• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Antioksidantlar ilə gündüz üz kremi SPF 30

Antioksidantlar ilə gündüz üz kremi SPF 30, 50 ml

Siberian Code

Antioksidantlar və SIBERIAN CODE fermentləşdirilmiş sibir bitkiləri kompleksi ilə SPF 30 gündüz kremi dərinin dərin qatlarını enerji ilə dolğunlaşdırır, yaşlanma proseslərini ləngidir, kollagen, elastin və hialuron turşusunun ifrazını stimullaşdırır. Dəri daha qalın və elastik olur, yaşla əlaqədar və mimik qırışlar hamarlaşır.

Artikul: 429626
Həcm: 50 ml
Qalıb: 100+ əd.
19,3 ₼
16 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Güclü antioksidant müdafiə*
    Super-antioksidantlar kompleks şəklində dərini azad radikallardan və oksidləşmə stressindən müdafiə edirlər.
  • Parlaqlıq və enerji
    Yorğun dəriyə enerji bəxş edir, hüceyrə mübadiləsini fəallaşdırır, kollagen və elastin ifrazına səbəb olur, yaşlanma proseslərini ləngidir.
  • Misilsiz SIBERIAN CODE kompleksi
    Probiotiklər ilə fermentləşdirilmiş beş sibir bitkisindən ibarət formul məhsulun iltihablar, mikroblar əleyhinə və antioksidant xüsusiyyətlərini gücləndirir*.

Yorğun dəri üçün - enerji
SIBERIAN CODE: sibir təbiətinin gücü - sibir elminin gücü - insanlar üçün.
Antioksidantlar, SIBERIAN CODE sibir bitkiləri kompleksi və təhlükəsiz SPF 30 filtrləri ilə krem xüsusilə yorğun, stressə məruz qalan dəri üçün yaradılıb. Enerji bəxş edir, hüceyrə tənəffüsünü yaxşılaşdırır, günəş şüalarının zərərli təsirindən müdafiə edir, yaşlanma proseslərini ləngidir: dərinin elastikliyi və cavanlıq parlaqlığı qayıdır!
Təbii sazlanmalara qayıtmaq üçün yaradılan SIBERIAN CODE təbii kompleksi fəal canlı mühit üsulu ilə fermentasiya texnologiyası vasitəsilə əldə edilib. Bu, dəyərli bioloji fəal komponentlərin çıxarılması prosesi imkan verir:
- onların bioloji cəhətdən əlverişliliyini artırmağa;
- iltihablar, mikroblar əleyhinə və antioksidant xüsusiyyətləri gücləndirməyə (amin turşuları, peptidlər, polisaxaridlər və vitaminlər ilə zənginləşdirmə sayəsində).

Biz, SIBERIAN CODE kompleksinin yaradılması üçün beş bitki seçdik, və bu seçim təsadüfi deyil - onların hər biri bizim üçün Sibir dəyərlərinin mücəssəməsidir:
• Ağac
Şam - güc və qüdrət
• Giləmeyvə
Mərcangilə - zənginlik və sağlamlıq
• Çiçək
Baykal başlıqotu - gözəllik və saflıq
• Göbələk
Çaqa - ənənələr və nəsillərin təcrübəsi
• Mamır
Şibyə - uzunömürlülük və sağqalma qabiliyyəti

Biz inanırıq: özün və ətraf dünya ilə münasibətdə ahəng, məhz insanın təbiət, meşələrin və otların pıçıltısı və nəsillərin müdrikliyi ilə əlaqəni hiss etdiyi yerdə əmələ gəlir!

  • Ferul turşusu
    Güclü antioksidant xüsusiyyətlərə malikdir, azad radikalları neytrallaşdırır. Digər antioksidantlar ilə qarşılıqlı fəaliyyətə girərək, onların təsirliliyini artırır. Ferul turşusunun antioksidant fəallığı ultra-bənövşəyi şüaların təsiri altında artır, bu da dərini həmin şüaların mənfi təsirindən müdafiə edir. Melanin ifrazını azaldır, dəri tonunu bərabərləşdirməyə qadirdir. Dəriyə parlaqlıq və təbii parıltı bəxş edir.
  • Fullerenlər
    Azad radikalları tutmaq qabiliyyətinə malik super-antioksidantlar səmərəli şəkildə dərinin oksidləşmə stressinin qarşısını ala və yaşlanma əlamətlərini ləngidə bilərlər. Kollagen və elastin liflərinin azad radikallar ilə zədələnməsini azaldaraq, dərinin özünü bərpa etməsinə səbəb olur, xırda qırışları hamarlaşdırır və elastikliyi artırırlar. Melanin ifrazını azaldır, dəri tonunu bərabərləşdirir və dəriyə parlaqlıq bəxş edirlər.
  • Astaksantin
    Güclü antioksidant, kollagen, elastin və qlikozaminqlikanların (misal üçün, hialuron turşusunun) ifrazını stimullaşdırır, dərinin elastikliyini və nəmlənmə səviyyəsini artırır, eyni zamanda xırda qırışları azaldır. İltihablar əleyhinə xüsusiyyətlərə malikdir, qızartıları azaldır. Dərini ətraf mühitin və ultra-bənövşəyi şüaların təsirindən müdafiə edir. Tonusu artırır, piqmentasiyanı bərabərləşdirir, dərinin bərabər tonunu dəstəkləyir, melanin sintezininin qarşısını alır.
  • Vitamin C (etil-askorbin turşusu)
    Etil-askorbin turşusu - askorbin turşusunun maksimal qatılığı ilə C vitamininin ən yeni törəməsidir - dəriyə nüfuz etdikdən sonra C vitamininə çevrilir. Dərini azad radikallardan müdafiə edir və onun günəş təsirindən sonra bərpasına səbəb olur. Nəzərə çarpan ağardıcı və yaşlanma əleyhinə təsirə malikdir, çox yumşaq və qayğılı şəkildə fəaliyyət göstərir, həssas dəri üçün mükəmməl uyğundur.
  • Skvalan
    Gelin tərkibində olan skvalen (skvalan) molekulları asanlıqla dərinin lipid səddinə daxil olur, onu möhkəmləndirir və nəm itkisinin qarşısını alan qoruyucu qat əmələ gətirirlər. Dərinin elastikliyini artırır, onun bərpaolma qabiliyyətini sürətləndirir, xırda qırışların hamarlaşmasına səbəb olur, antioksidant prosesləri stimullaşdırır, epidermal lipidlərin strukturunu bərpa edir.
  • SIBERIAN CODE kompleksi
    Probiotiklər ilə fermentləşdirilmiş beş sibir bitkisindən ibarət kompleksin tərkibinə şam tumurcuqları, çaqa, mərcangilə, şibyə və baykal başlıqotu cövhərləri daxildir. Süd turşusu, amin turşuları, peptidlər, polisaxaridlər və vitaminlər ilə zənginləşdirməsi sayəsində digər fəal maddələrin iltihablar, mikroblar əleyhinə və antioksidant xüsusiyyətlərini gücləndirir.
  • Günəşdən müdafiə edən filtrlər kompleksi
    UVA- və UVB-şüalarına, foto-yaşlanmaya və yanıqlara qarşı səmərəli müdafiəni təmin edir, piqmentasiya inkişafının qarşısını alır.

Aşağıda sadalanan şəxslər üçün:
• dərinin cavan görünüşünü uzun müddət qoruyub saxlamaq, onu piqmentasiyadan və erkən yaşlanma əlamətlərindən müdafiə etmək istəyənlər;
• şəhərdə açıq havada, pis ekoloji şəraitdə çox vaxt keçirənlər;
• dərisinin solğun və yorğun olduğunu görənlər üçün.

Bu məhsul heyvanlar üzərində sınaqdan keçirilməyib və tərkibində heyvan mənşəli komponentlər yoxdur.

* Kliniki tədqiqatlar ilə təsdiqlənib.

Tətbiq edilmə

Hər səhər çölə çıxmadan yarım saat öncə təmiz üz və boyun dərisinə çəkin. Makiyaj altına əsas kimi istifadə etmək olar.

Tərkib

Fəal komponentlər: ferul turşusu, fullerenlər, astaksantin, vitamin C (etil-askorbin turşusu), SIBERIAN CODE fermentləşdirilmiş kompleksi (yabanı şam tumurcuqları, çaqa göbələyi, mərcangilə giləmeyvələri, şibyə, baykal başlıqotu kökünün cövhərləri).

Tərkib: su, butilenqlikol dikaprilat/dikaprat, izoamillaurat, etilheksiltriazon, dietilaminohidroksibenzoil heksil benzoat, dietilheksilbutamidotriazon, bis-etilheksiloksifenol metoksifenil triazin, hidroksietilkarbamid, qliserin, propandiol, alüminium nişastasının oktenilsuksinatı, SIBERIAN CODE fermentləşdirilmiş kompleksi (yabanı şam tumurcuqları, çaqa göbələyi, mərcangilə giləmeyvələri, şibyə, baykal başlıqotu kökünün cövhərləri), etil-askorbin turşusu, betain, karbomer, ətirləndirici, ferul turşusu, pentilenqlikol, beta-qlükan, sklerotum qatranı, natrium hialuronatı, astaksantin, kaprik/kaprilik triqliserid, natrium hidroksidi, 1,2-heksandiol, kaprilhidroksam turşusu, ksantan kitrəsi, butilenqlikol, natrium benzoatı, skvalan, fullerenlər, hidrogenizə edilmiş lesitin, kalium sorbatı, poliqliserin-10 diizostearat, polivinilpirrolidon, limonen, linalool, sitral, geraniol.

(INCI): Aqua (Water), Butylene Glycol Dicaprylate/Dicaprate, Isoamyl Laurate, Ethylhexyl Triazone, Diethylamino Hydroxybenzoyl Hexyl Benzoate, Diethylhexyl Butamido Triazone, Bis-Ethylhexyloxyphenol Methoxyphenyl Triazine, Hydroxyethyl Urea, Glycerin, Propanediol, Aluminum Starch Octenylsuccinate, Lactobacillus Ferment Filtrate / Pinus Sylvestris Bud Extract / Inonotus Obliquus Extract / Vaccinium Vitis-Idaea Fruit Extract / Cladonia Rangiferina Extract / Scutellaria Baicalensis Root Extract*, 3-O-Ethyl Ascorbic Acid, Betaine, Carbomer, Parfum, Ferulic Acid, Pentylene Glycol, Beta-Glucan, Sclerotium Gum, Sodium Hyaluronate, Astaxanthin, Caprylic/Capric Triglyceride, Sodium Hydroxide, 1,2-Hexanediol, Caprylhydroxamic Acid, Xanthan Gum, Butylene Glycol, Sodium Benzoate, Squalane, Fullerenes, Hydrogenated Lecithin, Potassium Sorbate, Polyglyceryl-10 Diisostearate, PVP, Limonene, Linalool, Citral, Geraniol.
* SIBERIAN CODE fermentləşdirilmiş sibir bitkiləri kompleksinin tərkibi.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.