar üçün.
∙ İfadəli və zəngin ətirlərə üstünlük verənlər üçün.
∙ Mürəkkəb və çoxqatlı ətirləri sevənlər üçün.
∙ Fərqlənmək və öz müstəsnalığını və xarizmasını vurğulamaq istəyənlər üçün.

Hər bir flakonda:
   • 3-4 saata qədər
Ətrin davamlılığı.
   • 100% təbii spirtli əsas
Buğda, arpa, çovdardan hazırlanmış (Rusiya bölgələri).
   • 50 ml tamformatlı məhsul
3-5 ay boyu gündəlik istifadə.
   • 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.

Tətbiq edilmə

Xatırladaq ki, ətirlər bədəninizin istisindən "oyanır", bu səbəbdən onları paltarların üstünə deyil, altına tətbiq etmək tövsiyə olunur.

Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətirli buludun içərisinə addımlayın.

Ətrin dəyişməsinin qarşısını almaq üçün, ətirləri sərin, quru, birbaşa günəş şüalarından uzaq bir yerdə saxlayın.

Tərkib

(INCI): Alcohol (79% Vol.), Parfum (Fragrance), Water (Aqua), Linalool, Limonene, Coumarin, Hexyl Cinnamal, Eugenol, Citral, Cinnamal, Geraniol, Alpha-Isomethyl Ionone.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.